Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

255 mənzil ədalətli və şəffaf seçim əsasında jurnalistlərə veriləcək - Əli Həsənov

30 İyun 2017, 09:30 (GMT +4)

Bakı, 30 iyun, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

KİVDF-dən SalamNews-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının yeni təyin olunmuş üzvləri iştirak ediblər.

Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 13 iyun tarixli Sərəncamı ilə yenidən Fondun icraçı direktoru təyin edilmiş Vüqar Səfərlini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Əli Həsənov Fondun Müşahidə Şurasının dövlətimizin başçısının 2017-ci il 5 iyun tarixli Sərəncamı ilə təyin edilmiş üzvlərinə də uğurlar arzulayaraq onların KİVDF-nin səmərəli fəaliyyətinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib. Fondun icraçı direktorunun və Müşahidə Şurasının yeni üzvlərinin cəmiyyətdə tanındıqlarını və medianın inkişafında mühüm xidmətlərinin olduğunu vurğulayan Prezidentin köməkçisi onların dövlətimizin başçısının yüksək etimadını doğruldacaqlarına əmin olduğunu bildirib.

Əli Həsənov dövlətin mediaya daim yüksək diqqət və qayğı göstərdiyini, bunun əyani nümunəsi olaraq 8 il əvvəl yaradılmış Fondun fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Fondun fəaliyyətinin ictimaiyyət üçün daim açıq olduğunu, medianın inkişafına xidmət edən bütün qərarların Müşahidə Şurasının iclaslarında şəffaf və kollegial şəkildə qəbul edildiyini bildirən Əli Həsənov ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Prezidentin köməkçisi Fondun dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkədə fikir, söz və məlumat azadlığının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan konstruktiv təcrübə kimi qiymətləndirən Əli Həsənov 22 iyul - Milli Mətbuat Günü münasibətilə daha 255 mənzilin ədalətli və şəffaf seçim əsasında jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, ölkə rəhbərliyi bundan sonra da medianın inkişafına və problemlərinin həllinə, eləcə də Fondun bu sahədə həyata keçirdiyi layihələrin uğurla reallaşdırılmasına dəstəyini əsirgəməyəcək.

Sonra Fondun Nizamnaməsinə müvafiq olaraq iclasda Müşahidə Şurasının sədri və sədr müavininin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərinin yekdil səsverməsi ilə “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Şuranın sədri, “Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov sədr müavini seçiliblər.

Fondun icraçı direktoru Vüqar Səfərli göstərilən yüksək etimada görə öz adından və Müşahidə Şurasının yeni üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib. İcraçı direktor göstərilən etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını qeyd edib. Vüqar Səfərli medianın problemlərinin həllinə həssas və qayğıkeş münasibətinə görə, həmçinin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənova minnətdarlığını bildirib.

Müşahidə Şurasının sədri Həsən Həsənov, şura üzvlərindən İntiqam Hümbətov və Bəhruz Quliyev çıxış edərək göstərilən yüksək etimada görə dövlətimizin başçısına təşəkkürlərini bildirib, Fondun və Müşahidə Şurasının səmərəli fəaliyyəti üçün səylə çalışacaqlarını vurğulayıblar.

İclasda Fondun gələcək fəaliyyət istiqamətləri ətrafında da müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Ev alan jurnalistlərin tam siyahısı PA-dan nə vaxt deyilsə, o vaxt dərc ediləcək - KİVDF

Vüqar Səfərli yenidən KİVDF-nin icraçı direktoru təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan ediblər

Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirib

Mədəniyyət və Turizm Nazirliyi KİVDF ilə birgə müsabiqə elan edib

KİVDF-nin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

KİVDF yeni müsabiqə elan edir

KİVDF jurnalistlər üçün növbəti müsabiqə elan edib

KİVDF jurnalistləri mükafatlandırıb

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF jurnalistlər üçün müsabiqə elan edib

23 Aprel 2018, 20:00 (GMT +4)
Dövlət Turizm Agentliyinə sədr təyin olunub

23 Aprel 2018, 19:46 (GMT +4)
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib

23 Aprel 2018, 19:41 (GMT +4)
BMT-nin Əhali Fondu media üçün praktiki seminar elan edir

23 Aprel 2018, 19:30 (GMT +4)
Aydın Əliyev Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib

23 Aprel 2018, 19:26 (GMT +4)
Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

23 Aprel 2018, 19:21 (GMT +4)
Prezident daha 6 nazir, 6 Komitə sədri, 2 Agentlik və 2 Xidmət rəisi təyin edib

23 Aprel 2018, 18:03 (GMT +4)
“Babək” tankeri istismara qaytarılıb

23 Aprel 2018, 17:50 (GMT +4)
Azərbaycanda zəlzələ olub

23 Aprel 2018, 17:40 (GMT +4)
Ermənilər Serj Sarqsyanın istefasını sevinclə qarşılayıb

23 Aprel 2018, 17:36 (GMT +4)
Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək

23 Aprel 2018, 17:25 (GMT +4)
Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub

23 Aprel 2018, 17:14 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

23 Aprel 2018, 17:11 (GMT +4)
Bakıda üç ayda baş verən yol qəzalarında 52 nəfər ölüb

23 Aprel 2018, 16:42 (GMT +4)
Məhkəmə "MTN işi" ilə bağlı DTX-nın mülki iddiasını təmin edib

23 Aprel 2018, 16:34 (GMT +4)
Bakcell biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir

23 Aprel 2018, 16:25 (GMT +4)
Serj Sarkisyan istefa verdi

23 Aprel 2018, 16:25 (GMT +4)
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində azı 16 hərbçi və polis öldürülüb

23 Aprel 2018, 16:10 (GMT +4)
MTN generallarına hökm oxunub

23 Aprel 2018, 16:03 (GMT +4)
Prezident İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib

23 Aprel 2018, 15:58 (GMT +4)
Cənubi Koreya: KXDR-lə sammit Koreya yarımadasında yeni eranın başlanğıcını qoyacaq

23 Aprel 2018, 15:43 (GMT +4)
“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlanıb

23 Aprel 2018, 15:33 (GMT +4)
Cəmiyyətin dini ekstemizmlə mübarizədə fəal olmakldlr - Səyyad Salahlı 

23 Aprel 2018, 15:25 (GMT +4)
UNEC-də İstiqlal Muzeyinin eksponatlarından ibarət sərgi açılıb (FOTO)

23 Aprel 2018, 15:17 (GMT +4)
Moskvada imamların mövludu günü qeyd olunub (FOTOLAR)

23 Aprel 2018, 15:14 (GMT +4)
Əli Həsənov ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirib

23 Aprel 2018, 15:12 (GMT +4)
Azərbaycanın yeni kənd təsərrüfatı naziri kollektivə təqdim edilib

23 Aprel 2018, 15:03 (GMT +4)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi İrana səfər edib

23 Aprel 2018, 15:02 (GMT +4)
Yerevanda etirazçılara hərbçilər də iştirak edir

23 Aprel 2018, 14:56 (GMT +4)
Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verilib

23 Aprel 2018, 14:50 (GMT +4)
AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə reys açır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66