Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

"Formula 1" Azərbaycan Qran-Prisində 71 541 azarkeş iştirak edib

04 İyul 2017, 09:24 (GMT +4)

Bakı, 4 iyul, SalamNews. Mövsümün ən baxımlı yarışı olan "Formula 1" Azərbaycan Qran-Prisində 71 541 azarkeş iştirak edib. 

Bu barədə SalamNews-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bakının mərkəzi küçələrində keçirilmiş növbəti "Formula-1" yarışı həftəsonuna - 2017 "Formula 1" Azərbaycan Qran-Prisi üçün yarış məkanına böyükdən-kiçiyə 71 541 azarkeş gəlib.

"Formula 1"in ən yeni məkanı olan Bakı Şəhər Halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu il keçirilmiş Azərbaycan Qran-Prisində 30% çox tamaşaçı iştirak edib.

Bundan əlavə, bu il yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən 2 dəfə çox avtoidman azarkeşi gəlib. Ümumilikdə, 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışına şahid olublar. Xaricdən gələn "Formula 1" həvəskarlarının sayı bütün tamaşaçıların üçdəbirini təşkil edib.

Yarışı izləməyə gələn minlərlə azarkeşlə yanaşı, televiziya ekranları qarşısında əyləşən milyonlarla avtoidman həvəskarı uzun müddət yaddaşlarda qalacaq möhtəşəm yarışa tamaşa ediblər. "Red Bull" komandasının pilotu Daniel Rikkardo rəqiblərini üstələyərək 2017-ci il mövsümündə ilk qələbəsini qazanıb. "Mercedes AMG" komandasının pilotu Valteri Bottas “uçan finlandiyalı” adını reallaşdırıb. Belə ki, o, böyük ustalıq nümayiş etdirərək, yarış ərzində ən arxa sıradan ön cərgəyədək gəlib finiş xəttindən əvvəl sonuncu saniyədə "Williams" komandasının pilotu Lens Strolu ötüb və podiumda ikinci pillədə qərarlaşıb. Yarışın son anlarında ikinci pilləni əldən verməsinə baxmayaraq "Williams" komandasının kanadalı yeniyetmə sürücüsü Lens Strol "Formula 1"də debüt etdiyi ilk mövsümdəcə "ən gənc yaşda podiuma çıxan pilot" ünvanına yiyələnib.

Hər bir anı gərgin mübarizə ilə dolu yarışda çempionatın lider pilotlarının – Sebastian Fettel ilə Luis Hamiltonun bolidləri toqquşub. Böyük mübahisə doğuran bu hadisənin Azərbaycan Qran-Prisindən sonra uzun müddət müzakirə olunacağı gözlənilir. Yarış ərzində "Force India" komandasının pilotları arasında da toqquşma olub. Bundan başqa, "McLaren Honda" komandasının pilotu, ötən il Bakıda ilk dəfə keçirilmiş "Formula 1" yarışının ulduz elçisi Fernando Alonso yarışı 9-cu yerdə bitirərək builki mövsümdə özünün və komandasının ilk xalını qazanıb.

"2017 Formula 1" Azərbaycan Qran-Prisi üçün Bakıya toplaşmış avtoidman azarkeşləri üçün dənizkənarı bulvarda möhtəşəm əyləncə proqramı təqdim olunub. Yarış həftəsonu günlərinin hər axşamında dünya ulduzları bulvar ərazisində salınmış böyük səhnəyə çıxaraq "Formula 1" azarkeşlərinə yaddaqalan anlar yaşadıblar. Cümə günü axşam saatlarında türkiyəli məşhur müğənni Tarkan enerji ilə dolu performansı ilə səhnə ətrafına yığışmış avtoidman həvəskarlarına möhtəşəm gecə bəxş edib. Şənbə günü səhnəyə Nikol Şerzinger ilə “The Black Eyed Peas” qrupu çıxıb. Bazar günü isə dünya musiqisinin ən uğurlu sənətçilərindən biri, əfsanəvi musiqi ulduzu Meraya Keri möhtəşəm konserti ilə yarış və əyləncə həftəsonunun bağlanışını edib.

#AzerbaijanGP heşteqi sosial mediada ilk sırada olub.

Bakının mərkəzi küçələrində ötən həftə baş tutmuş Azərbaycan Qran Prisi yarış zamanı, yarışdan əvvəl və sonra sosial mediada əsas müzakirə obyektinə çevrilib.

On milyonlarla Twitter istifadəçisinin yarış həftəsonu ərzində və yarışdan sonra Bakıda keçirilmiş möhtəşəm yarışla bağlı etdiyi çox sayda paylaşım nəticəsində #AzerbaijanGP həştəqi Twitterdə günlərlə ən üst sıralarda yer alıb. Yarış başladıqdan etibarən ilk 3 saat ərzində #AzerbaijanGP həştəqi Twitterdə ən çox paylaşılan həştəq olub.

2017 Formula 1 Azərbaycan Qran Prisindən sonra mətbuata açıqlama verən BŞH-nin icraçı direktoru Arif Rəhimov Bakıda ikinci dəfə uğurlu şəkildə reallaşmış Formula 1 yarışını yüksək qiymətləndirib və növbəti il apreldə baş tutacaq üçüncü yarış üçün indidən hazırlıqlara başlandığını bildirib:

“Möhtəşəm yarış həftəsonunun bir parçası olmaqdan çox böyük qürur duyuram. Ötən illə müqayisədə həm ölkə daxilindən, həm də xaricdən daha çox azarkeşin yarışı izləməyə gəlməsi onu göstərir ki, biz Azərbaycanda möhkəm və sarsılmaz Formula 1 mədəniyyətinin yaradılmasında böyük irəliləyiş əldə etmişik. Biz inanırdıq ki, həm yarışı izləmək üçün Bakıya gələn azarkeşlər, həm də ekran arxasında əyləşərək evlərindən yarışa tamaşa edən hər bir avtoidman həvəskarı üçün möhtəşəm tədbir ərsəyə gətirəcəyik. Ancaq bununla belə, biz bu yarışın gözlədiyimizdən daha yüksək səviyyədə keçəcəyini əvvəlcədən proqnozlaşdıra bilməmişdik. Bakı Şəhər Halqası builki yarışla Formula 1 çempionatının ən maraqlı yarış məkanlarından birinə çevrildi. Mən əminəm ki, bu yarış Formula 1 azarkeşlərinin yaddaşında uzun müddət qalacaq. Bunun əlavə, Tarkan, Nikol Şerzinger, “The Black Eyed Peas” qrupu və Meraya Kerinin verdiyi möhtəşəm konsertlər yarış həftəsonunda azarkeşlərin böyük marağına səbəb oldu. Mən böyük eşq və həvəslə ortaya qoyduğu heyrətamiz işə görə möhtəşəm kollektivimizə və tərəfdaşlarımıza və eləcə də şəhər, trek və yarışı böyük sevgi ilə qarşılayan bütün Formula 1 icmasına öz dərin minnətdarlığımı bildirirəm. Əlbəttə ki, bu uğurlarımız bizi rahat olmağa sövq etməyəcək. Əksinə artıq biz gələn il aprelin sonlarında baş tutacaq növbəti Formula 1 yarışı üçün hazırlıqlara indidən başlamışıq. Əgər bu ilki yarış iştirak etməyə dəyərdisə, inanıram ki, gələn mövsüm baş tutacaq yarışı qaçırmaq istəməyəcəksiniz”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 İyul 2018, 15:42 (GMT +4)
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

21 İyul 2018, 15:25 (GMT +4)
Maştağa-Nardaran avtomobil yolu istifadəyə verilib

21 İyul 2018, 15:25 (GMT +4)
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub və 1 nəfər öldürülüb

21 İyul 2018, 15:05 (GMT +4)
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

21 İyul 2018, 14:45 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

21 İyul 2018, 14:30 (GMT +4)
Füzulidə taxıl sahəsi yanıb

21 İyul 2018, 14:17 (GMT +4)
Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

21 İyul 2018, 13:51 (GMT +4)
Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb

21 İyul 2018, 13:41 (GMT +4)
Goranboyda top mərmisi aşkarlanıb

21 İyul 2018, 13:00 (GMT +4)
700 bal toplayan paytaxt məktəblilərinin adları açıqlanıb

21 İyul 2018, 12:45 (GMT +4)
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

21 İyul 2018, 12:20 (GMT +4)
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

21 İyul 2018, 12:02 (GMT +4)
Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

21 İyul 2018, 11:45 (GMT +4)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21 İyul 2018, 11:25 (GMT +4)
Ötən günün cinayət statistikası açıqlanıb

21 İyul 2018, 11:04 (GMT +4)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

21 İyul 2018, 10:38 (GMT +4)
Milli Məclisin deputatları Latviyaya gedir

21 İyul 2018, 10:16 (GMT +4)
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar

21 İyul 2018, 10:03 (GMT +4)
"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib

21 İyul 2018, 10:02 (GMT +4)
Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

20 İyul 2018, 18:06 (GMT +4)
“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda müzakirələr aparılıb

20 İyul 2018, 18:00 (GMT +4)
İlahiyyat İnstitutunda seminar keçirilib

20 İyul 2018, 17:50 (GMT +4)
Zakir Qaralov Oğuzda 6 rayonun sakinləri ilə görüşəcək

20 İyul 2018, 17:44 (GMT +4)
"İnter Arena" stadionunun adı dəyişdirilib

20 İyul 2018, 17:41 (GMT +4)
Dövlət qulluğuna qəbul üçün müsahibələrin nəticələri açıqlanıb

20 İyul 2018, 17:36 (GMT +4)
İstirahət günlərinin hava proqnozu açıqlanıb

20 İyul 2018, 17:19 (GMT +4)
I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

20 İyul 2018, 17:13 (GMT +4)
Bakı sakinləri səyahət üçün Türkiyəni seçir (SORĞU)

20 İyul 2018, 17:05 (GMT +4)
ETSN-də 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirilib

20 İyul 2018, 16:57 (GMT +4)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66