Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

"Bakubus"-da sərnişinin qaydaları pozması narazılığa səbəb olub (VİDEO)

27 İyul 2017, 15:45 (GMT +4)

Bakı, 27 iyul, SalamNews. İyulun 20-si saat 22.36 radələrində “BakuBus”-a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb.

SalamNews-un xəbərinə görə, “BakuBus”-ın yaydığı məlumata əsasən sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamağa davam edib və təhlükəsizlik qaydalarını kobud şəkildə pozub. Sərnişinlərlə dolu avtobusun hərəkətinə maneə yaradan sərnişin avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub. Ancaq hadisə ilə bağlı polis orqanlarına məlumat verildikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk edib.

Qeyd edək ki, sərnişinin qaydalara zidd hərəkəti 21 nömrəli xətt avtobusunun qrafikə uyğun fəaliyyətini pozmaqla yanaşı, sərnişinlərin də böyük narazılığına səbəb olub.

“BakuBus” bildirir ki, hər bir sərnişin mövcud qanunvericiliyə uyğun olaraq avtobusa daxil olarkən digər sərnişinləri narahat edəcək, ölçüləri nəzərdə tutulmuş qaydalardan artıq olan əşyalarla, texniki vasitələrlə ictimai nəqliyyatdan istifadə etməməlidir.

Təcrübə göstərir ki, bu kimi hallarda avtobusda olan digər sərnişinlərin qaydaları pozan sərnişinə qarşı öz reaksiyalarını göstərmələri həlledici rol oynayır. Ona görə də bu kimi hallarda sərnişinlərimizin daha aktiv olmalarını və ictimai qınaq mexanizmini yaratmaqla qaydaları pozan sərnişinə qarşı münasibət bildirmələrini xahiş edirik.

Eyni zamanda hər bir sərnişin avtobusda olan digər sərnişinlərin təhlükəsizlik və rahatlığını nəzərə alaraq, öz şəxsi maraqlarına uyğun davranmamalı, avtobusda ictimai maraqları üstün tutmalıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"BakuBus" H1 avtobusundan istifadə edən sərnişinlərə müraciət edib

“BakuBus”-da iphone 6 tapılıb

"BakuBus"-da bir qrup şəxs belə oğurluq etdi (ANBAAN VİDEO)

"BakuBus"a məxsus avtobusun sürücüsünə qarşı xuliqanlıq edilib

“BakuBus”-a verilən 175 nömrəli marşrut xəttində gediş haqqı açıqlanıb

"BakuBus" xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib (FOTOLAR)

Paytaxtda 17 saylı marşrut "BakuBus" avtobusları ilə fəaliyyətə başlayıb 

17 nömrəli marşrut xətti “BakuBus”-a həvalə edilib

Bakubus-un 3 saylı marşrut xəttinin hərəkəti müvəqqəti dəyişib

“BakuBus”-da qədim dövrə aid gümüş və mis pullar tapılıb (FOTO)

“BakuBus”a məxsus avtobusda itən uşaq tapılaraq ailəsinə verilib (FOTO)

“BakuBus” nümunəvi sürücülərini mükafatlandırıb

Bakıda "BakuBus" avtobusu qəza törədib, yeniyetmə xəsarət alıb (FOTO)

“BakuBus” sərnişinlərə müraciət edib (FOTO)

“BakuBus” “Gələcəyin sərnişinləri” adlı yeni layihə həyata keçirib (FOTOLAR)

“BakuBus” avtobuslarında daha bir yenilik tətbiq olunub

“BakuBus” 59 sürücünü ciddi qayda pozuntuları əsasında işdən azad edib

"BakuBus" MMC-də yeni təyinat olub

"BakuBus" yeni marşrut xəttini istifadəyə verəcək

"BakuBus" səyyar əmək yarmarkası təşkil edib (FOTO)

26 Aprel 2018, 18:15 (GMT +4)
Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub

26 Aprel 2018, 18:02 (GMT +4)
Yanvar-mart aylarında 28 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib

26 Aprel 2018, 17:58 (GMT +4)
66 uşaq sosial sığınacaq və reabilitasiya müəssisəsinə yerləşdirilib

26 Aprel 2018, 17:50 (GMT +4)
Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi üzrə işçi qrup yaradacaq

26 Aprel 2018, 17:50 (GMT +4)
ASA-da PR menecerlərlə görüş keçirilib

26 Aprel 2018, 17:46 (GMT +4)
Beynəlxalq “İKT-də qızlar” günü ölkəmizdə geniş qeyd olunub

26 Aprel 2018, 17:40 (GMT +4)
İran “Telegram Messenger”in lisenziyasını ləğv edib

26 Aprel 2018, 17:30 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

26 Aprel 2018, 17:22 (GMT +4)
Lavrov və Nalbandyan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyəti müzakirə edib

26 Aprel 2018, 17:10 (GMT +4)
İtaliyada terror aktı hazırlayan miqrant saxlanılıb

26 Aprel 2018, 16:58 (GMT +4)
Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək

26 Aprel 2018, 16:45 (GMT +4)
Nikol Paşinyan Yerevanda yollar bağlı olduğundan aksiyaya gecikib

26 Aprel 2018, 16:29 (GMT +4)
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

26 Aprel 2018, 16:15 (GMT +4)
Türkiyədə prezidentliyə namizədlərin irəli sürülməsi tarixi açıqlanıb

26 Aprel 2018, 16:01 (GMT +4)
Uzun düz yol bu trekin maraqlı xüsusiyyətlərindən biridir - Toro Rosso komandasının pilotu

26 Aprel 2018, 15:49 (GMT +4)
"Bakcell” Frankofoniya gününə həsr edilmiş konsertə dəstək olub

26 Aprel 2018, 15:40 (GMT +4)
İran müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb

26 Aprel 2018, 15:30 (GMT +4)
İlham Əliyev Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb

26 Aprel 2018, 15:22 (GMT +4)
Prezident Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşüb

26 Aprel 2018, 15:15 (GMT +4)
Ramiz Mehdiyev Soçidə beynəlxalq tədbirdə iştirak edir

26 Aprel 2018, 15:07 (GMT +4)
NETTY 2018 müsabiqəsində iştirak etmək üçün əsas səbəblər

26 Aprel 2018, 14:59 (GMT +4)
BŞH bilet satışı ilə bağlı son məlumatları yayıb

26 Aprel 2018, 14:52 (GMT +4)
Ermənistanda daha bir neçə nazir istefa verib

26 Aprel 2018, 14:43 (GMT +4)
Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri başlayıb

26 Aprel 2018, 14:40 (GMT +4)
“CinemaPlus”da “Ol” filminin qalası keçirilib

26 Aprel 2018, 14:33 (GMT +4)
Ermənistanda baş nazirin seçimi mayın 1-nə təyin olunub

26 Aprel 2018, 14:21 (GMT +4)
Dramatik anların, sürət və cəsarətin şahidi olacağımıza əminik - Azad Rəhimov

26 Aprel 2018, 14:10 (GMT +4)
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 14 hərbçi həlak olub

26 Aprel 2018, 14:05 (GMT +4)
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb (FOTO)

26 Aprel 2018, 13:49 (GMT +4)
Heydər Əliyev prospektində ağır yol qəzası baş verib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66