Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » HADİSƏLƏR

Qəbələdə meşə yanğınlarının söndürülməsinə FHN-lə yanaşı, digər qurumlar da cəlb olunub (FOTO)

04 Sentyabr 2017, 12:48 (GMT +4)

Bakı, 4 sentyabr, SalamNews, A.İsrafilov. Qəbələ rayonunda yanğının söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən SalamNews-a verilən məlumata görə, söndürmə işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Burada əsasən quru ot, sıx kollar (moruq, böyürtkən və s.), qurumuş ağaclar, onların qalıqları və qismən ağaclar yanır.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər.

Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün Əməliyyat Qərargahı yaradılıb. Əməliyyat qərargahına fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir.

Yanğının baş verdiyi ərazi dəniz səviyyəsindən, təqribən, 1000 m hündürlükdə yerləşir. Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Eləcə də, ərazi yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən, texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranıb. Ona görə də yanğının söndürülməsi üçün bütün vasitələrdən, əsasən əl əməyindən və helikopterdən istifadə olunur. Mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtırlı traktorlar vasitəsilə qoşqulu su çənləri qaldırılaraq söndürmə işləri aparılır.

Keçilməz qayalıq hissələrdə yanğının söndürülməsi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Ka-32A” helikopteri vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə desant dəstəsi helikopterlə əraziyə enərək söndürmə işlərinə qoşulub.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib

Masallıda qanunsuz yolla əldə olunan meşə materialı aşkarlanıb

"Qəbələ”nin sabiq baş məşqçisi "Astana" klubundan ayrılıb

Avstraliyada meşə yanğınlarının söndürülməsində iştirak edən helikopter qəzaya uğrayıb

Avstraliyanın cənub-şərqində meşə yanğınları tüğyan edir

Peru meşələrində səhləb çiçəyinin yeni növü aşkarlanıb

Kaliforniyanda təbiət yanğınları səbəbindən 20 min insan təxliyə olunub

DİN: “Əkin sahələrini və meşələri yandıran 15 nəfər həbs edilib”

Şamaxıda meşə yanğınının qarşısı alınıb

FHN Ağsu, Qəbələ və Kürdəmir rayonlarında baş verən yanğınlar barədə məlumat yayıb

Qəbələ musiqi festivalında yenilik edilib (FOTO

Lerikdə meşə yanır

Hirkan Milli Parkında və Ağsu meşəsində yanğın söndürülüb

Yunanıstanda yanğınları törətməkdə şübhəli bilinən şəxs həbs edilib

Ağsu və Şamaxıda meşə yanır

Qubada qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Altıağac Milli Parkında yanğının söndürülməsi davam etdirilir

FHN: Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında meşəlik ərazidə yanğın qismən söndürülüb

Şimal bölgəsində yanğının söndürülməsinə helikopter cəlb olunub

ETSN: Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

26 Sentyabr 2018, 09:42 (GMT +4)
2019-cu il dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olunub

26 Sentyabr 2018, 09:38 (GMT +4)
Dilara Zamanova TOP 10 PR mütəxəssisləri siyahısına daxil edilib

26 Sentyabr 2018, 09:32 (GMT +4)
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

26 Sentyabr 2018, 09:27 (GMT +4)
Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir

26 Sentyabr 2018, 09:25 (GMT +4)
Trampın BMT-dəki çıxışı onu dünya liderləri qarşısında gülünc vəziyyətə qoyub (VİDEO)

26 Sentyabr 2018, 09:20 (GMT +4)
AZPROMO sərgilərdə iştiraka dair təlim keçirib

26 Sentyabr 2018, 09:12 (GMT +4)
Azərbaycanda nizamnamə kapitalı 10 min manat olan şirkət yaradılıb

26 Sentyabr 2018, 09:04 (GMT +4)
İtaliya Senatının sədri tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib

25 Sentyabr 2018, 17:58 (GMT +4)
Tanınmış veteran jurnalist Oqtay Cəfərovun 85 illik yubileyi qeyd edilib

25 Sentyabr 2018, 17:52 (GMT +4)
"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib

25 Sentyabr 2018, 17:50 (GMT +4)
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə olunub

25 Sentyabr 2018, 17:47 (GMT +4)
“Saudi Aramco” neft ticarətini 50 faiz artırmağı hədəfləyir

25 Sentyabr 2018, 17:43 (GMT +4)
British Council Azərbaycanda yeni proqrama start verir

25 Sentyabr 2018, 17:37 (GMT +4)
Səfər Mehdiyev İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

25 Sentyabr 2018, 17:27 (GMT +4)
İlham Məmmədzadə  TOP 10 PR mütəxəssisləri siyahısına daxil edilib

25 Sentyabr 2018, 17:21 (GMT +4)
Azercell-in dəstəyilə şagird, valideyn və müəllimlər üçün təlimlər təşkil olunacaq (FOTO)

25 Sentyabr 2018, 17:18 (GMT +4)
Sahib olduğumuz ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır - Azərsun Holdinq

25 Sentyabr 2018, 17:10 (GMT +4)
Bakıda 7 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

25 Sentyabr 2018, 17:03 (GMT +4)
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq müzakirə edilib

25 Sentyabr 2018, 17:01 (GMT +4)
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

25 Sentyabr 2018, 16:53 (GMT +4)
Yaponiyanın ən tanınmış avanqard teatrı “YARAT”da tamaşa təqdim edəcək

25 Sentyabr 2018, 16:41 (GMT +4)
Monqolustan Prezidenti ARDNF-in təcrübəsini yüksək qiymətləndirib

25 Sentyabr 2018, 16:40 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda yeni kampaniya keçirir

25 Sentyabr 2018, 16:35 (GMT +4)
Sülhlə olsun ya da döyüşlə İdlibə girəcəyik – Suriya rəsmisi

25 Sentyabr 2018, 16:33 (GMT +4)
Cənubi Koreya əhalisinin 87 faizi Kim Çen Inın Seula mümkün səfərini alqışlayır

25 Sentyabr 2018, 16:30 (GMT +4)
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

25 Sentyabr 2018, 16:29 (GMT +4)
Azərbaycanlı qız Facebook-un ən yaxşı 100 iştirakçısı arasına seçilib

25 Sentyabr 2018, 16:27 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

25 Sentyabr 2018, 16:23 (GMT +4)
Yasamalda avtomobildən 6 min manat oğurlayan şəxs saxlanılıb

25 Sentyabr 2018, 16:14 (GMT +4)
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66