Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənov: “Washington Post” feyk məlumatlar üzrə ixtisaslaşmış nəşrdir

06 Sentyabr 2017, 09:22 (GMT +4)

Bakı, 6 sentyabr, SalamNewsAzərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın “The Washington Post” nəşri tərəfindən irəli sürülmüş iddialara münasibət bildirib.

SalamNews xəbər verir ki, Əli Həsənov AZƏRTAC-a açıqlamasında deyib: "Bu il iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün tikilmiş binanın açılış mərasimi keçirilib və daha 255 media nümayəndəsi mənzil sahibi olub.

Azərbaycan Prezidentinin nəcib və dəyərli təşəbbüsü bütün jurnalistlərimiz, media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və alqışlanıb, dövlətimizin başçısının KİV əməkdaşlarının sosial məsələlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi kimi xarakterizə edilib.

Təəssüf ki, bu mühüm təşəbbüs artıq formalaşmış ənənəyə uyğun olaraq bəzi yerli siyasi qruplar, onların nəzarətindəki media orqanları, həmçinin bir sıra xarici KİV-lər tərəfindən qərəzli şəkildə şərh edilir, “ölkədə söz və məlumat azadlığının məhdudlaşdırılması”, “jurnalistləri ələ almaq cəhdi” və s. bu kimi cəfəng iddialar irəli sürülür.

Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilən ABŞ-ın “Washington Post” nəşri “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan” adlı sifarişli redaksiya məqaləsi ilə çıxış edərək qeyri-obyektivlik nümunəsi olduğunu bir daha aydın şəkildə göstərib.

Dövlətin KİV əməkdaşlarının mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin konkret cinayət əməlinə görə həbs edilmiş şəxslərin işləri ilə əlaqələndirilməsi qərəz və məntiqsizlikdən başqa bir şey deyil.

Yalan, faktların təhrif olunması və ya məqsədli şəkildə təqdim edilməsi həmin məqaləyə və ümumiyyətlə, bu nəşrin informasiya siyasətinə xas olan xüsusiyyətlərdir.
Təsadüfi deyil ki, hətta ABŞ Prezidenti Donald Tramp artıq bir neçə dəfə “Washington Post”u yanlış məlumatlar dərc etməkdə, faktları saxtalaşdırmaqda, müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməkdə və “feyk xəbərlər” üzrə ixtisaslaşmaqda ittiham edib.

Cənab Tramp öz Twitter hesabında bildirib ki, “Washington Post” qəzeti onun Bəşər Əsədlə mübarizə aparan Suriya üsyançılarına yardım proqramını dayandırması ilə bağlı faktları təhrif edib. ABŞ dövlət başçısının qənaətinə əsasən, feykxəbərçi nəşr onun haqqında çoxlu sayda yalan tarixçələr quraşdırır və faktiki olaraq müəyyən dairələrin əlində silaha çevrilib.

Açıq-aydın görünür ki, “Washington Post” ABŞ-ın müəyyən siyasi və monopolist dairələri tərəfindən dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur və heç bir halda azad media nümunəsi hesab edilə bilməz.

Buna görə də “Washington Post”un və onun arxasında duran dairələrin “demokratiya mübarizəsi”, “media azadlığı” çağırışları gözə kül üfürməkdən başqa bir şey deyil.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Aprel 2018, 18:09 (GMT +4)
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

25 Aprel 2018, 18:00 (GMT +4)
Sahibkarlar tikinti prosedurlarının sadələşdirliməsindən razıdırlar 

25 Aprel 2018, 17:53 (GMT +4)
Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

25 Aprel 2018, 17:50 (GMT +4)
"Whatsap"a yaş məhdudiyyəti tətbiq ediləcək

25 Aprel 2018, 17:45 (GMT +4)
Məhkəmə qərarlarının icrası prosesinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib

25 Aprel 2018, 17:41 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

25 Aprel 2018, 17:36 (GMT +4)
“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti

25 Aprel 2018, 17:30 (GMT +4)
Ülviyyə Heydərova “Next Stage Europe 2018” festivalına dəvət alıb

25 Aprel 2018, 17:24 (GMT +4)
İkinci Dünya müharibəsi ilə bağlı birdəfəlik maddi yardım 11 193 nəfərə şamil olunacaq

25 Aprel 2018, 17:10 (GMT +4)
Türkiyə, Rusiya və İranın XİN başçıları Moskvada görüşəcək

25 Aprel 2018, 16:58 (GMT +4)
Zakir Həsənov Çinə gedir

25 Aprel 2018, 16:45 (GMT +4)
Yerevanın mərkəzinə xüsusi texnika yeridildi

25 Aprel 2018, 16:33 (GMT +4)
Alonso: Azərbaycanda mümkün qədər çox xal toplamağa çalışacağıq

25 Aprel 2018, 16:20 (GMT +4)
İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək

25 Aprel 2018, 16:12 (GMT +4)
Rusiya Türkiyə üçün S-400 istehsalına başlayıb

25 Aprel 2018, 16:01 (GMT +4)
Ərdoğan: Seçkilərindən sonra ilk rəsmi səfərimi Azərbaycana edəcəm

25 Aprel 2018, 15:53 (GMT +4)
Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25 Aprel 2018, 15:45 (GMT +4)
Bütün təhlillər göstərir ki, son illərdə gənc kadrlar daha çox irəli çəkilir - MirHəsən Seyidov 

25 Aprel 2018, 15:36 (GMT +4)
Azərbaycanın müdafiə naziri Çinə rəsmi səfər edəcək

25 Aprel 2018, 15:28 (GMT +4)
FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyini açıqlayıb

25 Aprel 2018, 15:17 (GMT +4)
Ankarada prezidentlərin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib

25 Aprel 2018, 15:16 (GMT +4)
“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm” konfransı keçirilib

25 Aprel 2018, 15:03 (GMT +4)
"BakuBus" H1 avtobusundan istifadə edən sərnişinlərə müraciət edib

25 Aprel 2018, 14:53 (GMT +4)
Göygöldə hər gün 20-dən çox xəstə dializ olunur

25 Aprel 2018, 14:45 (GMT +4)
Ermənistanlı nazir istefa verib, idmançıları xalqa qoşulmağa səsləyib

25 Aprel 2018, 14:30 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyinə yeni mətbuat katibi təyin edilib

25 Aprel 2018, 14:21 (GMT +4)
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

25 Aprel 2018, 14:12 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

25 Aprel 2018, 14:06 (GMT +4)
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

25 Aprel 2018, 13:54 (GMT +4)
STP beynəlxalq sərgidə iştirak edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66