Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Mehman Əliyev prezidentə müraciət edərək ev dustaqlığına buraxılmasını xahiş edib - Əli Həsənov

11 Sentyabr 2017, 13:05 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və cari ilin avqustunda onun barəsində həbs qətimkan tədbiri seçilib. Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Həmçinin Mehman Əliyev dövlət başçısına müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

SalamNews-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hazırda həbsdə olan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin və cari ilin iyulunda üç il müddətinə azadlıqdan məhrum olunmuş Aleksandr Lapşinin məsələləri ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

Ə. Həsənov bildirib ki, hələ 2009-cu ildə Prezident İlham Əliyev Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının aliliyini nəzərə alaraq kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədəmüvafiq olmadığına dair öz rəyini bildirib, iradəsini nümayiş etdirib.

"Dövlət başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən ötən dövr ərzində KİV əməkdaşları peşə fəaliyyətinə görə məhkum olunmayıblar", - deyə Ə. Həsənov qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzaladığını xatırladan Əli Həsənov bildirib ki, həmin Sərəncam bu kimi və bir sıra digər hallarda məsuliyyətə cəlb olunmuş şəxslərlə bağlı cəmiyyətdən təcrid olunmamaq şərtilə alternativ cəza tədbirlərinin həyata keçirilməsinə tam imkan yaradır: "Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib. Qeyd edim ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür".

Prezidentin köməkçisi cari ilin iyulunda üç il müddətinə azadlıqdan məhrum olunmuş Aleksandr Lapşinin məsələsi ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, barəsində cəza tədbiri seçilmiş Lapşinin azadlığa buraxılması və ekstradisiyası daim gündəmdə olub. Sadəcə onun vətəndaşı olduğu İsrail dövləti tərəfindən müraciət gecikdiyinə görə, bu günə kimi müvafiq qərar ləngiyib. Hazırda belə müraciət daxil olub və Lapşin barədə qərar qəbul edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Oğurlanmış 14 sərhədçinin tapılması üçün İran Pakistana müraciət edib

Dövlət Yol Polisi sürücülərə müraciət edib

AQTA sahibkarlara müraciət edib

Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

Gənc alimlər ölkə rəhbərliyinə müraciət ünvanlayıblar

2568 uşaq problemlərinin həlli üçün Azercell-in “Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edib

Səhhəti pisləşən jurnalist Səbuhi Məmmədli maddi kömək üçün müraciət edib

Sentyabr ayında 142-Çağrı Mərkəzinə 12 493 müraciət daxil olub

“Azərişıq” ötən ay “ASAN xidmət” vasitəsilə 24 minə yaxın müraciət qəbul edib

Sentyabr ayında 13 302 müraciət daxil olub

Ekologiya və təbii sərvətlər naziri Zaqatala üç rayonun sakinlərinin müraciətlərini dinləyib

Beyləqanda yandırılmış ağaclarla bağlı polisə müraciət olunub

Yol Polisi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib

Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almaqla bağlı müraciətinə baxılacaq

Bakcell növbəti dəfə sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib

Azərbaycanın Rusiyadakı səfiri vətəndaşın müraciətini təmin edib (FOTO)

Dövlət Baytarlıq Xidməti fermerlərə müraciət edib

Ötən ay 142-Çağrı Mərkəzi tərəfindən 11 075 vətəndaş müraciəti cavablandırılıb

“Azercell”in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzadıb

“ASAN xidmət”də 24 milyonuncu müraciət qeydə alınıb

19 Oktyabr 2018, 09:44 (GMT +4)
Azərbaycanın Baş naziri İtaliya Senatının sədri ilə görüşüb

19 Oktyabr 2018, 09:36 (GMT +4)
Putin Kaşıkçının “itməsi”nə maraqlı münasibət bildirib (VİDEO)

19 Oktyabr 2018, 09:31 (GMT +4)
Pompeo Türkiyədə Kaşıkçının qətlinə aid  səs yazısını dinləməyib - ABŞ

19 Oktyabr 2018, 09:20 (GMT +4)
Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib

19 Oktyabr 2018, 09:11 (GMT +4)
Qərargah: Badamdar sürüşmə zonasında vəziyyət stabilləşməyə doğru gedir

19 Oktyabr 2018, 09:06 (GMT +4)
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib

19 Oktyabr 2018, 08:55 (GMT +4)
İran və İraqda Azərbaycan şəhidlərinin adına zəvvarlara xidmət edən mərkəzlər açılıb (FOTO)

18 Oktyabr 2018, 18:10 (GMT +4)
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

18 Oktyabr 2018, 18:01 (GMT +4)
Qərargah: Badamdarda sürüşmə fərdi tikililərə doğru irəliləyir

18 Oktyabr 2018, 17:52 (GMT +4)
Milli Məclisin sədri İtaliya Senatının sədri ilə görüşüb

18 Oktyabr 2018, 17:49 (GMT +4)
Zığ şosesində sürüşmə baş verib (VİDEO)

18 Oktyabr 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

18 Oktyabr 2018, 17:39 (GMT +4)
DGK sədri Gürcüstan səfiri ilə görüşüb

18 Oktyabr 2018, 17:31 (GMT +4)
Qəndəhar valiliyinə hücum edilib – Bir general və polis rəisi öldürülüb

18 Oktyabr 2018, 17:31 (GMT +4)
Cəlilabadda şəhidlik mövzusunda seminar keçirilib (FOTO)

18 Oktyabr 2018, 17:22 (GMT +4)
Cavid Qurbanov Moskvada medalla təltif olunub

18 Oktyabr 2018, 17:14 (GMT +4)
Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərçik açılıb (FOTOLAR)

18 Oktyabr 2018, 17:10 (GMT +4)
Zukerberq Facebook-dakı vəzifəsini itirə bilər

18 Oktyabr 2018, 17:04 (GMT +4)
UNEC-də Dövlət Müstəqilliyinə həsr olunmuş iclas keçirilib

18 Oktyabr 2018, 16:54 (GMT +4)
Gömrük Akademiyasında “Dövlət Müstəqilliyi günü” qeyd edilib

18 Oktyabr 2018, 16:45 (GMT +4)
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb

18 Oktyabr 2018, 16:32 (GMT +4)
Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub

18 Oktyabr 2018, 16:29 (GMT +4)
Britaniya və Hollandiya ticarət nazirləri də Səudiyyə səfərini ləğv ediblər

18 Oktyabr 2018, 16:23 (GMT +4)
Qubada meşədə qəza törədən sürücü ölüb

18 Oktyabr 2018, 16:11 (GMT +4)
AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib

18 Oktyabr 2018, 15:58 (GMT +4)
Oğurlanmış 14 sərhədçinin tapılması üçün İran Pakistana müraciət edib

18 Oktyabr 2018, 15:49 (GMT +4)
Xalça Muzeyində keçirilən beynəlxalq konfrans uğurla yekunlaşıb

18 Oktyabr 2018, 15:42 (GMT +4)
Dövlət Strategiyasının 5 ili: media nümayəndələri üçün seminar keçirilib (FOTOLAR)

18 Oktyabr 2018, 15:30 (GMT +4)
Qərargah: Sürüşmə sahəsinin istinad divarında yeni çatlar əmələ gəlib

18 Oktyabr 2018, 15:24 (GMT +4)
Türkiyə polisi Kaşıkçının cəsədini tapmaq üçün hərəkətə keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66