Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Nazir Səlim Müslümov Malayziya səfiri ilə görüşüb

13 Sentyabr 2017, 17:12 (GMT +4)

Bakı, 13 sentyabr, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Malayziyanın ölkəmizdəki səfiri Roslan Abdul Rahman ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, nazir Səlim Müslümov Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin mövcud olduğunu, üç il bundan öncə, 2014-cü ilin sentyabrında Azərbaycan ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamənin, müxtəlif sahələrdə əməkdaşlığa aid sənədlərin imzalanmasından sonra bu əlaqələrin daha da genişləndiyini qeyd edib. S.Müslümov Malayziya ilə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib: “Azərbaycan prezidenti İlham Əliyevin Əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransının iştirakçıları ilə görüşündə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması barədə irəli sürdüyü təklif təşkilata bütün üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Artıq həmin mərkəzin yaradılması işləri, demək olar ki, son mərhələdədir. İƏT-in Bakıda Əmək Mərkəzi Təşkilata üzv dövlətlər, həmçinin Azərbaycan və Malayziya arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına şərait yaradacaq”.

Nazir son 14 ildə Azərbaycanda ümumdaxili məhsulun 3 dəfədən çox artdığını diqqətə çatdırıb: “Xüsusilə uğurlu iqtisadi şaxələndirmə şəraitində qeyri-neft sektorunda 2,6 dəfə artım özünü göstərib və həmin sektorun milli iqtisadiyyatda xüsusi çəkisi 70%-ə çatıb ki, bu da məşğulluq imkanlarının artırılması baxımından xüsusi önəm kəsb edir. Regional inkişaf və özəl sektorun genişlənməsi şəraitində qeyri-neft sektorunun artımı 1,6 mln. yeni iş yerinin açılmasına, işsizliyin 5% səviyyəsinə enməsinə imkan verib. Rəsmi statistikaya əsasən, hazırda muzdla çalışanların 98%-ə yaxını də məhz qeyri-neft iqtisadiyyatında çalışanlardır. Bu inkişaf prosesləri qeyd olunan dövrdə əhalinin gəlirlərinin 5,2 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın artması ilə müşahidə edilib”.

Ölkəmizdə iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığını qeyd edən S.Müslümov ölkə əhalisinin 26%-dən çoxunun sosial təminat sistemi ilə əhatə olunduğunu, beynəlxalq qurumlar tərəfindən Azərbaycanın sosial müdafiə sisteminin geniş əhatəliliyə malik sistem kimi dəyərləndirildiyini vurğulayıb: “Sosial müdafiə sisteminin gücləndirilməsi üçün müvafiq işlər aparılmaqla, digər tərəfdən, aktiv əmək bazarı proqramları vasitəsilə əmək resurslarının səmərəli məşğulluğuna, ailə gəlirlərinin azalmasının qarşısının alınmasına yönələn kompleks tədbirlər paketi reallaşdırılıb. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların ailə əməyinə əsaslanan fərdi təsərrüfat sahibləri olmalarına, bununla onların və ailə üzvlərinin özünüməşğul fəaliyyətini quraraq ailə biznesinə yiyələnmələrinə imkan verib. Bütün bu proseslər qlobal böhranın fəsadlarının ölkənin sosial həyatında da hiss olunmadan ötüşməsinə şərait yaradıb”.

Son illərdə ölkəmizdə əmək, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulduğunu qeyd edən S.Müslümov bildirib ki, həmin elektron sistemlər üzərində nazirliyin fəaliyyət sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Hazırda digər aidiyyəti sahələrdə də elektron xidmətlərin yaradılması işləri davam etdirilir. Yaradılmış avtomatlaşdırılmış sistemlər vasitəsilə əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində müasir idarəetmə mexanizmləri və əhaliyə şəffaf, sosial cəhətdən həssas qruplar üçün əlçatan xidmətlər şəbəkəsi formalaşdırılıb”.

Nazir iki ölkənin aidiyyəti qurumları arasında əmək bazarı proqramları, əhalinin özünüməşğulluğunun təmin olunması, işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, müasir və şəffaf iş sistemlərinin qurulması və s. sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.

A.R.Roslan ölkəsinin Azərbaycana daim dost münasibəti göstərdiyini və ikitərəfli əlaqələrin güclənməsində maraqlı olduğunu vurğulayıb. Səfir Azərbaycan ilə Malayziya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkə üçün faydalı olan biləcəyini bildirib. O, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının da bu sahədə mühüm töhfə verəcəyini və bu təşəbbüsü Malayziyanın dəstəklədiyini bildirib.

Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyətinə və gələcək inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN yanında İctimai Şuranın üzvləri ilə görüş olub

ƏƏSMN-də BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlıq müzakirə olunub

ƏƏSMN-də Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub

ƏƏSMN-dəki 519 vakant vəzifəyə qəbul üzrə müsahibə elan edilib

ƏƏSMN və BDU arasında Memorandum imzalanıb

ƏƏSMN son bir ildə 12 mindən çox şəxsə sosial xidmət göstərib

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə ötən il 151,9 minə yaxın müraciət daxil olub

Ötən il "Elektron Hökumət" portalında ən çox ƏƏSMN-in e-xidmətlərinə müraciət olub

ƏƏSMN bərpa mərkəzlərində 34 671 nəfərə reabilitasiya xidmətləri göstərilib

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı azalıb

ƏƏSMN-də Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüş olub

ƏƏSMN-də “Məlumat mübadiləsi saatı” keçirilib

ƏƏSMN tərəfindən verilmiş aktivlər hesabına 1150 ailə təsərrüfatı yaradılıb

ƏƏSMN bəzi KİV-lərdə yayılmış məlumatlra rəsmi aydınlıq gətirib

ƏƏSMN bu il e-xidmətlərindən ən çox istifadə olunan qurumdur

ƏƏSMN-in "Çağrı mərkəzləri" 10,6 mindən çox müraciət cavablandırıb

Əlil şəxslərə 20 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib - ƏƏSMN

Əlilliyi olan daha 65 şəxs Nabran istirahət zonasına yola salınıb-ƏƏSMN

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə edilən müraciətlərin 95,7 faizi sorğu xarakterli olub

19 İyun 2018, 14:38 (GMT +4)
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

19 İyun 2018, 14:23 (GMT +4)
Sabah Bakıda 31 dərəcə isti gözlənilir

19 İyun 2018, 14:08 (GMT +4)
“Azərişıq”Azərişıq regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

19 İyun 2018, 13:57 (GMT +4)
FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb 

19 İyun 2018, 13:40 (GMT +4)
Türkiyədən başqa alternativləri də var - Baş nazir

19 İyun 2018, 13:24 (GMT +4)
İranda Krım-Konqo  xəstəliyindən 3 nəfər ölüb 

19 İyun 2018, 13:23 (GMT +4)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19 İyun 2018, 13:17 (GMT +4)
LOQOS-da "ShushaPost.az" saytının təqdimatı keçirilib

19 İyun 2018, 12:59 (GMT +4)
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

19 İyun 2018, 12:47 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb

19 İyun 2018, 12:36 (GMT +4)
Kürdə 16 yaşlı gənc batıb

19 İyun 2018, 12:25 (GMT +4)
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

19 İyun 2018, 11:53 (GMT +4)
Türkiyədə İyi partiyanın 250 üzvü istefa edib

19 İyun 2018, 11:38 (GMT +4)
Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

19 İyun 2018, 11:32 (GMT +4)
Lavrov və Pompeo Şimali Koreya  məsələsini müzakirə edib

19 İyun 2018, 11:27 (GMT +4)
Azərbaycanda ana və azyaşlı qızı itkin düşüb

19 İyun 2018, 11:15 (GMT +4)
Yol polisi Qubada reyd keçirib - sərxoş sürücülər saxlanılıb

19 İyun 2018, 11:02 (GMT +4)
Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

19 İyun 2018, 10:49 (GMT +4)
Şəhid, milli qəhrəman Mübariz İbrahimovun anım günüdür

19 İyun 2018, 10:37 (GMT +4)
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb

19 İyun 2018, 10:30 (GMT +4)
Bakıda restoran yanır

19 İyun 2018, 10:25 (GMT +4)
Dünya birjalarında neft ucuzlaşıb

19 İyun 2018, 10:15 (GMT +4)
Bakıda tikinti bazarı yanıb, əraziyə fövqəladə hallar nazirinin müavini gəlib

19 İyun 2018, 10:11 (GMT +4)
Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələr hədiyyə edib

19 İyun 2018, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 95 dəfə pozub

18 İyun 2018, 08:35 (GMT +4)
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

18 İyun 2018, 08:29 (GMT +4)
Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

17 İyun 2018, 13:29 (GMT +4)
Xalq rəssamı Elbəy Rzaquliyevin doğum tarixidir

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66