Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

“PwC” vergi işçilərinə “Blokçeyn texnologiyaları” barədə təlim keçib

14 Sentyabr 2017, 16:16 (GMT +4)

Bakı, 14 sentyabr, SalamNews.  PwC” beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyoru və nümayəndələri tərəfindən Vergilər Nazirliyinin əməkdaşları üçün “Blokçeyn (Blockchain) texnologiyaları” barədə 2 günlük təlim təşkil olunub.

Təlim “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində baş tutub.

Bu barədə SalamNews-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə təlimin mahiyyəti və gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, Vergilər Nazirliyi dünya vergi sistemində müasir çağırışları və əsas trendləri yaxından izləyir və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verməklə yeniliklərin tətbiqinə çevik reaksiya verməyə çalışır.

İki günlük təlim bu baxımdan xüsusilə əhəmiyyətlidir və təlim dövründə vergi inzibatçılığında qlobal meyillər və rəqəmsal transformasiyalar, vergiödəyiciləri ilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı, Vergilər Nazirliyinin rəqəmsal transformasiya istiqamətində fəaliyyəti və s. kimi məsələlər müzakirə edilib.

Tədbirdə “PwC” beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyorunun nümayəndəsi Eelko van der Enden “Beynəlxalq vergitutmada əsas meyillər və rəqəmsal transformasiya” mövzusunda təqdimatla çıxış edib.

O bildirib ki, “PwC” beynəlxalq konsaltinq şirkəti iqtisadiyyatın rəqəmsallaşdırılmasını və bu tendensiyanın vergi sistemi və inzibatçılığına dair ən müasir istiqamətlərini təmin edir. “PwC”-nin nümayəndəsi vergi sahəsində səmərəli idarəetmə sisteminin qurulması üçün müasir texnologiyalar barədə də ətraflı məlumat verib.

“Microsoft” şirkətinin nümayəndəsi Emin Axundovun “Vergi texnologiyalarının ekosistemi” adlı təqdimatı da maraqla qarşılanıb.

Mütəxəssislər, yeni texnoloji həll yollarından istifadə etməklə, səmərəli vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib, xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də, vergiödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında Blokçeyn texnologiyasının imkanları müzakirə edilib.

Təlimin 2-ci günü Blokçeyn texnologiyalarının vergi yığımlarında tətbiqi imkanları ekspertlərlə müzakirə edilib. Bu texnologiyaların müxtəlif sferalarda tətbiqini həyata keçirən bir sıra ölkələrin təcrübəsi nəzərdən keçirilib.

Xüsusilə, dünya vergi administrasiyaları tərəfindən populyar kriptovalyutaların (bitkoin, eterium və digərləri) vergitutmaya cəlb edilməsi imkanları müzakirə edilib. Bu baxımdan, təlim zamanı kriptovalyutanın elektron ticarətdə geniş yayılmasının aktuallığı, kriptovalyuta dövriyyələrinə vergi orqanlarının monitorinqi, məlumatların toplanması və gələcəkdə dövlət tərəfindən bu sahənin tənzimləmə üsulları və imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Təlim proqramında “PwC” və “Microsoft” şirkətinin aparıcı ekspertləri 30-dan artıq vergi mütəxəssisinin iştirak etdiyi interaktiv sessiyalar təşkil edib.

Sonda isə təqdimatlarla bağlı müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"PwC Azərbaycan" şirkətinin Marşallar Komandası Formula 1-ə qatılıb

"PwC Azerbaijan" 2-ci illik CEO araşdırmasının nəticəsini açıqlayıb

Bakcell və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir (FOTO)

“PwC Azerbaijan” Bakıda keçirilən təhsil simpoziumunun tərəfdaşı olub

Dövlət Komitəsi ilə "PwC" şirkəti arasında memorandum imzalanıb

“PwC Azərbaycan”ın ekspertləri "Caspian European Club" şirkətləri üçün seminar keçirib

19 İyun 2018, 14:38 (GMT +4)
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

19 İyun 2018, 14:23 (GMT +4)
Sabah Bakıda 31 dərəcə isti gözlənilir

19 İyun 2018, 14:08 (GMT +4)
“Azərişıq”Azərişıq regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

19 İyun 2018, 13:57 (GMT +4)
FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb 

19 İyun 2018, 13:40 (GMT +4)
Türkiyədən başqa alternativləri də var - Baş nazir

19 İyun 2018, 13:24 (GMT +4)
İranda Krım-Konqo  xəstəliyindən 3 nəfər ölüb 

19 İyun 2018, 13:23 (GMT +4)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19 İyun 2018, 13:17 (GMT +4)
LOQOS-da "ShushaPost.az" saytının təqdimatı keçirilib

19 İyun 2018, 12:59 (GMT +4)
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

19 İyun 2018, 12:47 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb

19 İyun 2018, 12:36 (GMT +4)
Kürdə 16 yaşlı gənc batıb

19 İyun 2018, 12:25 (GMT +4)
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

19 İyun 2018, 11:53 (GMT +4)
Türkiyədə İyi partiyanın 250 üzvü istefa edib

19 İyun 2018, 11:38 (GMT +4)
Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

19 İyun 2018, 11:32 (GMT +4)
Lavrov və Pompeo Şimali Koreya  məsələsini müzakirə edib

19 İyun 2018, 11:27 (GMT +4)
Azərbaycanda ana və azyaşlı qızı itkin düşüb

19 İyun 2018, 11:15 (GMT +4)
Yol polisi Qubada reyd keçirib - sərxoş sürücülər saxlanılıb

19 İyun 2018, 11:02 (GMT +4)
Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

19 İyun 2018, 10:49 (GMT +4)
Şəhid, milli qəhrəman Mübariz İbrahimovun anım günüdür

19 İyun 2018, 10:37 (GMT +4)
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb

19 İyun 2018, 10:30 (GMT +4)
Bakıda restoran yanır

19 İyun 2018, 10:25 (GMT +4)
Dünya birjalarında neft ucuzlaşıb

19 İyun 2018, 10:15 (GMT +4)
Bakıda tikinti bazarı yanıb, əraziyə fövqəladə hallar nazirinin müavini gəlib

19 İyun 2018, 10:11 (GMT +4)
Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələr hədiyyə edib

19 İyun 2018, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 95 dəfə pozub

18 İyun 2018, 08:35 (GMT +4)
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

18 İyun 2018, 08:29 (GMT +4)
Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

17 İyun 2018, 13:29 (GMT +4)
Xalq rəssamı Elbəy Rzaquliyevin doğum tarixidir

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66