Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Binəqədi şosesində yağış kanalizasiya sistemi yenidən qurulur (FOTO,VİDEO)

14 Sentyabr 2017, 17:27 (GMT +4)

Bakı, 14 sentyabr, SalamNews. Bakıda Binəqədi şosesi boyu səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda yeni kollektor tikilib. Yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq.

"Azəravtoyol" ASC-dən SalamNews-a verilən məlumata görə, bu tədbirlər "Azərsu" ASC ilə birgə həyata keçirilir.

"Bundan başqa, 4-cü qapı küçəsi ilə kəsişmədə tullantı suların axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunu Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş borunun köhnəlməsi və ötürmə qabiliyətinin itirməsi nəticəsində intensiv yağıntılar zamanı sözügedən ərazi də yağış sularının altında qalırdı. Bunun qarşısını almaq məqsədi ilə hazırda yolun altından yeni 35 metr uzunluğunda borunun quraşdırılması işləri də aparılır.

Yoldan səth sularının kənarlaşdırılması istiqamətində aparılan işlər imkan verir ki, intensiv yağıntılar zamanı yolun hərəkət hissəsinin su ilə dolmasının və nəticədə hərəkətin iflic olmasının qarşısı alınsın. Bundan başqa, su xətlərinin köhnəlməsi nəticəsində yol boyu borularda sızmaların baş verməməsi üçün köhnə su xətləri ləğv edilərək, 3 km uzunluğunda yeni xətlər çəkilib. Həmçinin yeni qaz xətləri də çəkilib, elektrik və rabitə xətləri yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yeniləri ilə əvəz olunub.

Aidiyyəti qurumlarla birgə aparılmış bu işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının sığortalamış olacaq", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, yaxın günlərdə isə “Azəravtoyol” tərəfindən yolun əsaslı şəkildə bərpasına başlanılacaq. Yolda tam müasir yol infrastrukturu yaradılacaq. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni cibli dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” bəzi KİV-lərdə yayılmış məlumatlra rəsmi aydınlıq gətirib

"Azəravtoyol" Binəqədi şosesində təmir işlərinin keyfiyyətsiz aparılmasına münasibət bildirib

"Azəravtoyol" bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Avtomobil yolları layihələrinin icrası bu ilin sonuna kimi yekunlaşacaq - "Azəravtoyol"

“Azəravtoyol” ASC 71 gənc ailəyə bayram sovqatı paylayıb

“Azəravtoyol”: Xarici investisiyalar hesabına yol infrastrukturunun yenidən qurulması davam etdirilib

Bakı yollarında 600 min kvadratmetrə yaxın sahədə təmir işləri aparılıb - "Azəravtoyol"

Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi Astarada turizmin inkişafına təkan verəcək - Azəravtoyol

Avtomobil yolları tikinti norma və qaydalarına uyğun salınır - “Azəravtoyol” ASC

“Azəravtoyol” ASC-nin rəhbərliyi balaca Zəhranın məzarını ziyarət edib (FOTO)

“Azəravtoyol” ASC daha bir ilkə imza atıb (VİDEO)

Azəravtoyol yollarda təmir işlərilə əlaqədar sürücülərə müraciət edib

"Azəravtoyol” yolgöstərici xətlərinin rənglənməsi ilə bağlı sürücülərə xəbərdarlıq edib

"Azəravtoyol" paytaxtda yolda təmir işi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Estoniyalı yol mühəndisləri ilə "Azəravtoyol"da görüş keçirilib

Estoniyalı qonaqlar üçün “Azəravtoyol” ASC-də infotur təşkil edilib

"Azəravtoyol" tərəfindən bu ilin I rübündə 100 minə yaxın ağac və kol bitkisi əkilib 

“Azəravtoyol” ASC-nin sədri “İlin Mühəndisi” fəxri adına layiq görülüb

19 İyun 2018, 14:38 (GMT +4)
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

19 İyun 2018, 14:23 (GMT +4)
Sabah Bakıda 31 dərəcə isti gözlənilir

19 İyun 2018, 14:08 (GMT +4)
“Azərişıq”Azərişıq regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

19 İyun 2018, 13:57 (GMT +4)
FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb 

19 İyun 2018, 13:40 (GMT +4)
Türkiyədən başqa alternativləri də var - Baş nazir

19 İyun 2018, 13:24 (GMT +4)
İranda Krım-Konqo  xəstəliyindən 3 nəfər ölüb 

19 İyun 2018, 13:23 (GMT +4)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19 İyun 2018, 13:17 (GMT +4)
LOQOS-da "ShushaPost.az" saytının təqdimatı keçirilib

19 İyun 2018, 12:59 (GMT +4)
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

19 İyun 2018, 12:47 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb

19 İyun 2018, 12:36 (GMT +4)
Kürdə 16 yaşlı gənc batıb

19 İyun 2018, 12:25 (GMT +4)
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

19 İyun 2018, 11:53 (GMT +4)
Türkiyədə İyi partiyanın 250 üzvü istefa edib

19 İyun 2018, 11:38 (GMT +4)
Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

19 İyun 2018, 11:32 (GMT +4)
Lavrov və Pompeo Şimali Koreya  məsələsini müzakirə edib

19 İyun 2018, 11:27 (GMT +4)
Azərbaycanda ana və azyaşlı qızı itkin düşüb

19 İyun 2018, 11:15 (GMT +4)
Yol polisi Qubada reyd keçirib - sərxoş sürücülər saxlanılıb

19 İyun 2018, 11:02 (GMT +4)
Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

19 İyun 2018, 10:49 (GMT +4)
Şəhid, milli qəhrəman Mübariz İbrahimovun anım günüdür

19 İyun 2018, 10:37 (GMT +4)
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb

19 İyun 2018, 10:30 (GMT +4)
Bakıda restoran yanır

19 İyun 2018, 10:25 (GMT +4)
Dünya birjalarında neft ucuzlaşıb

19 İyun 2018, 10:15 (GMT +4)
Bakıda tikinti bazarı yanıb, əraziyə fövqəladə hallar nazirinin müavini gəlib

19 İyun 2018, 10:11 (GMT +4)
Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələr hədiyyə edib

19 İyun 2018, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 95 dəfə pozub

18 İyun 2018, 08:35 (GMT +4)
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

18 İyun 2018, 08:29 (GMT +4)
Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

17 İyun 2018, 13:29 (GMT +4)
Xalq rəssamı Elbəy Rzaquliyevin doğum tarixidir

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66