Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Aydın Əliyev BP şirkətinin regional prezidentini qəbul edib

25 Sentyabr 2017, 15:30 (GMT +4)

Bakı, 25 sentyabr,  SalamNews. Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 1994-cü ilin sentyabr ayında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırıb.

Sentyabrın 14-də isə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasını da məmnunluqla xatırlayan DGK sədri bu əlamətdar hadisəni 2050-ci ilə qədər uzadılan "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr kimi xarakterizə edib. Xəzər dənizi hövzəsində hasil edilən neftin əlverişli geostrateji mövqeyə malik ölkəmizin ərazisi vasitəsilə dünya bazarına çıxarılmasının respublikamızın inkişafı baxımından həm iqtisadi, həm də strateji əhəmiyyət daşıdığını qeyd edən A.Əliyev ümumiyyətlə, respublikamızda neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işlərdən məmnunluqla söhbət açıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən bəhs edən Komitə sədri, bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Azərbaycan Gömrüyünün keçdiyi inkişaf yoluna da qısaca nəzər salan A. Əliyev gömrük orqanlarının peşəkar kadrların hazırlanması, gömrük işi sahəsində informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin və əməkdaşlığın gücləndirilməsi və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən də bəhs edib.

Gömrük işinin səmərəli təşkili məqsədilə son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi islahatlardan bəhs edən Aydın Əliyev, ölkə başçısının təşəbbüsü ilə tətbiq olunan yeniliklər hesabına gömrük işinin bütün sahələrində mühüm nailiyyətlər əldə olunduğunu, sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradıldığını və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırıldığını bildirib və qeyd edib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir.

Komitə sədri xüsusilə gömrük işini öyrənən gənclərin yüksək ixtisas alması, bilik və təcrübəsini artırması işinə diqqət yetirildiyini də söyləyib. Bu ilin iyulunda Azərbaycan Respublikasının Qusar şəhərində "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransının da kadr potensialının artırılması işində irəliyə doğru növbəti mühüm addım olduğunu vurğulayan Aydın Əliyev bu konfransa göstərdiyi dəstəyə görə BP şirkətinin rəhbərliyinə minnətdarlığını bildirib. DGK sədri bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu da ifadə edib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyevə təşəkkür edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanda fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. "Əsrin müqaviləsi"ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü xatırladan qonaq ötən illər ərzində Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan müsbət əlaqələrdən də bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan Qəri Counz gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin 2050-ci ilə qədər uzadılan "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsi dövründə daha da genişlənəcəyinə əminliyini ifadə edib. İxtisaslı kadrların yetişdirilməsi məsələsinə də toxunana şirkət təmsilçisi, son dövrlərdə Azərbaycanda BP şirkətinin həyata keçirdiyi lahiyələrin icrasında iştirak edən yerli mütəxəssislərin sayının sürətlə artdığını, bunun da ölkənin peşəkar kadr potensialının güclənməsindən xəbər verdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması məqsədilə gələcəkdə keçiriləcək, xüsusilə gömrük sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbir və proqramlarda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK sədri Aydın Əliyev “AmCham”ın üzvləri ilə görüşüb 

Ötən il gömrükdə 9 minə yaxın qanun pozuntusu qeydə alınıb - Aydın Əliyev

Aydın Əliyev :"Büdcəyə 2 milyard 130 milyon manat həcmində vəsait daxil olub" 

Aksiz dərəcələrinin böyük miqdarda artırılmasından söhbət getmir-Aydın Əliyev

DGK sədri Aydın Əliyev Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

"Yaşıl Dəhliz" sisteminin tətbiqi sadə məsələ deyil - Aydın Əliyev

Aİ-nin maliyyə dəstəyi ilə tikiləcək Logistika Mərkəzi ilə bağlı iş aparılır - Aydın Əliyev

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

Aydın Əliyev: Bu ilin dörd ayı üçün yerinə yetirdiyimiz proqnoz tapşırığı 750 milyon manatı keçib

Aydın Əliyev: İlin birinci rübündə Azərbaycandan meyvə-tərəvəz ixracının həcmi artıb

DGK spesifik rüsumların tətbiqinə başlayıb - Aydın Əliyev

Aydın Əliyev: Azərbaycan adı ilə hər hansı ölkənin məhsullarının Rusiyaya ixrac olunmasına şərait yaratmayacağıq

Azərbaycan hökuməti Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edir - Aydın Əliyev

Aydın Əliyevə general-polkovnik ali xüsusi rütbəsi verilib

Aydın Əliyev: Dağlıq Qarabağda bizim mədəni və dini abidələrimiz dağıdılır

Aydın Əliyev: Peşəkar kadrların hazırlanması bizim üçün ən vacib məsələdir

DGK ixracın tənzimlənməsilə bağlı hökumətə təklif irəli sürüb - Aydın Əliyev

Gömrük orqanlarında kadr çatışmazlığı problemi var - Aydın Əliyev

DGK sədri Aydın Əliyev Lənkəranda vətəndaşları qəbul edəcək

Aydın Əliyev: Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində çalışır

22 Aprel 2018, 09:02 (GMT +4)
Bu gün İmam Zeynəlabidinin (ə) mövlud günüdür

21 Aprel 2018, 18:17 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyinatı olub

21 Aprel 2018, 18:05 (GMT +4)
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

21 Aprel 2018, 18:03 (GMT +4)
Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

21 Aprel 2018, 17:54 (GMT +4)
Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri təyin edilib

21 Aprel 2018, 17:50 (GMT +4)
Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

21 Aprel 2018, 17:47 (GMT +4)
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib - SİYAHI

21 Aprel 2018, 16:58 (GMT +4)
“Moskva-Siti”də yanğın: 300 nəfər təxliyə olunub

21 Aprel 2018, 16:45 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 16:28 (GMT +4)
Şamaxıda üç avtomobil yolu sürüşmə nəticəsində dağılıb

21 Aprel 2018, 16:16 (GMT +4)
Beynəlxalq Yer Günü ilə əlaqədar 12 hektar sahədə abadlıq işləri aparılıb

21 Aprel 2018, 16:02 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 15:45 (GMT +4)
Bakıdakı bu otağın 73 milyondan çox üzvü var, hərraca çıxarıldı (FOTOLAR)

21 Aprel 2018, 15:33 (GMT +4)
Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib

21 Aprel 2018, 15:25 (GMT +4)
Bu il Gəncədə 58 müharibə əlili müalicəyə getmək üçün müraciət edib

21 Aprel 2018, 15:03 (GMT +4)
Novruz Məmmədov rəsmən Azərbaycanın Baş naziri təyin edilib

21 Aprel 2018, 14:57 (GMT +4)
Etiraz dalğası Ermənistanın daha bir şəhərini bürüdü

21 Aprel 2018, 14:50 (GMT +4)
Azərbaycanda ən kiçik Quran kitabı Gəncədə saxlanılır (FOTO)

21 Aprel 2018, 14:39 (GMT +4)
Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalanıb

21 Aprel 2018, 14:28 (GMT +4)
Milli Məclisin deputatları Gürcüstana gedir

21 Aprel 2018, 14:18 (GMT +4)
Əfqanıstanda terror aktı törədilib

21 Aprel 2018, 14:10 (GMT +4)
Prezident hansısa böyük dövlətin təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib - Mübariz Qurbanlı

21 Aprel 2018, 14:00 (GMT +4)
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

21 Aprel 2018, 13:50 (GMT +4)
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

21 Aprel 2018, 13:21 (GMT +4)
Sabah ölkə ərazisində yağış yağacaq,külək əsəcək

21 Aprel 2018, 13:13 (GMT +4)
Zəhra Bədəlbəyli ikinci kitabını nəşr etməyə hazırlaşır

21 Aprel 2018, 13:01 (GMT +4)
Bakıda polis bölməsinin ərazisində üç top mərmisi tapılıb

21 Aprel 2018, 12:52 (GMT +4)
Ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq - Novruz Məmmədov

21 Aprel 2018, 12:49 (GMT +4)
Azərbaycanlı deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

21 Aprel 2018, 12:41 (GMT +4)
“Total”ın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66