Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Fransa şirkəti Azərbaycan üçün ilk sərnişin lokomotivini təqdim edib

09 Oktyabr 2017, 15:43 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews. Fransanın şimal – şərqində yerləşən Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib.

QSC-dən SalamNews-a verilən məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müvini Hicran Valehovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri, “Alstom Transportation S.A.” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille, eləcə də Azərbaycanın və Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Alstom şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille bildirib ki, ilk çoxtəyinatlı Prima lokomotivini Azərbaycana çatdırmaqdan və Qara dənizlə Xəzər dənizi, Rusiya ilə İran arasında tranzit dəmir yolu bağlantısını daha da gücləndirmək məqsədi daşıyan iddialı layihələrin tərəfdaşı olmaqdan dərin məmnunluğumuzu bildiririk. Texnoloji baxımdan xüsusi təyinata uyğun istehsal edilmiş bu lokomotiv “Alstom” şirkəti ilə “ADY” QSC-nin işçi heyətləri arasında qurulmuş möhkəm qarşılıqlı əlaqələrin nəticəsidir.

“Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Hicran Valehov çıxış edərək bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Belə ki, Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqavilənin tərkib hissəsi kimi hal-hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir. “Azərbaycan Dəmir Yolları” QSC bundan sonra “Alstom” şirkəti ilə əlaqələri daha da genişləndirəcək. Qeyd edək ki, bu lokomotivlər Şərq – Qərb dəhlizi üzrə 25 kV AC, 50 Hrs və Şimal – Cənub dəhlizi üzrə 3 kV DC ilə hərəkət edəcək.

AZ4A sərnişin lokomotivi operatorları sərnişin və yük xidmətləri üçün nəzərdə tutulmuş ən münasib həllərlə təmin etmək üçün layihələndirilmiş “Alstom” Prima modulyar platformasına əsaslanır. Tətbiqat növləri baxımından bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. Prima AZ4A texniki xidmət və təmir arasında daha uzunmüddətli istismar göstəriciləri, az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri və park idarəçiliyinin yüksək iş səmərəliliyi ilə sərnişin xidmətində 160 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır.

AZ4A Azərbaycan Dəmir Yollarının texniki tələblərinə əsaslanaraq, QOST1 standart və spesifikasiyalarına riayət edilməklə işlənib- hazırlanmış Prima M4 lokomotividir. Lokomotiv “Alstom” texnologiyasına əsaslanan ən qabaqcıl dartı sisteminə malik olub, minimal texniki xidmət tələb edir və öz modulyar dizaynına görə, yüksək etibarlılıq və aşağı istismar xərcləri təmin edir.

Azərbaycanın Dəmir Yolu şəbəkəsi, təqribən 3000 km dəmir yolu xətti ilə, Qara dənizlə Xəzər dənizi və Rusiya ilə İran arasında vacib əlaqəni təmin edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərbaycan Dəmir Yolları” vətəndaşlara müraciət edib

"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarının sərnişinlərinə müraciət edib

“Azərbaycan Dəmir Yolları” bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

“Azərbaycan Dəmir Yolları” QSC-də 3 ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib

"Azərbaycan Dəmir Yolları" QSC-də gənclərlə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları ” internet müsabiqəsində II yerə layiq görülüb

BTQ ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyəyə çatıb (VİDEO)

“Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında əlaqələr genişləndirilir 

“Azərbaycan Dəmir Yolları” QSC–də “ADY Konteyner” MMC yaradılıb

“Azərbaycan Dəmir Yolları” QSC qış mövsümünə hazırlıq işlərini sürətləndirib

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib

Azərbaycan Dəmir Yolları Biləcəri stansiyasından istifadə edən sərnişinlərə müraciət edib

“Azərbaycan Dəmir Yolları”ndan sərnişinlər üçün xüsusi endirim elan edilib

"Azərbaycan Dəmir Yolları" QSC-də Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları" QSC gediş haqlarını artırır

“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilir

"Azərbaycan Dəmir Yolları” QSC-də Ukraynanın nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

GTMŞ-nın növbəti məlumat turu “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilib

17 İyul 2018, 18:10 (GMT +4)
Rezidenturaya qəbul üzrə yerlərin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib

17 İyul 2018, 18:00 (GMT +4)
Bakıda intihar cəhdinin qarşısı alınıb

17 İyul 2018, 17:53 (GMT +4)
“Azərbaycan Hava Yolları” mükafata layiq görülüb

17 İyul 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

17 İyul 2018, 17:42 (GMT +4)
Dövlət Neft Fondu bu vaxtadək “Star” layihəsinə 1,6 milyard manat xərcləyib

17 İyul 2018, 17:34 (GMT +4)
Bakıda dənizdə daha iki nəfər batıb

17 İyul 2018, 17:26 (GMT +4)
"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

17 İyul 2018, 17:18 (GMT +4)
Dənizin sahilini çirkləndirən istirahət mərkəzləri cərimələnib

17 İyul 2018, 17:12 (GMT +4)
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində 

17 İyul 2018, 17:04 (GMT +4)
MADO restoranlar şəbəkəsinə media tur təşkil olunub (FOTO)

17 İyul 2018, 17:00 (GMT +4)
Azərbaycanda Rəqabət Agentliyi yaradılacaq

17 İyul 2018, 16:44 (GMT +4)
Azərbaycan 2020-ci ildən tam üzən məzənnə rejiminə keçəcək

17 İyul 2018, 16:25 (GMT +4)
Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanılıb

17 İyul 2018, 16:10 (GMT +4)
Məhəmməd Hadi küçəsinin 2.8 km-lik hissəsi təmir edildi

17 İyul 2018, 16:00 (GMT +4)
Əhali arasında “MADO”-a maraq çox böyükdür - Kəmalə Allahverdiyeva

17 İyul 2018, 15:43 (GMT +4)
Formula 1: Raykkonenin karyerasını “Haas”da davam etdirəcəyi gözlənilir

17 İyul 2018, 15:31 (GMT +4)
Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb

17 İyul 2018, 15:22 (GMT +4)
AQTA-da Beynəlxalq donor təşkilatları ilə görüş keçirilib

17 İyul 2018, 15:17 (GMT +4)
Xəzər sammitinin tarixi və yeri açıqlanıb

17 İyul 2018, 15:07 (GMT +4)
Bakının baş planının hazırlanması prosesi başlayır

17 İyul 2018, 15:06 (GMT +4)
"Sınıq Körpü" gömrük postunda yaranmış sıxlığa aydınlıq gətirilib

17 İyul 2018, 14:43 (GMT +4)
Bu ilin 6 ayında ölkəyə idxal edilmiş avtomobillərin sayı açıqlanıb

17 İyul 2018, 14:23 (GMT +4)
Səfir: Qəzvin-Rəşt-Astara dəmir yolu istifadəyə verildikdən sonra İran-Azərbaycan ticarət dövriyyəsi 2 milyard dollara çatacaq

17 İyul 2018, 14:15 (GMT +4)
Azərbaycan və Rumıniya diasporlarının birgə əməkdaşlığını, lobbiçilik fəaliyyətini əks etdirən memorandum imzalanıb

17 İyul 2018, 14:08 (GMT +4)
Sərhədçilər Füzulidə 83 yaşlı qadının həyatını xilas etdilər

17 İyul 2018, 13:58 (GMT +4)
Azercell məktəblilər üçün pulsuz proqramlaşdırma dərslərinə start verib

17 İyul 2018, 13:45 (GMT +4)
Lənkəranda sexdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

17 İyul 2018, 13:37 (GMT +4)
Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq

17 İyul 2018, 13:26 (GMT +4)
“Excelsior Hotel & Spa Baku”-da“İşgüzar danışıqlar” mövzuzsunda tədbir keçirilib

17 İyul 2018, 13:18 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66