Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

AZƏRTAC Beynəlxalq İslam Xəbərlər Agentliyi təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

16 Oktyabr 2017, 09:10 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNews. Oktyabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) Baş Assambleyasının 5-ci iclası keçirilib.

İclasda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri, İİNA-nın İcraiyyə Şurasının direktoru Avvad bin Saleh əl-Avvad, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi, təşkilata üzv dövlətlərin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndə heyətləri, o cümlədən AZƏRTAC-ın əməkdaşı iştirak edib.

Tədbirdə İİNA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, İƏT-in 2025-ci ilədək nəzərdə tutduğu iş proqramı çərçivəsində fəaliyyət planı təsdiqlənib. Sonra təşkilati məsələlərə baxılıb. Səudiyyə Ərəbistanının nümayəndəsi İcraiyyə Şurasının sədr müavini seçilib. Şuraya Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC da daxil olmaqla, doqquz yeni üzv qəbul olunub.

İclasda, eləcə də İİNA-nın yeni nizamnaməsi təsdiqlənib, təşkilatın birliyə çevrilməsi məsələsi müzakirə olunaraq qəbul edilib.

Həmçinin İslam dünyasının problemlərinin işıqlandırılmasında, eləcə də terrorun təbliğinə və islamofobiyaya qarşı mübarizədə İƏT-ə üzv dövlətlərin milli xəbər agentliklərinin rolu, milli xəbər agentlikləri arasında əməkdaşlığa dəstək, “İslam Əməkdaşlıq Təşkilatının mükafatı” müsabiqəsində iştirak məsələləri ətrafında müzakirələr aparılıb.

Baş Assambleyanın 6-cı iclasının Cibutidə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, İİNA-nın yaradılması barədə qərar 1972-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Ciddədə keçirilmiş 3-cü iclasında qəbul edilib. İƏT-ə üzv dövlətlərin informasiya nazirlərinin 2006-cı ildə Ciddədə keçirilmiş 7-ci iclasında agentliyin fəaliyyətini gücləndirmək üçün struktur islahatlar aparılması qərara alınıb.

Agentlik İcraiyyə Şurası və Baş Assambleya olmaqla, iki rəhbər orqandan ibarətdir. On bir üzvü olan İcraiyyə Şurası agentliyin informasiya fəaliyyətinə nəzarət edir və hər il keçirilən iclasında inzibati, maliyyə və texniki məsələlərə baxılır. İki ildən bir keçirilən Baş Assambleyada isə İƏT-ə üzv dövlətlərin xəbər agentliklərinin direktorları və nümayəndələri iştirak edirlər.

Əsas məqsədi İslam dövlətləri arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq, üzv agentliklər arasında təcrübə mübadiləsini təşviq etmək olan İİNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AZƏRTAC ilə FENA xəbər agentliyi arasında Memorandum imzalanıb 

İRNA AZƏRTAC-la əməkdaşlığa böyük önəm verir

Dünyanın nüfuzlu nəşri AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır (FOTO)

AZƏRTAC ilə Sinxua xəbər agentliyi arasında Əməkdaşlıq Sazişi imzalanıb

AZƏRTAC ilə Sinxua agentlikləri arasında əməkdaşlıq genişlənir (FOTO)

Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb

Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi beynəlxalq təşkilatla əməkdaşlığa maraq göstərir

Braziliya Kommunikasiya Şirkəti AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq istəyir

Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

Anadolu agentliyinin və TRT telekanalının rəhbərləri AZƏRTAC-da olublar 

AZƏRTAC 98 yaşını qeyd edir

AZƏRTAC-ın baş direktoru Koreyanın Yonhap agentliyinə təbrik ünvanlayıb

Sudan Respublikasının KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

AZƏRTAC FAAPA-nın Baş Assambleyasında iştirak edir

AZƏRTAC təqdim edir: Media və zamanın çağırışları

Piter Teys: AZƏRTAC-ın beynəlxalq media məkanında artan rolunun şahidiyik

AZƏRTAC 9 mindən çox fotosənədi arxivə təhvil verib

AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir

AZƏRTAC-ın baş direktoru “Microsoft”-un MDB İdarə Heyətinin üzvü ilə görüşüb

AZƏRTAC və OANA-nın nümayəndəsi AMAN-ın Baş Assambleyasında çıxış edib

14 Dekabr 2018, 10:25 (GMT +4)
KOBİA-nın nümayəndələri Rusiyada səfərdədir

14 Dekabr 2018, 10:17 (GMT +4)
Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

14 Dekabr 2018, 10:04 (GMT +4)
SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

14 Dekabr 2018, 09:56 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

14 Dekabr 2018, 09:45 (GMT +4)
DİN: Ötən gün 99 cinayət faktı qeydə alınıb

14 Dekabr 2018, 09:45 (GMT +4)
Husilər Yəmən sülh danışıqlarının nəticələrinə münasibət bildiriblər

14 Dekabr 2018, 09:38 (GMT +4)
Atəşkəs rejimi 26 dəfə pozulub

14 Dekabr 2018, 09:30 (GMT +4)
UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub

14 Dekabr 2018, 09:19 (GMT +4)
ABŞ Konqresi Kaşıkçının ölümündə rəsmən Bin-Salmanı təqsirli bilib

14 Dekabr 2018, 09:15 (GMT +4)
ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyi təsdiqlənib

14 Dekabr 2018, 09:10 (GMT +4)
Vüqar Şixəmmədov yüksək vəzifəyə təyin edilib

14 Dekabr 2018, 09:01 (GMT +4)
Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edilib

13 Dekabr 2018, 18:10 (GMT +4)
“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib

13 Dekabr 2018, 18:06 (GMT +4)
Gənclər Fondu müsabiqənin nəticəsini elan edib

13 Dekabr 2018, 17:50 (GMT +4)
QDİƏT-ə sədrlik Azərbaycandan Bolqarıstana keçəcək

13 Dekabr 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan  məzənnəsi açıqlanıb

13 Dekabr 2018, 17:38 (GMT +4)
Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

13 Dekabr 2018, 17:30 (GMT +4)
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

13 Dekabr 2018, 17:22 (GMT +4)
Britaniya Küveytdə hərbi qərargah inşa etməyə başlayır

13 Dekabr 2018, 17:21 (GMT +4)
Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

13 Dekabr 2018, 17:18 (GMT +4)
İtaliya Senatında Azərbaycanla bağlı kitabın təqdimatı olub (FOTO)

13 Dekabr 2018, 17:12 (GMT +4)
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib

13 Dekabr 2018, 17:06 (GMT +4)
Beynəlxalq iqtisadi biliklər Azərbaycana gətirilir

13 Dekabr 2018, 16:59 (GMT +4)
"Azər-Türk Bank" ödəniş kartları ilə bağlı yeni kampaniya keçirir

13 Dekabr 2018, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib

13 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti iclası keçirilib

13 Dekabr 2018, 16:40 (GMT +4)
Sumqayıt Texnologiyalar Parkı Danimarkaya alüminium profillər ixrac edib

13 Dekabr 2018, 16:37 (GMT +4)
Yəmənlə bağlı sülh danışıqları bitib – Nəticələr açıqlanıb

13 Dekabr 2018, 16:35 (GMT +4)
AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb

13 Dekabr 2018, 16:29 (GMT +4)
“DaimOnline” kampaniyası daha iki universitetdə təşkil edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66