Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

Formula 1 maşınlarının qiymətləri açıqlanıb (FOTO)

18 Oktyabr 2017, 15:25 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews. Formula1 get-gedə Azərbaycanda da populyarlaşır. Əlbəttə, ölkəmizdə keçirilən Azərbaycan Qran Prisi dünyanın ən sürətli idman növünə olan marağı daha da artırır. Həm yarışları canlı izləyənləri, həm də mütəmadi olaraq TV-dən izləyənləri F1 maşınlarının qiymətləri maraqlandırır.

Sözün düzü ən yeni texnikanı heç bir komanda satmaz, çünki rəqiblər bu maşını almaqla komandanın sirlərinə yiyələnə bilərlər. Amma bir müddət keçdikdən sonra, xüsusən də müflis olmuş komandalar texnikalarını satışa çıxarırlar. Eyni zamanda, alver saytlarında vaxtılə hansısa kolleksiya sahibinin satışa çıxardığı modellərə də rast gəlmək olar.

SalamNews "F-1.az" saytına istiandən xəbər verir ki, Britaniyanın RaceCarsDirect portalında hazırda satışda olan 15 F1 maşınının olduğunu müəyyən edib. 

1. Ensign N177 – 1977-ci ildə Ensign komandanın hazırladığı bu maşını 1977-1979-cu illərdə çempionatda Kley Reqatsoni, Jaki İks, Nelson Pike, Patrik Tambe və Derek Deli idarə etmişdilər. İlk debüt yarışındaca Reqatsoniyə 6-cı yerə görə 1 xal qazandırmışdı. Ən yaxşı nəticəsi isə 4 dəfə 5-cilik olmuşdu. Bu maşını almaq istəyən sürət həvəskarı 295 min funt sterlinq (645 min manat) ödəməli olacaq.

 

2. Toleman TG185 – Toleman komandasının 1985-ci ildə hazırladığı son maşındır. Komanda Ayrton Senna kimi həm sürətli, həm də varlı sürücünü itirdikdən sonra yeni maşını mövsümün əvvəlinə hazırlaya bilməmişdi. Benetton şirkəti ilə sponsor müqaviləsi imzalandıqdan sonra maşın mövsümün 4-cü yarışına hazırlanmışdı və əsas sürücü kimi Teo Fabi tərəfindən idarə olunmuşdu. Nürburqrinqdə italiyalı sürücü bu maşınla poul qazanmışdı, amma təəssüf ki, start aldığı 13 yarışın yalnız 2-də finiş görə bilmişdi: 12-ci və 14-cü yerlərdə. Mövsümün sonunda isə komanda Benetton şirkətinə satılmışdı. Bu gözəl maşını almaq istəyən kolleksioner 225 min funt sterlinqindən (492 min manat) keçməli olacaq.

3. Arrows A9 – Arrows komandasının 1986-cı il üçün hazırladığı A8 modelinin təkmilləşmiş versiyası idi, amma Tyerri Butsen həm Almaniyada, həm də Avstriyada start aldığı yarışların heç birində finişə çata bilməmişdi. Kristian Danner isə cümə və şənbə günlərini A9-la keçirsə də, bazar günü yarışa A8-lə qatılmışdı. Maşın gələcək sahibinə cəmi 175 min funta (383 min manat) başa gələcək.

4. Tyrrell 017 – Ken Tirrellin başçılıq etdiyi komandanın 1988-ci il üçün hazırladığı bu maşını Conatan Palmer və Culian Beyli idarə etmişdilər. Mövsüm ərzində Palmer 3 dəfə ilk altılıqda finiş gördüyü üçün 5 xal qazanmaq mümkün olmuşdu. Hazırda maşın tam işlək vəziyyətdədir və cəmi 99 min funta (217 min manat) sizin qarajı bəzəyə bilər…

 

5. Jordan 195 – Eddi Cordanın sahibi olduğu komandanın 1995-ci il üçün hazırladığı bu maşını Rubens Barrikello və Eddi İrvayn idarə etmişdilər. Jan Alezinin karyerasında yeganə qələbə qazandığı Kanada Qran Prisində Rubens 2-ci olmaqla komanda tarixində ən yüksək nəticəni göstərmişdi. İrvayn isə finiş xəttini 3-cü keçməklə komanda başçısını göyün yeddinci qatına qaldırmışdı. Komanda həmin mövsümü 21 xalla Mühəndislər Kubokunda 6-cı yerdə başa vurmuşdu. Bu məhsuldar maşının cari sahibi 97.5 min funt (214 min manat) müqabilində dəyişə bilər.

6. Arrows A18 – satışa çıxarılan növbəti maşın isə əfsanədir. Onun burnundakı 1 rəqəmi isə satıcının marketinq gedişi deyil. Deymon Hill 1996-cı ildə titulu qazandıqdan sonra Frənk Uilyams tərəfindən istefaya göndərilmişdi, britaniyalı sürücü o zaman autsayder olan Arrows komandası ilə müqavilə bağlaya bilmişdi. Əlbəttə, Yamaha motoru çox zəif və etibarsız idi, ona görə də sürücü yalnız mövsümün 9-cu yarışında, doğma Silverstounda 6-cı yeri tutmaqla ilk xalını qazanmışdı. Amma iki yarış sonra Macarıstanda yalnız son döngələrdə qələbəni əldən vermişdi. Lüksemburqda Arrows-un digər sürücüsü Pedro Paulu Dinits 5-ci yeri tutmaqla komandanın xal ehtiyatını 9-a çatdırmışdı. Çempionun idarə etdiyi maşının sizin kolleksiyaya düşməyi üçün cəmi 68 min funt (150 min manat) ödəməyiniz kifayətdir.

Yuxarıda dərc etdiyimiz maşınların qiymətləri aşkar göstərilib, amma RaceCarsDirect-də daha təzə maşınlar var ki, onların qiyməti yalnız razılaşdırma yolu ilə danışıqlar nəticəsində bəlli olur. Sözün düzünü deyim ki, satışa çıxarılan modellər arasında ən təzəsi BAR komandasının 2002-ci ildə Jil Vilnövə və 2003-cü ildə Censon Battona məxsus maşınları oldu. İstənilən halda, hər bir F1 maşını bütün kolleksiyaların bəzəyi ola bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Dekabr 2018, 18:46 (GMT +4)
“Uşaq hüquqları uşaqların gözündə” tədbiri keçirilib

10 Dekabr 2018, 18:38 (GMT +4)
Elmin İnkişafı Fondu beynəlxalq konfrans keçirir

10 Dekabr 2018, 18:31 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri türkiyəli nazirlə görüşüb

10 Dekabr 2018, 18:26 (GMT +4)
Gömrük Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub

10 Dekabr 2018, 18:20 (GMT +4)
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verib

10 Dekabr 2018, 18:13 (GMT +4)
Azercell könüllü gənclərlə həmrəy olub

10 Dekabr 2018, 18:08 (GMT +4)
“Nar” gənclərə karyera qurmaqda dəstək olur

10 Dekabr 2018, 18:00 (GMT +4)
Azərbaycanlı  deputatlar Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunda iştirak edəcək

10 Dekabr 2018, 17:58 (GMT +4)
“Azər Türk Bank” 65 gün faizsiz kredit xətti kampaniyasını davam etdirir

10 Dekabr 2018, 17:51 (GMT +4)
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

10 Dekabr 2018, 17:48 (GMT +4)
Cari ildə 113 yaşayış məntəqəsinə təbii qaz verib

10 Dekabr 2018, 17:42 (GMT +4)
“AzInTelecom”un Maliyyə Departamentinin direktoru işdən çıxıb

10 Dekabr 2018, 17:38 (GMT +4)
BMT miqrasiya barədə sazişi təsdiqləyib

10 Dekabr 2018, 17:33 (GMT +4)
Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək

10 Dekabr 2018, 17:28 (GMT +4)
Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilib

10 Dekabr 2018, 17:25 (GMT +4)
İran Fransada baş verən etiraz aksiyaları və toqquşmalara münasibət bildirib

10 Dekabr 2018, 17:11 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb

10 Dekabr 2018, 17:08 (GMT +4)
Bakıda avtomobillərdən oğurluq edənlər  saxlanılıb

10 Dekabr 2018, 16:56 (GMT +4)
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

10 Dekabr 2018, 16:44 (GMT +4)
Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

10 Dekabr 2018, 16:39 (GMT +4)
Fransada etirazçıların “Apple” mağazasını qarət etməsi anbaan görüntülənib (VİDEO)

10 Dekabr 2018, 16:25 (GMT +4)
Qərb Fransada baş verənlərə göz yumur - Ərdoğan

10 Dekabr 2018, 16:13 (GMT +4)
110 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

10 Dekabr 2018, 16:04 (GMT +4)
Bahar Muradova: Münaqişələr dünyada fundamental insan hüquqlarının pozulmasına səbəb olub

10 Dekabr 2018, 15:56 (GMT +4)
Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

10 Dekabr 2018, 15:47 (GMT +4)
Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

10 Dekabr 2018, 15:39 (GMT +4)
"Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum" keçirilib

10 Dekabr 2018, 15:31 (GMT +4)
Suriyada müharibəni bir neçə aya bitirə bilərik – Bəşər Əsəd

10 Dekabr 2018, 15:27 (GMT +4)
“Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda konfrans keçirilib

10 Dekabr 2018, 15:12 (GMT +4)
Energetika Nazirliyi: Noyabrda Texniki Şuralar vasitəsilə 185 müraciətə baxılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66