Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

Bakı Şəhər Halqasının dəstəyi ilə peşəkar fotoqraflar üçün təlim keçirilib

20 Oktyabr 2017, 18:11 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews. Bu gün “Nizami” kino mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstəyi ilə noyabrda Azərbaycanda ilk dəfə keçiriləcək “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində yerli peşəkar fotoqraflar üçün praktiki təlim baş tutub. “Red Bull Illume” beynəlxalq müsabiqəsinin qaliblərindən biri olan Denis Kleronun verdiyi təlimə 20-dan çox media nümayəndəsi qatılıb.

SalamNews xəbər verir ki, təlimdə Denis Klero peşəkar idman foto- jurnalistikası ilə əlaqədar öz təcrübəsindən danışıb, iştirakçılara ekstremal idman növlərinin fotoşəkillər vasitəsilə effektiv işıqlandırılması, hərəkətli obyektlərin fotoşəkillərinin düzgün çəkilməsi və fotoşəkil çəkən zaman idmançılarla səmərəli ünsiyətin qurulmasına dair üsullar haqqında ətraflı məlumat verib. Ekstremal idman növlərinin fotoçəkilişi üzrə böyük təcrübəyə malik Denis Klero təlim iştirakçılarının yeni üsullara marağını yüksək qiymətləndirib: “İlk dəfədir Bakıda təlim keçirəm. Təlimdə yeni texnikalardan danışdıq və azərbaycanlı fotoqraflar təlimə böyük maraq göstərdilər. Onların peşəkarlığı təlimin daha səmərəli keçməsinə öz töhfəsini verdi. Hər il dünyada yeni ekstremal idman növləri yaranır və bu sahə getdikcə inkişaf edir. Bu halda peşəkarlar da həmin inkişafdan uzaq qalmamalı, davamlı özlərini yeniləməli və ən son üsullardan istifadə edərək işlərində yüksək peşəkarlıq nümayiş etdirməlidirlər. Bu baxımdan da deyə bilərəm ki, təlim çox məhsuldar keçdi.”

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə baş tutan təlimə öz münasibətini bildirən şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrinin peşəkarlıq baxımından inkişafında onlara davamlı dəstək göstərəcəklərini bildirib: “Bakı şəhəri 2018-ci ilin 27-29 aprel tarixlərində artıq 3-cü dəfə Formula 1 yarışına ev sahibliyi edəcək və biz bu ötən hər il ərzində yarışın daha yüksək keyfiyyətdə işıqlandırılmasını təmin etməyə çalışırıq. Həmçinin bu il media ilə daha sıx və daha yaxından işləməyi qarşımıza məqsəd qoymuşuq.

Bu gün baş tutan praktiki təlim də həmin silsilə tədbirlərin bir hissəsidir. Ümid edirik ki, bugünki təlim yerli peşəkar fotoqrafların işinə tezliklə öz müsbət təsirini göstərəcək və biz yarış həftəsonu ərzində onlar tərəfindən çəkilən fotoşəkillərdə Formula 1 idmanının möhtəşəm həyəcan və coşğusunun daha qabarıq şəkildə təsvirinə şahid olacağıq.”

Qeyd edək ki, “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində həvəskar fotoqraflar üçün mobil telefonlarla uğurlu şəkil əldə etməyin yollarına dair təlim də keçirilir. Yalnız mobil telefon vasitəsilə çəkilən fotoşəkillərin təqdim olunacağı bu müsabiqənin qalibləri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 2018 Formula 1 Azərbaycan Qran Prisinə olan biletlərlə mükafatlandırılacaqlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Şəhər Halqasında tikinti-quraşdırma işlərinə start verilir

Bakı Şəhər Halqası kimsəsiz uşaqlara dəstək olur (FOTO)

Bakı Şəhər Halqası SalamNews İA-nın əməkdaşını təltif edib

Bakı şəhər halqasının unikal xüsusiyyətləri var - Çarli Vaytinq

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası ölkədə biznesin inkişafı üçün daha bir addım atıb

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

“Bakı Şəhər Halqası” yerli jurnalistlər üçün təlim təşkil edəcək

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Devid Kulthard: Bakı Şəhər Halqası yarış iştirakçıları üçün əsl sınaq yeridir (MÜSAHİBƏ)

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası sürücülərə müraciət edib

Dünya şöhrətli Formula 1 pilotu Bakı Şəhər Halqası ilə yaxından tanış olub (FOTO)

Bakı Şəhər Halqası xanımları 8 Mart Qadınlar günü münasibətilə təbrik edib

Daniil Kvyat: Bakı Şəhər Halqası digər treklərdən çox seçilir (MÜSAHİBƏ)

Bakı Şəhər Halqası 5 könüllünü İtaliya Qran Prisinə göndərəcək

Bakı Şəhər Halqası yeni kampaniyaya start verib

“Bakı Şəhər Halqası”nın təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin akademiyasının açılışı olub

21 İyun 2018, 18:10 (GMT +4)
“UNEC-də bir gün” layihəsi davam edir

21 İyun 2018, 18:02 (GMT +4)
Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edib

21 İyun 2018, 17:56 (GMT +4)
Zakir Qaralov Əlcəzairin ədliyyə naziri ilə görüşüb

21 İyun 2018, 17:55 (GMT +4)
UNEC-in tələbəsi beynəlxalq elmi müsabiqənin qalibi olub

21 İyun 2018, 17:30 (GMT +4)
BMT TŞ-nin qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub - Lavrov

21 İyun 2018, 17:27 (GMT +4)
Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

21 İyun 2018, 17:22 (GMT +4)
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

21 İyun 2018, 17:14 (GMT +4)
Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

21 İyun 2018, 17:09 (GMT +4)
Məlumat Hesablama Mərkəzi Aİ “FutureTrust” layihəsinin assosiativ tərəfdaşı olub

21 İyun 2018, 17:01 (GMT +4)
Göyçayda körpünün dağılmasına görə 7 nəfər həbs edilib

21 İyun 2018, 16:59 (GMT +4)
Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib 

21 İyun 2018, 16:56 (GMT +4)
Ramiz Həsənov Əfqanıstan xarici işlər nazirinin müavinini qəbul edib

21 İyun 2018, 16:47 (GMT +4)
Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21 İyun 2018, 16:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

21 İyun 2018, 16:33 (GMT +4)
XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

21 İyun 2018, 16:25 (GMT +4)
AMİM-nin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib

21 İyun 2018, 16:24 (GMT +4)
Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

21 İyun 2018, 16:07 (GMT +4)
Azad Rəhimov aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb (FOTO)

21 İyun 2018, 15:57 (GMT +4)
Şahzadə Abbas Mirzə Qacarın ehtimal edilən qılıncı nümayiş olunacaq

21 İyun 2018, 15:50 (GMT +4)
ARPA–da növbəti Risk Komitəsinin görüşü keçirilib

21 İyun 2018, 15:41 (GMT +4)
AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək olub (FOTO)

21 İyun 2018, 15:30 (GMT +4)
Gəncəli cüdo ustası Avropa çempionatında qızıl medal qazanıb (VİDEO)

21 İyun 2018, 15:22 (GMT +4)
Rusiyada qeyri-adi mumiya tapılıb

21 İyun 2018, 15:10 (GMT +4)
Palata: “Alfa Sığorta”nın üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir

21 İyun 2018, 15:01 (GMT +4)
Məşhur professor sahibkarlar üçün təlim keçib (FOTO)

21 İyun 2018, 14:49 (GMT +4)
Azərbaycana dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

21 İyun 2018, 14:38 (GMT +4)
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin buraxılış mərasimi keçirilib

21 İyun 2018, 14:35 (GMT +4)
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

21 İyun 2018, 14:29 (GMT +4)
DSX İranla sərhəddə baş vermiş silahlı insident barədə məlumat yayıb

21 İyun 2018, 14:20 (GMT +4)
Azərbaycana yay gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66