Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

Azərbaycanda daha 3 mətbu orqanı "qara siyahı"ya düşə bilər

27 Oktyabr 2017, 17:28 (GMT +4)

Bakı, 27 oktyabr, SalamNews. Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Şuradan SalamNews-a verilən məlumata görə, iclasda ilk olaraq «Aztoday.az» saytının fəaliyyəti ilə bağlı Şuraya daxil olmuş müraciətlər araşdırılıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Ağcabədi filialının şikayətlərinə diqqət yetirilib. Məlumat verilib ki, «Aztoday.az» saytının hər üç dövlət qurumu ilə bağlı təqdim etdiyi materiallarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na aşkar sayğısızlıq əlamətləri var.

Komissiya  sayta xəbərdarlıq edilməsi rəyinə gəlib. Eyni zamanda «Aztoday.az»la bağlı toplanmış materialların Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında müzakirə olunması məqsədəuyğun sayılıb. Şikayətlər üzrə Komissiya «Aztoday.az» saytından başqa daha iki saytla bağlı toplanmış materialların da MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib.

Bunlar «obyektiv.org» saytı və «Korrupsiyaya yox» qəzetidir. «Obyektiv.org» saytından şikayətin müəllifi Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Ağcabədi filialıdır. «Korrupsiyaya yox» qəzetindən şikayəti isə Ağdam Rayon Mərkəzi Xəstəxanası Doğum Evinin baş həkimi Afət Hüseynova edib. Bildirilib ki, hər iki kütləvi informasiya vasitəsinin fəaliyyətində peşə prinsiplərinə zidd kifayət qədər ciddi məqamlar var və bununla bağlı zəruri ölçü tədbiri götürülməlidir. İclasda «dia.az» saytının fəaliyyətindən iki müraciətə baxılıb. Öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şikayəti araşdırılıb.

Saytın rəhbəri Məhəmməd Ərsoy müvafiq təkzib mətninin dərcinə hazır olduğunu vurğulayıb. Bildirilib ki, «dia.az»ın sözügedən dövlət komitəsi ilə bağlı yayımladığı materiala digər saytlar da istinad ediblər. Komissiya onlara yanlışlığı aradan qaldırmağı, təkzib mətnini yayımlamağı tövsiyə edib. Komissiya vətəndaşlar - Abdurahmanov Şaiq Bəxtiyar oğlunun və Əlibəyov Allahverdi İsrafil oğlunun «dia.az»la əlaqədar şikayətlərini müzakirə edərək rəyə gəlib ki, sayt şikayətçilərin mövqeyinin əksini tapdığı təkzib mətnini yayımlayaraq yol verdiyi yanlışlığı aradan qaldırmalıdır.

Müzakirə edilən növbəti məsələ «Standart İnsurance Georgia» şirkətinin baş direktoru Nicat Hüseynovun «qafqaznews.az» və «legion.az» saytları ilə bağlı müraciəti olub. Məlumat verilib ki, hər iki sayt tənqid obyekti kimi təqdim etdiyi şirkət barədə material yayımlayarkən qarşı tərəfin mövqeyini öyrənməyib. Bu isə peşə prinsiplərinin pozulmasıdır. Saytların iclasda iştirak edən təmsilçisi qarşı tərəfin mövqeyinin ifadə olunduğu təkzib mətninin dərcinə hazır olduqlarını bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mətbuat Şurası Ramil Usubova müraciət edib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası olub

Mətbuat Şurasının sədri KİV-lərə təşəkkür edib

Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

İordaniya, BƏƏ və Livandan olan jurnalistlər Mətbuat Şurasında olublar

İranın nazir müavini Mətbuat Şurasında olub

Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

İndoneziyalı jurnalistlər Mətbuat Şurasında olublar

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Avropalı proqram direktoru Mətbuat Şurasında olub

Mətbuat Şurası Rauf Talışinskinin vəfatı ilə bağlı nekroloq yayıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiyalı media nümayəndələri Mətbuat Şurasında olublar 

Sabah Mətbuat Şurasında «qaynar xətt» fəaliyyət göstərəcək

Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyi qeyd edilib

Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib

26 Sentyabr 2018, 09:42 (GMT +4)
2019-cu il dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olunub

26 Sentyabr 2018, 09:38 (GMT +4)
Dilara Zamanova TOP 10 PR mütəxəssisləri siyahısına daxil edilib

26 Sentyabr 2018, 09:32 (GMT +4)
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

26 Sentyabr 2018, 09:27 (GMT +4)
Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir

26 Sentyabr 2018, 09:25 (GMT +4)
Trampın BMT-dəki çıxışı onu dünya liderləri qarşısında gülünc vəziyyətə qoyub (VİDEO)

26 Sentyabr 2018, 09:20 (GMT +4)
AZPROMO sərgilərdə iştiraka dair təlim keçirib

26 Sentyabr 2018, 09:12 (GMT +4)
Azərbaycanda nizamnamə kapitalı 10 min manat olan şirkət yaradılıb

26 Sentyabr 2018, 09:04 (GMT +4)
İtaliya Senatının sədri tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib

25 Sentyabr 2018, 17:58 (GMT +4)
Tanınmış veteran jurnalist Oqtay Cəfərovun 85 illik yubileyi qeyd edilib

25 Sentyabr 2018, 17:52 (GMT +4)
"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib

25 Sentyabr 2018, 17:50 (GMT +4)
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə olunub

25 Sentyabr 2018, 17:47 (GMT +4)
“Saudi Aramco” neft ticarətini 50 faiz artırmağı hədəfləyir

25 Sentyabr 2018, 17:43 (GMT +4)
British Council Azərbaycanda yeni proqrama start verir

25 Sentyabr 2018, 17:37 (GMT +4)
Səfər Mehdiyev İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

25 Sentyabr 2018, 17:27 (GMT +4)
İlham Məmmədzadə  TOP 10 PR mütəxəssisləri siyahısına daxil edilib

25 Sentyabr 2018, 17:21 (GMT +4)
Azercell-in dəstəyilə şagird, valideyn və müəllimlər üçün təlimlər təşkil olunacaq (FOTO)

25 Sentyabr 2018, 17:18 (GMT +4)
Sahib olduğumuz ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır - Azərsun Holdinq

25 Sentyabr 2018, 17:10 (GMT +4)
Bakıda 7 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

25 Sentyabr 2018, 17:03 (GMT +4)
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq müzakirə edilib

25 Sentyabr 2018, 17:01 (GMT +4)
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

25 Sentyabr 2018, 16:53 (GMT +4)
Yaponiyanın ən tanınmış avanqard teatrı “YARAT”da tamaşa təqdim edəcək

25 Sentyabr 2018, 16:41 (GMT +4)
Monqolustan Prezidenti ARDNF-in təcrübəsini yüksək qiymətləndirib

25 Sentyabr 2018, 16:40 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda yeni kampaniya keçirir

25 Sentyabr 2018, 16:35 (GMT +4)
Sülhlə olsun ya da döyüşlə İdlibə girəcəyik – Suriya rəsmisi

25 Sentyabr 2018, 16:33 (GMT +4)
Cənubi Koreya əhalisinin 87 faizi Kim Çen Inın Seula mümkün səfərini alqışlayır

25 Sentyabr 2018, 16:30 (GMT +4)
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

25 Sentyabr 2018, 16:29 (GMT +4)
Azərbaycanlı qız Facebook-un ən yaxşı 100 iştirakçısı arasına seçilib

25 Sentyabr 2018, 16:27 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

25 Sentyabr 2018, 16:23 (GMT +4)
Yasamalda avtomobildən 6 min manat oğurlayan şəxs saxlanılıb

25 Sentyabr 2018, 16:14 (GMT +4)
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66