Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

03 Noyabr 2017, 16:30 (GMT +4)

Bakı, 3 noyabr, SalamNews. Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib.

SalamNews xəbər verir ki, təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən nəzarətə götürülür. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, deyə Müşfiq Ələsgərli bildirib.

JuHİ sədri qeyd edib ki, BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq üçün göstərdiyi yardıma risq yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir”.

Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:
- Jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək,
- BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə sayqılı yanaşmaq,
- BJF-nin yerli təmsilçi təşkilatı ilə sıx əməkdaşlıq etmək
və sair kimi məqamlar daxildir.

2017-ci ildə “Beynəlxalq media vəsiqəsi” BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: “Kaspi” qəzetinin əməkdaşı Rufiq İsmayılova, “Azadinform” İA-ın əməkdaşı Fidan Əliyevaya (Fidan Afər), “Millətçilik” qəzetinin və “Qazilər.az” xəbər portalının əməkdaşı Sevda Əsgərovaya, “Mingəçevir işıqları” qəzetindən Fərman Nəbiyev və Yeganə Nəbiyevaya verilib.

Orta Asiya Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət təqdimat mərasimində iştirak edib, BJF və İPC-nin mahiyyəti barədə fikirlərini bölüşüb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

2014-cü ildə Azərbaycanda jurnalistlərin aylıq gəlirlərində artım olub - Jurnalistlərin Həmkarlar İttifaqı

11 Dekabr 2018, 12:05 (GMT +4)
Gömrükdən keçən avtomobildə xeyli sayda güllə aşkarlanıb (FOTO)

11 Dekabr 2018, 11:57 (GMT +4)
Amerikanın sanksiya ilə bizi yenidən müzakirəyə çəkmək istəyi xam xəyaldır - Sepah

11 Dekabr 2018, 11:56 (GMT +4)
QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

11 Dekabr 2018, 11:45 (GMT +4)
Prezident taksidə siqaret çəkənlərin cərimələnməsini nəzərdə tutan qanunu imzalayıb

11 Dekabr 2018, 11:32 (GMT +4)
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub 

11 Dekabr 2018, 11:28 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib

11 Dekabr 2018, 11:20 (GMT +4)
Suriya hökuməti ABŞ və Fransanın ölkə ərazisində arxeoloji qazıntıları haqda bəyanat verib

11 Dekabr 2018, 11:14 (GMT +4)
Bakıda axtarışda olan qadın saxlanılıb

11 Dekabr 2018, 11:05 (GMT +4)
Paşinyan: Ermənistan Türkiyə ilə münasibətlər qurmağa hazırdır

11 Dekabr 2018, 10:59 (GMT +4)
Kərəm Həsənov Sumqayıtda vətəndaşları qəbul edəcək

11 Dekabr 2018, 10:40 (GMT +4)
Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

11 Dekabr 2018, 10:31 (GMT +4)
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

11 Dekabr 2018, 10:29 (GMT +4)
Suriyada qruplaşmaların çıxdığı bölgədən külli miqdarda silah aşkarlanıb (VİDEO)

11 Dekabr 2018, 10:28 (GMT +4)
Sabah Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq

11 Dekabr 2018, 10:19 (GMT +4)
Bin-Salmanı tənqid edən layihə bu gün ABŞ senatında səsverməyə çıxarılır

11 Dekabr 2018, 10:11 (GMT +4)
Ulu öndərin xatirəsinə həsr olunmuş turnir keçirilib

11 Dekabr 2018, 10:09 (GMT +4)
Fransada keçirilən aksiyalarda 4000-dən çox etirazçı saxlanılıb

11 Dekabr 2018, 09:51 (GMT +4)
"İlin adamı"nominasiyasına Camal Kaşıkçının namizədliyi də irəli sürülüb

11 Dekabr 2018, 09:46 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

11 Dekabr 2018, 09:38 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

11 Dekabr 2018, 09:37 (GMT +4)
Yəmənlə bağlı sülh danışıqlarında bəzi irəliləyişlər əldə edilib

11 Dekabr 2018, 09:30 (GMT +4)
Fransada fövqəladə vəziyyət elan edilib

11 Dekabr 2018, 09:23 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

11 Dekabr 2018, 09:10 (GMT +4)
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir

11 Dekabr 2018, 09:02 (GMT +4)
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb

10 Dekabr 2018, 18:46 (GMT +4)
“Uşaq hüquqları uşaqların gözündə” tədbiri keçirilib

10 Dekabr 2018, 18:38 (GMT +4)
Elmin İnkişafı Fondu beynəlxalq konfrans keçirir

10 Dekabr 2018, 18:31 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri türkiyəli nazirlə görüşüb

10 Dekabr 2018, 18:26 (GMT +4)
Gömrük Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub

10 Dekabr 2018, 18:20 (GMT +4)
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66