Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

İdman Akademiyasında yeni magistr ixtisaslarının təqdimatı olub 

06 Noyabr 2017, 18:20 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların və aparılan yenidənqurma işlərinin geniş təqdimatı keçirilib.

SalamNews xəbər verir ki, son dövrdə İdman Akademiyasında aparılan yenidənqurma işləri və tədrisdə innovasiyalar ilə tanışlıq məqsədilə Baş nazirin müavini Elçin Əfəndiyev, nazir Azad Rəhimov və digər rəsmilər Akademiyanın qonağı olublar.

Cari ilin sentyabr ayından başlayaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisasları yaradılıb və tədrisinə start verilib. Hər üç ixtisasın təhsil proqramına daxil edilməsinin əsas məqsədi beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə günü-gündən inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir.

Sözügedən magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalayıb və onların təcrübəsini Azərbaycan təhsil sisteminə tətbiq edir. Tədris prosesi zamanı əsas modullar Avropanın qabaqcıl təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Tədrisin ingilis dilində keçirilməsi eyni zamanda beynəlxalq standartlara cavab verən dərsliklər və materiallardan yararlanmağa imkan verir, və bu xüsusi əhəmiyyət daşıyan modulların tədrisinin və təcrübi kursların Böyük Britaniyanın təhsil müəssisələrində tədrisinə imkan yaradır. Yeni magistr proqramlarında yerli ingilis dilli akademik heyətin də potensialından istifadə olunur.

“İdman menecmenti” magistr proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birlikdə tərtib olunub. Dərslər Şeffild Hallam Universitetinin Strateji İdman Layihələri şöbəsinin xüsusi dəvət olunmuş rəhbəri, universitetin İdman akademiyasının sabiq direktoru Professor Qay Masterman tərəfindən aparılır.Professor Mastermanın idman tədbirlərinin idarə edilməsi və Chelsea FK, Fulham FK kimi dünya şöhrətli klubların konsultasiya edilməsində 35 ildən çox təcrübəsi var. Təhsil müddətində tələbələrə idmanda rəhbərlik və insan resurslarının idarə olunması, strateji inkişaf, idman iqtisadiyyatı, idman marketinqi, sahibkarlıq və təşkilati davranış fənləri tədris olunacaq.

“İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason Media şirkətinin təsisçisi Den Meyson rəhbərlik edir. O, Britaniya Şurası, İREX (AYREKS), Thomson Foundation və s. kimi bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik edib.Təhsil müddətində bu magistr proqramında təhsil alan tələbələr media və PR, audio və video jurnalistika, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olacaqlar.

“İdman tibbi və reabilitasiya” ixtisasına Böyük Britaniyanın UCL – London Kollec Universitetin – İdman Tibbi İnstitutunun aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti Dr. Maykl Pol Lusmor rəhbərlik edir. Maykl Pol Lusmor Avropanın “İdman tibbi” tədris standartının müəllifidir, həmçinin o, Böyük Britaniyanın boks üzrə milli Olimpiya yığması və “Park&Pipe” üzrə qış idman növləri yığmasının tibbi direktorudur. Bu magistr proqramında yalnız rezidenturanı bitirmiş həkimlər təhsil ala bilərlər. Magistraturanı bitirdikdən sonra məzunlar milli yığma komandaları, idman federasiyaları, dövlət və özəl klinikalarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya şöbələrində çalışa bilərlər.

Hər üç ixtisas üzrə magistrlərə gələcəkdə müvafiq olaraq “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisası üzrə Böyük Britaniyanın Şeffild Hallam universitetində və “İdman tibbi və reabilitasiya” ixtisası üzrə isə Böyük Britaniyanın UCL universitetində əsas modulların birinin tədrisinin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, 3 yeni ingilis dilli modul tipli magistr ixtisası ilə yanaşı 2017-ci ildə beynəlxalq təhsil standartlarına uyğun olaraq “İdman menecmenti və kommunikasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasları yaradılmışdır, tədrisinə start verilib.

Eyni zamanda, təqdimat zamanı qonaqlara Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan müasir şərait və bütün beynəlxalq standartlara cavab verən yeni infrastruktur haqqında ətraflı məlumat verilib. Belə ki, ümumi ərazisi 12800 m2 olan sahənin 9000 m2-dən artıq sahəsində müasir standartlara uyğun təmir və yenidənqurma işləri aparılıb, bütün kommunikasiyalar (istilik, havalandırma, soyutma, elektrik, təhlükəsizlik, su-kanalizasiya, yanğından mühafizə sistemləri və s.) yenidən qurulub, müəllim və tələbə heyəti üçün elektron tələbə bileti tətbiq etməklə müasir elektron buraxılış-nəzarət sistemi yaradılıb, bütün tədris auditoriyaları və kafedralar təmir olunub, zəruri mebel və avadanlıqlarla tam təmin olunub, texniki vasitələrlə - kompyuterlər, proyektorlar, monitorlar və s. ilə təchizat başa çatıb.

Akademiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirən Ulu Öndərin büstü qoyulub, Milli Qəhrəmanların şərəfinə və idmançı şəhidlərin xatirəsinə müvafiq stendlər qurulmuş, həmçinin müasir dizayn və standartlara tam şəkildə cavab verən Heydər Əliyev İnteraktiv Muzeyi və tam funksional konfrans zalı yaradılıb, tələbə mərkəzi, tibb məntəqəsi, müasir tipli kafe və tələbə yeməkxanası istifadəyə verilib, landşaft və abadlıq işləri tam başa çatdırılıb. Binanın daxili fasadın bərpa işlərinə başlanılıb.

Bütün ərazidə yüksək sürətli WiFi internet təmin edilib, dünyanın 60 000-dən çox kitabxanasında fəaliyyət göstərən və kitabxana daxili bütün prosesləri avtomatlaşdıran “Follett Library Manager system” proqramını dəstəkləyən tam funksional elektron kitabxana, eyni zamanda 200 000 kitabdan ibarət kitab fondu yaradılıb. Tədrisin şəffaflığını təmin etmək məqsədilə ixtisaslaşmış və müvafiq texniki vasitələrlə təmin edilmiş imtahan mərkəzi yaradılıb. Tədrisin və təhsilin vahid idarəetmə sisteminin (E-Akademiya) qurulması üzrə iş uğurla davam edir.

Yeni proqramların yüksək keyfiyyətinin və müvafiq araşdırmaların aparılmasının təmin edilməsi məqsədilə “İdman tibbi və reabilitasiya” ixtisası üzrə tədris və elmi-tədris laboratoriyası və “İdman jurnalistikası” ixtisası üzrə multimedia studiyası yaradılıb. Müasir dizayna malik olan tədris və elmi-tibbi laboratoriya idman tibbi avadanlığı ilə, multimedia studiyası isə müvafiq media avadanlığı ilə təchiz edilmişdir və onlar geniş texniki imkanlara malikdirlər.

Akademiyanın ərazisində xüsusi maraq cəlb edən yerlərdən biri də tamamilə yenidən qurulmuş müasir konsepsiyaya malik olan akt zalıdır. Yeni yaradılan akt zalı geniş, dinamik, çox funksiyalıdır. İstifadə məqsədindən asılı olaraq, onun dizaynı dəyişilə bilər və beləliklə o, həm rəsmi, həm əyləncə tipli tədbirlərə ev sahibliyi edə bilər.

İdman zallarının əsaslı təmiri və yenidənqurma işlərinə başlanılıb, artıq idman gimnastikası və ağır atletika zalları əsaslı şəkildə yenidən qurulub, ən müasir standartlara cavab verən idman avadanlıqları ilə təmin edilib. Basketbol və həndbol idman zallarının təmirinə başlanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İdman Akademiyasında yeni magistr ixtisaslarının tədrisinə start verilib

İdman Akademiyasının İslamiadada medal qazanmış tələbələri ilə görüş keçirilib

İdman Akademiyasının magistraturasına qəbul olunmaq istəyənlərə müracitə edilib

ƏƏSMN ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında memorandum imzalanıb

İdman Akademiyasında "aprel döyüşləri"nə həsr olunmuş atıcılıq yarışları keçirilib

Bədən Tərbiyəsi və İdman Akademiyası yeni magistr ixtisaslarına qəbul elan edib

İdman Akademiyasında qadın idmançılarla görüş keçirilib

İdman Akademiyası bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar təqdim edib

İdman Akademiyasında yeni ixtisaslar üzrə magistr dərəcələri tədris olunacaq

İdman Akademiyası beynəlxalq əməkdaşlıqlarını davam etdirir

İdman Akademiyasında 20 Yanvar şəhidləri anılıb

"Fitnə” filminin Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimatı olub

İdman Akademiyasında İİV haqqında maarifləndirici seminar keçirilib

İdman Akademiyasında könüllü qanvermə aksiyası keçirilib

Cüdo üzrə ikiqat dünya çempionu İlham Zəkiyev İdman Akademiyasından məzun olub

Bədən Tərbiyəsi və İdman Akademiyası AVİF-lə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əsaslı təmirdən sonra açılışı olub

İdman Akademiyasında sınaq imtahanları keçiriləcək

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni rektor təyin edilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 85 illik yubileyi qeyd edilib

20 Oktyabr 2018, 17:01 (GMT +4)
Stolüstü tennis üzrə Azərbaycan kubokuna start veriləcək

20 Oktyabr 2018, 16:53 (GMT +4)
Dövlət Komitəsində İzmirin Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub

20 Oktyabr 2018, 16:45 (GMT +4)
Səudiyyə telekanalından maraqlı iddia: İran və Qətər Kaşıkçı məsələsini siyasiləşdiriblər

20 Oktyabr 2018, 16:44 (GMT +4)
Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Təhsil Nazirliyində olub

20 Oktyabr 2018, 16:35 (GMT +4)
Sahibkarlıqla məşğul olan şəhid ailələrinə vergi güzəşti verilmir

20 Oktyabr 2018, 16:24 (GMT +4)
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb

20 Oktyabr 2018, 16:09 (GMT +4)
TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq - nazir

20 Oktyabr 2018, 16:06 (GMT +4)
Ayın teleskopla müşahidəsi təşkil ediləcək

20 Oktyabr 2018, 15:51 (GMT +4)
Pərviz Şahbazov: STAR Neft Emalı Zavodu Türkiyəyə qoyulan investisiyanın bir hissəsidir

20 Oktyabr 2018, 15:41 (GMT +4)
Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif edib

20 Oktyabr 2018, 15:23 (GMT +4)
Kaşıkçı ilə bağlı həqiqətləri üzə çıxarmaq namus borcumuzdur - AKP

20 Oktyabr 2018, 15:14 (GMT +4)
Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar keçirilib

20 Oktyabr 2018, 15:01 (GMT +4)
Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

20 Oktyabr 2018, 14:56 (GMT +4)
Biləsuvarda Azərbaycan Gənclərinin zona toplantısı keçirilib

20 Oktyabr 2018, 14:47 (GMT +4)
Gələn il Bakıda OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

20 Oktyabr 2018, 14:43 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib

20 Oktyabr 2018, 14:35 (GMT +4)
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub

20 Oktyabr 2018, 14:27 (GMT +4)
Əfqanstanlılar silahlı hücumlar fonunda bu gün parlament seçkiləri keçirirlər (FOTO)

20 Oktyabr 2018, 14:09 (GMT +4)
ABŞ-dakı aktiv qazma qurğularının sayı artır

20 Oktyabr 2018, 14:06 (GMT +4)
ABŞ təyyarələrinin Suriyanın şərqinə aviazərbələrində 62 mülki şəxs həlak olub - SANA

20 Oktyabr 2018, 13:50 (GMT +4)
Suriyada İŞİD tamamilə darmadağın edilib - Sergey Şoyqu

20 Oktyabr 2018, 13:40 (GMT +4)
Suriyada İŞİD-in oğurladığı sakinlərin bəzisi xilas edilib (FOTO)

20 Oktyabr 2018, 13:37 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

20 Oktyabr 2018, 13:25 (GMT +4)
Ötən gün yol qəzalarında 3 nəfər ölüb

20 Oktyabr 2018, 13:18 (GMT +4)
İstirahət günləri üçün hava proqnozu açıqlanıb

20 Oktyabr 2018, 13:10 (GMT +4)
“TeamGym” komandamız ilk dəfə Avropa çempionatında çıxış edib

20 Oktyabr 2018, 12:58 (GMT +4)
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub

20 Oktyabr 2018, 12:30 (GMT +4)
Qərargah: Badamdar sürüşmə zonasında kiçik tipli uçqunlar baş verib

20 Oktyabr 2018, 12:24 (GMT +4)
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

20 Oktyabr 2018, 12:11 (GMT +4)
AKP rəsmisi: Səudiyyə Ərəbistanı Kaşıkçının öldüyünü məcburiyyət qarşısında açıqladı

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66