Mobil versiya RU AZ
_

DÜNYA » DİN

Müsəlman aləmində Ərbəin günü qeyd olunur

09 Noyabr 2017, 06:49 (GMT +4)

Bakı, 9 noyabr, SalamNews,M.Sadiq. Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si, yəni bu gün müsəlmanların üçüncü imamı Həzrət Hüseyn ibn Əlinin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.

SalamNews xəbər verir ki, müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər.

Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlıdır. Kərbəlada şəhidlər sərvəri İmam Hüseyn (ə) və sadiq silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə xilafətin paytaxtı Şama (Dəməşq şəhərinə) – Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynəlabidin (ə) də var idi. O, Aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxmamış və buna görə də sağ qalmışdı.

Tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynəlabidinin (ə) məhz Ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır.

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və "Ərbəin ziyarətnaməsi"ni oxumaq böyük savaba malikdir.

Xatırladırıq ki, Kərbəla şəhidlərinin matəm mərasimi Ərbəin günündə başa çatsa da, bundan sonra daha 9 və ya 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-də Həzrət Məhəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) şəhadət günü, səfər ayının son günündə (29-u və ya 30-da) isə İmam Rzanın (ə) şəhadət günü qeyd edilir. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, səfər ayının sonuna kimi matəmi uzatmaq məsləhətdir.



Əlaqəli Xəbərlər

Moskvada Ərbəin günü qeyd edilib

Tanınmış siyasətçi Aleksandr Duqin Ərbəin yürüşünə qatılıb

Türkiyənin İraqdakı səfiri Ərbəin yürüşündə xalqa qatılıb 

Gürcüstandan 300-ə yaxın mömin Ərbəin ziyarətinə gedib

Bakıda “Ərbəinə hazırlıq” mövzusunda konfrans keçirilib

Moskvada Ərbəinlə bağlı ehsan süfrəsi təşkil edilib (FOTO)

Moskvada Ərbəin günü qeyd edilib (FOTO)

Gürcüstanın müxtəlif bölgələrində Ərbəin mərasimləri keçirilib (FOTOLAR)

Kərbəladakı "Ərbəin" mərasimlərində 17 milyondan çox zəvvar iştirak edəcək

Sabah müsəlman aləmində Ərbəin günüdür

"Ərbəin" ziyarətilə əlaqədar Astara Gömrük İdarəsində nisbi sıxlıq yaranıb

Moskvada "Ərbəin" günü ilə bağlı mərasim keçirilib

Bu gün müsəlman dünyası “Ərbəin” gününü qeyd edir

Moskvada Ərbəin günü qeyd olunub

Hacı Cavad məscidində Ərbəin mərasimi keçirilib (FOTOLENT)

Bakıda "Ərbəin" mərasimində müxtəlif dinlərin nümayəndələri iştirak ediblər

Marneulidə Ərbəinlə bağlı elmi-dini konfrans keçirilib (FOTO)

İlahiyyatçı Vüqar İsgəndərov Ərbəin gününün əsas mahiyyətini açıqlayıb

"Ərbəin" ərəfəsində Kərbəla zəvvarlarının sayı 19 milyonu ötüb (VİDEO)

Bu gün müsəlman dünyası “Ərbəin” gününü qeyd edir

21 Fevral 2018, 19:05 (GMT +4)
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

21 Fevral 2018, 18:01 (GMT +4)
Azərbaycan-Avstriya əlaqələrinin inkişafında parlamentlərin rolu vacibdir

21 Fevral 2018, 17:52 (GMT +4)
Günay Əfəndiyeva Qazaxıstan Milli Akademik Kitabxanasında olub

21 Fevral 2018, 17:45 (GMT +4)
Türkiyədə insan olmadan idarə edilən tanklar istehsal ediləcək - Ərdoğan

21 Fevral 2018, 17:39 (GMT +4)
Dövlət Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

21 Fevral 2018, 17:31 (GMT +4)
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə fındıq ixrac edəcək

21 Fevral 2018, 17:23 (GMT +4)
“Azərişıq” Səyyar “ASAN xidmət” vasitəsilə Şirvanda yeni layihə həyata keçirir

21 Fevral 2018, 17:16 (GMT +4)
“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

21 Fevral 2018, 17:10 (GMT +4)
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan olunub

21 Fevral 2018, 17:02 (GMT +4)
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb

21 Fevral 2018, 16:53 (GMT +4)
ABŞ İrana gizli danışıqlar aparmağı təklif edib

21 Fevral 2018, 16:47 (GMT +4)
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada yer alıb

21 Fevral 2018, 16:40 (GMT +4)
İraq Rusiyadan "S-400" raket sistemləri almaq istəyir

21 Fevral 2018, 16:25 (GMT +4)
AMEA-da doktoranturaya qəbul imtahanı keçirilib

21 Fevral 2018, 16:17 (GMT +4)
“SOCAR Methanol” MMC yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlayıb

21 Fevral 2018, 16:08 (GMT +4)
Pərviz Şahbazov TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək

21 Fevral 2018, 15:57 (GMT +4)
Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

21 Fevral 2018, 15:56 (GMT +4)
Elmar Məmmədyarov Cenevrəyə səfər edəcək

21 Fevral 2018, 15:43 (GMT +4)
ANAMA Tərtər rayonunda təcili təxirəsalınmaz əməliyyat keçirib

21 Fevral 2018, 15:33 (GMT +4)
Monitorinq insidentsiz başa çatıb

21 Fevral 2018, 15:21 (GMT +4)
YAP imzatoplama kampaniyasını başa çatdırıb

21 Fevral 2018, 15:17 (GMT +4)
“Zeytun budağı” əməliyyatı dayandırılmayacaq - Türkiyə rəsmisi

21 Fevral 2018, 15:08 (GMT +4)
“Kütləvi çıxarış” kampaniyasından cəbhə bölgəsinin 220-yə yaxın sakini faydalanıb

21 Fevral 2018, 14:46 (GMT +4)
Opera və Balet Teatrında “Qu gölü” baleti nümayiş olunacaq

21 Fevral 2018, 14:35 (GMT +4)
ATƏT Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirib

21 Fevral 2018, 14:25 (GMT +4)
Polis Bakıda 35 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

21 Fevral 2018, 14:10 (GMT +4)
Mladen İvaniç üçüncü dəfə Qlobal Bakı Forumunda iştirak edəcək

21 Fevral 2018, 13:58 (GMT +4)
Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

21 Fevral 2018, 13:45 (GMT +4)
Azərbaycan və Rusiya hesablama palatalarının ikitərəfli əlaqələri müzakirə olunur

21 Fevral 2018, 13:37 (GMT +4)
“Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66