Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

Avropa çempionatının qalibi olan şahmatçılarımız Vətənə qayıdıblar

08 Noyabr 2017, 09:06 (GMT +4)

Bakı, 8 noyabr, SalamNewsYunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatının qalibi olan Azərbaycan millisinin üzvləri noyabrın 8-də Vətənə qayıdıblar.

SalamNews xəbər verir ki, üçqat Avropa çempionu olan şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.

Qırx ölkənin milli komandasının qatıldığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil ediblər. Komandamızın rəqibləri Rusiya, Ukrayna, Moldova, İspaniya, İtaliya, Avstriya, Macarıstan və Ermənistan komandaları olub.

Komandamız ilk turda İtaliya yığmasına məğlub olmasına baxmayaraq, sonrakı turlarda Avstriya, Moldova, Çexiya, Ermənistan, Macarıstan, Rusiya komandalarına qalib gəlib, Ukrayna və İspaniya milliləri ilə heç-heçə edib.

Azərbaycan millisi bu qələbə ilə qitə birinciliklərində üçüncü dəfə qızıl medala sahib olub. Çempionatda fərdi çıxışları ilə fərqlənən şahmatçılar arasında Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb. Ən yaxşı nəticəni isə Rauf Məmmədov göstərib. Keçirdiyi 9 görüşdən 8 xal yığan Rauf Məmmədov dördüncü lövhədə qızıl medala sahib çıxıb. Birinci lövhədə 8 matçdan 5 xal toplayan Şəhriyar Məmmədyarov və ikinci lövhədə 5,5 xallıq nəticə göstərən Teymur Rəcəbov gümüş medala layiq görülüblər.

Xatırladaq ki, bu, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatlarında beşinci medalıdır. Şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən qitə birinciliklərində də çempion olublar. Milli komandamız ilk medalını – bürünc mükafatı 2007-ci ildə qazanıb. 2011-ci ildə təşkil olunan Avropa çempionatında isə şahmatçılarımız yalnız Almaniya yığmasından geri qalaraq gümüş medala sahib olublar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakcell gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək verib

“Bakcell”dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

Vüqar Həşimov Şahmat Akademiyasının yeni filialı fəaliyyətə başlayıb

“ADA” Universitetində sinxron şahmat yarışı keçirilib

Görkəmli şahmatçı Vüqar Həşimovun anım günüdür

Azərbaycan Şahmat Federasiyasına 1 milyon manat ayrılıb

Prezident şahmat üzrə qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa çempionatının qalibi olub

Azərbaycan şahmatçıları Avropa çempionatında Rusiya komandasını məğlub ediblər

“Baku Open-2017” festivalında 100-dən çox şahmatçı iştirak edəcək

Azərbaycanın şahmat yığması Avropa çempionatında Ermənistanı məğlub edib

Dünyanın ən məşhur şahmatçılarına "Vüqar Həşimov adına mükafat" təqdim olunacaq

Azərbaycanlı şahmatçı Fransa turnirində iştirak edəcək

Şəhriyar Məmmədyarov beynəlxalq şahmat turnirində iştirak edəcək

Azərbaycanın şahmat tarixində beşyaşlı uşaq yeni rekord təyin edib

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib

“Bakcell”in dəstəyi ilə uşaqlar arasında şahmat turniri keçirilib

Azərbaycanın vergi işçiləri arasında ənənvi şahmat turnirinə start verilib

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında şahmat çempionatı keçirilib

18 İyun 2018, 08:35 (GMT +4)
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

18 İyun 2018, 08:29 (GMT +4)
Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

17 İyun 2018, 11:28 (GMT +4)
Ötən gün  cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

17 İyun 2018, 11:20 (GMT +4)
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

17 İyun 2018, 11:18 (GMT +4)
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

17 İyun 2018, 11:08 (GMT +4)
Yaponiyada 7 maqnitudalı zəlzələ olub

16 İyun 2018, 09:10 (GMT +4)
Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

15 İyun 2018, 13:50 (GMT +4)
Xalq rəssamı Əzim Əzimzadənin anım tarixidir

15 İyun 2018, 13:48 (GMT +4)
DİN İsmayıllıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

15 İyun 2018, 13:34 (GMT +4)
Ağcəbədidə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

15 İyun 2018, 13:25 (GMT +4)
Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib  

15 İyun 2018, 13:17 (GMT +4)
Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

15 İyun 2018, 13:04 (GMT +4)
Bu gün DÇ-2018-də 3 oyun keçiriləcək

15 İyun 2018, 12:55 (GMT +4)
Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

15 İyun 2018, 12:36 (GMT +4)
Dünya birjalarında qızıl 4 dollardan çox ucuzlaşıb

15 İyun 2018, 12:24 (GMT +4)
Türkiyədə AKP  deputatına silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə yüksəlib  

15 İyun 2018, 12:10 (GMT +4)
Tramp Krımı Rusiya ərazisi adlandırıb

15 İyun 2018, 11:57 (GMT +4)
ETSN-də plastik tullantıların idarə olunması, ətraf mühitə təsirinin azaldılması və çeşidlənməsi müzakirə edilib

15 İyun 2018, 11:42 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb

15 İyun 2018, 11:30 (GMT +4)
Bakıda 3 otaqlı ev yandı

15 İyun 2018, 11:16 (GMT +4)
ABŞ-ın neft və benzin ehtiyatları azalır

15 İyun 2018, 11:03 (GMT +4)
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

15 İyun 2018, 10:47 (GMT +4)
Fövqəladə Hallar Nazirliyində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş keçirilib

15 İyun 2018, 10:33 (GMT +4)
Türkiyənin Baş naziri: Şanlıurfadakı hücumda PKK-nın izi var

15 İyun 2018, 10:24 (GMT +4)
Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

15 İyun 2018, 10:18 (GMT +4)
Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

15 İyun 2018, 10:14 (GMT +4)
Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçirirlər

15 İyun 2018, 10:04 (GMT +4)
Brent markalı neft ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66