Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Zaqatalada dini maarifçiliklə bağlı konfrans keçirilib

09 Noyabr 2017, 10:10 (GMT +4)

Bakı, 9 noyabr, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə “Dini maarifçilik işinin təşkili: Təcrübə və yeni yanaşma” mövzusunda konfrans keçirib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat Bilgisi” fənnini tədris edən müəllimlər və rayon gənclərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova açaraq konfransın keçirilməsinin önəmindən bəhs edib, rayonun ictimai həyatında aparıcı rol oynayan müəllim və gənclərlə bu mövzunun müzakirə olunmasının maarifçilik baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında din və cəmiyyət, dövlət və din münasibətlərinin başlıca istiqamətlərinə toxunub, dövlətin dinə yanaşmasının əsas meyarlarını iştirakçıların diqqətinə çatdırıb. Müasir inkişaf yolunu tutan Azərbaycan dövlətinin milli-dini dəyərlərə böyük əhəmiyyət verdiyini bildirən Komitə rəsmisi, həmçinin, dini kimliklə milli kimliyin qarşı-qarşıya gətirilməsinin son dərəcə yanlış olduğunu, bunun nə dinə, nə də dövlətçiliyə xidmət etmədiyini vurğulayıb.

Cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələrin dindarlar arasında apardıqları təbliğatların əsas mahiyyətini geniş şəkildə izah edən sədr müavini dinin siyasiləşdirilməsinin, dinə xarici təsir və müdaxilələrin, dinə xidmət adı altında qadın hüquqlarının məhdudlaşdırlmasının, tolerantlığın zəiflədilməsinə, məzhəblərarası qarşıdurmanın yaradılmasına səy göstərməyin, xurafatçı meyillərin təbliği və dünyəvi təhsilə qarşı çıxışların bu təbliğatların əsasını təşkil etdiyini bildirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunmasının daxili və xarici təzahürlərinə diqqət çəkib, son dövrlərdə beynəlxalq sferada İslam həmrəyliyinə olan ehtiyacın Azərbaycan dövlətinin bu sahədə nə qədər uğurlu addımlar atdığına dəlalət etdiyini söyləyib.
Sonda iştirakçıların sualları cavablandırılıb.



Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

18 Noyabr 2017, 17:09 (GMT +4)
Ermənistan ordusundakı “dedovşina” bir çox cinayətlərə səbəb olub

18 Noyabr 2017, 16:59 (GMT +4)
NATO Türkiyənin əhəmiyyətini dərk etməlidir - politoloq

18 Noyabr 2017, 16:53 (GMT +4)
Əfqanıstanda qar uçqunu nəticəsində 10 nəfər ölüb

18 Noyabr 2017, 16:47 (GMT +4)
Prezident “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb

18 Noyabr 2017, 16:47 (GMT +4)
Azərbaycanda növbəti dəfə zəlzələ olub

18 Noyabr 2017, 16:42 (GMT +4)
Şri Lankada buddistlər həbs edilib

18 Noyabr 2017, 16:36 (GMT +4)
Tahir Budaqova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

18 Noyabr 2017, 16:32 (GMT +4)
Zimbabve paytaxtında prezidentin istefasına dəstək marşı keçirilir

18 Noyabr 2017, 16:23 (GMT +4)
Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib

18 Noyabr 2017, 16:16 (GMT +4)
Dindən sui-istifadə edilərək İslam Azərbaycançılığa qarşı qoyulur - Gündüz İsmayılov

18 Noyabr 2017, 16:05 (GMT +4)
Kütləvi informasiya vasitələrinin inkişafında xidmətləri olan şəxslər təltif edilib

18 Noyabr 2017, 16:00 (GMT +4)
Cəbhə xəttində növbəti gərginlik yaşana bilər - politoloq

18 Noyabr 2017, 15:49 (GMT +4)
Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin müzakirəsi olub

18 Noyabr 2017, 15:39 (GMT +4)
Keniyada müxalif qüvvələrlə polis arasında qarşıdurma yaşanıb, ölən var

18 Noyabr 2017, 15:25 (GMT +4)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi daha bir aksiya keçirir

18 Noyabr 2017, 15:07 (GMT +4)
Heç kim Türkiyənin tarixini təhqir edə bilməz - CHP lideri

18 Noyabr 2017, 14:56 (GMT +4)
Latviya Müstəqillik Gününü qeyd edir

18 Noyabr 2017, 14:43 (GMT +4)
Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

18 Noyabr 2017, 14:34 (GMT +4)
Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya edib

18 Noyabr 2017, 14:24 (GMT +4)
Milli valyutada olan əmanətlər 39 faiz artıb

18 Noyabr 2017, 14:16 (GMT +4)
Azərbaycanda “reket” KİV-lərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb

18 Noyabr 2017, 14:03 (GMT +4)
Livanın istefa verən Baş naziri Saad Hariri Fransaya gəlib

18 Noyabr 2017, 13:54 (GMT +4)
Rusiya Yaponiyanın Suriyaya dair qətnaməsini bloklayıb

18 Noyabr 2017, 13:43 (GMT +4)
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib (FOTOLAR)

18 Noyabr 2017, 13:30 (GMT +4)
Suriyanın Deyr-ez-Zor əyalətində partlayış baş verib

18 Noyabr 2017, 13:16 (GMT +4)
Beynəlxalq ekspert qrupu “ASAN xidmət”də olub (FOTO)

18 Noyabr 2017, 13:00 (GMT +4)
Argentina prezidentinin helikopteri təcili eniş edib

18 Noyabr 2017, 12:51 (GMT +4)
İstirahət günü Azərbaycanda hava yağmursuz olacaq

18 Noyabr 2017, 12:44 (GMT +4)
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb

18 Noyabr 2017, 12:31 (GMT +4)
Çinin Tibet bölgəsində 6,9 bal gücündə zəlzələ olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66