Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

İdman jurnalistləri üçün “Sürətin nəbzini tut-2” praktik təlimi keçiriləcək

10 Noyabr 2017, 12:18 (GMT +4)

Bakı, 10 noyabr, SalamNews. Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula-1 ilə əlaqədar “Sürətin nəbzini tut-2” adlı ikigünlük praktik təlim keçirəcək.

BŞH-dən SalamNews-a bildiriblər ki, dekabrın 13-14-də təşkil ediləcək təlim Formula-1 yarışlarını “Sky Sports” və “BeIN Sports” kanallarında işıqlandırmış britaniyalı jurnalist və peşəkar avtoidman şərhçisi Kristofer Medland və beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) “İdman jurnalistikası” proqramının rəhbəri Dan Mason tərəfindən tədris olunacaq.

Təlimin keçirilməsində məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etməkdir. Təlim zamanı iştirakçılar Formula-1 aləmi və onun ətrafında baş verənlər haqqında müxtəlif istiqamətlər üzrə xəbər hazırlamağa dair praktik biliklər alacaq və qazanılmış yeni biliklər multimedia layihəsi çərçivəsində fərdi şəkildə sınaqdan keçiriləcək.

Təlimdə iştirak etmək üçün müraciətlər dekabrın 6-dək davam edəcək.

Təlimə yazılmaq istəyənlər bu keçidə (https://www.bakucitycircuit.com/files/App_form_AZ_v1.docx) daxil olaraq ərizə formasını müvafiq qaydada doldurmalı və formanı tələb olunan digər sənədlərlə birlikdə e-mail vasitəsilə mövzu hissəsində “Sürətin nəbzini tut–2” qeyd etməklə media@bakugp.az elektron ünvanına göndərməlidirlər. Təlim iştirakçıları edilən müraciətlər arasından müsabiqə yolu ilə seçiləcəklər. Seçim prosesindən uğurla keçən jurnalistlərə dekabrın 8-də iştirakın təsdiqinə dair məlumat veriləcək.

BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Azərbaycan Qran-Prisinin milli mətbuat katibi Nigar Arpadarai yerli mediada Qran-Pri yarışlarının daha peşəkar səviyyədə işıqlandırılığını bildirib: “Biz hər ötən il Azərbaycan mediasında Formula-1 haqqında daha dolğun, daha məzmunlu, həmçinin daha maraqlı xəbərlərə, məqalələrə rast gəlirik. Bu keyfiyyət artımı nəzərə çarpacaq dərəcədə hiss olunur və şübhəsiz, bunda yerli media nümayəndələri üçün indiyədək keçirildiyimiz təlimlərin və məlumatlandırıcı tədbirlərin rolu böyükdür.

Biz bu uğuru davam etdirmək əzmindəyik və bu səbəbdən də 2017-ci ilin əvvəllərində böyük müvəffəqiyyətlə reallaşdırdığımız “Sürətin nəbzini tut!” adlı praktik təlim proqramının ikinci buraxılışını keçiririk. İnanıram ki, bu eksklüziv təlimlər artıq ənənəyə çevriləcək və ölkədə Formula-1 dünyasına maraq göstərən idman jurnalistlərinin sırası sürətlə genişlənəcək. Fürsətdən istifadə edərək hamını bu ödənişsiz təlimdə iştiraka dəvət edirəm”.

“Sürətin nəbzini tut!” adlı təlimin ilkin buraxılışı yanvarın 24-25-də keçirilib. Təlimi uğurla başa vuran 22 iştirakçıya BŞH, ADBTİA və Dan Mason Media Şirkətinin birgə sertifikatı təqdim olunub.

Qeyd edək ki, növbəti təlimdə iştirakçı sayının 25 olacağı nəzərdə tutulub və təlimi uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Formula 1 yarışları ərəfəsində 17 avtobusun hərəkət sxemində dəyişiklik ediləcək

Formula 1 ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı davam edir

Formula 1 yarışlarının Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətini davam etdirir

Formula 1 ilə bağlı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

“Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsinə start verilib

Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start verilib

Formula 1 yarışlarının Çində yayımlanması üçün müqavilənin müddəti uzadılıb

Mingəçevirdə keçirilən Formula 1 yarışında 9-cu sinif şagirdi qələbə qazanıb

"Formula 1"ə hazırlıqla bağlı işlərin 70 faizi görülüb - nazir

Formula 1 çempionatının Şirvan yarışının qalibi müəyyənləşib

Regionlarda Formula 1 ilə əlaqədar çempionat keçiriləcək

Formula 1 yarışları Azərbaycana 277 milyon dollardan artıq gəlir gətirib

Formula 1-in baş icraçı direktoru Bakıda keçirilən beynəlxalq konfransda çıxış edib

2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

2017 Formula 1 Azərbaycan Qran Prisi ilin ən yaxşı yarışı seçilib

Formula 1-in təqvimi təsdiq edilib

Formula 1 pilotu: Bakı həqiqətən çox gözəl şəhərdir

Formula 1 Azərbaycan Qran Prisi klassikaya çevrilə bilər

20 Aprel 2018, 18:13 (GMT +4)
Bakcell əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir

20 Aprel 2018, 18:03 (GMT +4)
“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası

20 Aprel 2018, 18:00 (GMT +4)
ABŞ Türkiyəni şantaj edir - Lavrov

20 Aprel 2018, 17:54 (GMT +4)
Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sədələşdirilməsi müzakirə olunur

20 Aprel 2018, 17:45 (GMT +4)
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub

20 Aprel 2018, 17:31 (GMT +4)
Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü keçirilib

20 Aprel 2018, 17:25 (GMT +4)
Rumıniya prezidenti ölkə səfirliyinin Qüdsə köçürülməsi təklifini dəstəkləməyib

20 Aprel 2018, 17:10 (GMT +4)
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib (FOTO)

20 Aprel 2018, 17:04 (GMT +4)
“AXDG” QSC-nin hesabına tələbələrə əlavə təqaüd veriləcək

20 Aprel 2018, 16:55 (GMT +4)
“Kaspersky Lab”: Asiya və Yaxın Şərq 2018-ci ildə hədəfli hücumların episentri olub

20 Aprel 2018, 16:49 (GMT +4)
Hasilat Sənayesində Şəffaflıq hеsаbatı üçün audit şirkəti müəyyənləşib

20 Aprel 2018, 16:41 (GMT +4)
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib

20 Aprel 2018, 16:34 (GMT +4)
Bakı sakinləri övladlığa uşaq götürməyin tərəfdarır (SORĞU)

20 Aprel 2018, 16:27 (GMT +4)
“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqəsi keçirilir

20 Aprel 2018, 16:24 (GMT +4)
"CinemaPlus Gənclik Mall"da "Dörd baş" filminin qalası keçirilib

20 Aprel 2018, 16:19 (GMT +4)
Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sertifikatlar əldə edib

20 Aprel 2018, 16:12 (GMT +4)
Əli Həsənov ordenlə təltif edilib

20 Aprel 2018, 16:06 (GMT +4)
Prezident paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub (FOTOLAR)

20 Aprel 2018, 16:02 (GMT +4)
Yerevanda müxalifət avtomobillərin hərəkətini blokadaya almağa başlayıb

20 Aprel 2018, 15:56 (GMT +4)
AZTA Qazaxstanın Beynəlxalq Sərgisində iştirak edir

20 Aprel 2018, 15:44 (GMT +4)
Iğdırda partlayış baş verib, ölən və yaralananlar var

20 Aprel 2018, 15:31 (GMT +4)
Berlində mərkəzi vağzalın yaxınlığındakı sakinlər təxliyə edilir

20 Aprel 2018, 15:25 (GMT +4)
TOEFL IBT imtahanı keçiriləcək

20 Aprel 2018, 15:01 (GMT +4)
Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib (FOTOLAR)

20 Aprel 2018, 14:50 (GMT +4)
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən baytarlıq dərman preparatları aşkarlanıb

20 Aprel 2018, 14:41 (GMT +4)
“Azərişıq” Salyanda işə qəbul müsabiqəsi keçirib

20 Aprel 2018, 14:38 (GMT +4)
Pentaqon: S-400-lə bağlı son qərarı Türkiyə verəcək

20 Aprel 2018, 14:24 (GMT +4)
“Facebook” öz prosessorlarını yaradır

20 Aprel 2018, 14:15 (GMT +4)
"Baku Guide Service"in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq

20 Aprel 2018, 14:09 (GMT +4)
AMEA-da Pekin Xarici Dillər Universiteti ilə memorandum imzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66