Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Əbülfəs Qarayevin iştirakı ilə Azərbaycanın turizm imkanları Bəhreyndə təqdim edilib

10 Noyabr 2017, 14:23 (GMT +4)

Bakı, 10 noyabr, SalamNews. İran Körfəzi ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axının daha da artırılması çərçivəsində 2017-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilir. Növbəti təqdimat Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə Bahreyndə baş tutub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, tədbirdə “Gulf Air” şirkətinin direktoru Valed Abdul Hameed Əl-Əlavi, Azərbaycanın İran Körfəzi ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri, 50-dən çox turizm şirkətinin və mehmanxananın rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm sahəsinin son illər sürətlə inkişaf etdiyini, ölkəyə gələn turistlərinin sayının nəzərəçarpan dərəcədə artdığını, xüsusən ərəb ölkələri turistləri üçün ölkəmizin cəlbedici olmasını qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı silsilə Fərman və Sərəncamlar nəticəsində Körfəz ölkələrindən Azərbaycana gələn turistlər üçün sadələşdirilmiş viza rejimi təqdim edilərək Hava Limanlarında viza almaq imkanı yaradılmışdır. Eyni zamanda, Asan viza sistemi vasitəsilə 3 gün müddətində elektron qaydada vizaların əldə olunması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, turistlərin rahat və təhlükəsiz səfərlərinin təşkil olunması qeyd olunan normativ-hüquqi bazanın yenilənməsinin məntiqi nəticəsidir.

Nazir çıxışında Bəhreyn turistlərinin ölkəmizə daha çox səfər etməsində maraqlı olduğunu, Azərbaycanın bu ölkədən olan turistlərin də sayının artırılması üçün hər cür imkanların olduğunu, ölkəmizin təbliğatının genişlənəcəyini qeyd etmiş, təqdimatda iştirak edən turizm sənayesi nümayəndələrini bu əməkdaşlıqda aktiv fəaliyyətə dəvət etmişdir. Həmçinin, Bahreyn turistlərinin səfərləri üçün mədəni, dini, sağlamlıq, dağ-xizək, şopinq, ov və s. turizm növlərinin Azərbaycanda mövcud olması bu əlaqələrin daha da inkişaf etməsi üçün imkanlar yaradır.

Daha sonra Azərbaycanın İran Körfəzi ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri ölkənin təqdimatını keçirmiş, Azərbaycanı turizm ölkəsi kimi cəlbedici edən imkanlardan, o cümlədən iqlimin əlverişliliyi, insanların qonaqpərvərliyi, islam dininə uyğun olaraq halal turizm imkanlarının mövcud olmasından bəhs etmişdir.

Qeyd olunmuşdur ki, son illər İran Körfəzi ölkələri ilə sıx fəaliyyət nəticəsində Azərbaycana birbaşa uçan ərəb ölkələrinə məxsus hava yollarının sayı artmışdır. Eyni zamanda həm kütləvi informasiya, həm də digər təbliğat vasitələrində yeni və inkişafda olan turizm destinasiyası kimi Azərbaycana marağın olduğu vurğulanıb.



Əlaqəli Xəbərlər

Tvinninq layihəsi həyata keçirildiyi müddətdə böyük irəliləyişlərə nail olunub - Əbülfəs Qarayev

Nazir Əbülfəs Qarayevin Bəhreyn Krallığına səfəri davam edir

Əbülfəs Qarayev Abu-Dabi Luvr muzeyinin açılış mərasimində iştirak edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyədə səfərdədir

Əbülfəs Qarayev İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev iranlı yazıçı Mustafa Məsturu qəbul edib

Mədəniyyət sahəsində təhsil olduqca böyük əhəmiyyətə malikdir - Əbülfəs Qarayev

Əbülfəs Qarayev Avropa İttifaqı Nümayəndəliyinin rəhbərini qəbul edib

Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min turist gəlib - Əbülfəs Qarayev

Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdədir

Əbülfəs Qarayev İsveçrənin Azərbaycandakı səfirini qəbul edib

Daşkəsən sakinləri Əbülfəs Qarayevdən milli kətə və fəsəli festivalının keçirilməsini istəyiblər

Nazir Əbülfəs Qarayev İran nümayəndə heyəti ilə görüşüb

İranlılar Azərbaycanda özlərini çox rahat hiss edirlər - Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı həmkarı ilə görüşüb

Regionlarda bəzi binalar regional mədəniyyət və turizm idarələrinin balansına veriləcək - Əbülfəs Qarayev

Əbülfəs Qarayev: Azərbaycana gələn turistlərin sayında 30 faiz artım var

Əbülfəs Qarayev yeni turizm marşrutlarının yaradılması ilə bağlı tapşırıqlar verib

Əbülfəs Qarayev: Çimərlik turizmini inkişaf etdirmək üçün Azərbaycanın böyük potensialı var

Əbülfəs Qarayev Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib

24 Noyabr 2017, 09:41 (GMT +4)
“Brent” markalı neft ucuzlaşıb

24 Noyabr 2017, 09:36 (GMT +4)
Atəşkəs rejimi 122 dəfə pozulub

24 Noyabr 2017, 09:30 (GMT +4)
Azərbaycan və Rusiya din xadimləri arasında saziş imzalanıb

24 Noyabr 2017, 09:22 (GMT +4)
Azərbaycan və Ukrayna prezidentlərinin Brüsseldə görüşü olub

24 Noyabr 2017, 09:20 (GMT +4)
Yaponiyanın müdafiə naziri: Yeni raketdən müdafiə sistemləri qonşu ölkələrə təhlükə yaratmayacaq

24 Noyabr 2017, 09:14 (GMT +4)
M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir

24 Noyabr 2017, 09:08 (GMT +4)
Heydər Əliyev Sarayında fiziki qüsurlu insanların konserti keçiriləcək

24 Noyabr 2017, 09:01 (GMT +4)
Saatlıda zəlzələ olub

23 Noyabr 2017, 18:37 (GMT +4)
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

23 Noyabr 2017, 18:25 (GMT +4)
Azərbaycan - AYİB əlaqələri müzakirə olunub

23 Noyabr 2017, 18:19 (GMT +4)
Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

23 Noyabr 2017, 18:15 (GMT +4)
Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb 

23 Noyabr 2017, 18:09 (GMT +4)
AXDG-də üzən heyətin işə qəbulu ilə bağlı yeniliyin tətbiqinə başlanılıb

23 Noyabr 2017, 18:00 (GMT +4)
Ətraf mühiti çirkləndirənlər 82 min manata yaxın cərimə edilib

23 Noyabr 2017, 17:52 (GMT +4)
“Ulduz” Şokolad fabriki ekskursiya təşkil edəcək 

23 Noyabr 2017, 17:49 (GMT +4)
Göyçayda piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edilib

23 Noyabr 2017, 17:46 (GMT +4)
“Azsığorta”ASC-nin nəticələrində artım müşahidə olunur

23 Noyabr 2017, 17:42 (GMT +4)
Prezident İlham Əliyev: "Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir"

23 Noyabr 2017, 17:37 (GMT +4)
Avropa Parlamentinin üzvləri ilə görüş keçirilib

23 Noyabr 2017, 17:32 (GMT +4)
Jan Kloud Yunker: Aİ ilə Birləşmiş Krallıq Brexit danışıqlarınının ikinci mərhələsinə başlayacaqlar

23 Noyabr 2017, 17:23 (GMT +4)
Sabunçu və Abşeronda evlərdən oğurluq edən şəxs saxlanılıb

23 Noyabr 2017, 17:15 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur - NATO Baş katibi

23 Noyabr 2017, 17:09 (GMT +4)
Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır - DQİDK-nın şöbə müdiri

23 Noyabr 2017, 17:02 (GMT +4)
Əfqanıstanın şərqində terror aktı baş verib

23 Noyabr 2017, 16:56 (GMT +4)
İsmayıllıda vətənpərvərlik mövzusunda təlim keçirilib

23 Noyabr 2017, 16:52 (GMT +4)
“Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksinin açılış mərasimi keçirilib

23 Noyabr 2017, 16:46 (GMT +4)
İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

23 Noyabr 2017, 16:32 (GMT +4)
Çexiya prezidenti ANO hərəkatının liderini baş nazir təyin edəcək

23 Noyabr 2017, 16:24 (GMT +4)
Gənc Elçilər Niderland Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

23 Noyabr 2017, 16:19 (GMT +4)
“BDU özəl mükafatlandırma - 2017” adlı tədbir keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66