Mobil versiya RU AZ
_

DÜNYA » İQTİSADİYYAT

“Kaspersky Lab”: Şirkətlərdə baş verən kibermünaqişələrin yarısı insan faktoru ilə bağlıdır

10 Noyabr 2017, 16:31 (GMT +4)

Bakı, 10 noyabr, SalamNews. Bu ilin yanvar-oktyabr aylarında “Kaspersky Lab” həlləri Azərbaycan müəssisələrindəki 5 435 kompüterə zərərli proqram təminatı tərəfindən olan hücumları dəf edib. Ümumi kiberhücum cəhdlərinin sayı isə 286 525-ə çatır.

İstənilən şirkətdə baş verən kiberinsidentlərin və bununla əlaqədar yaranan məlumat sızıntısının əsas səbəbi insan faktorunun mövcudluğu və kompüter təhlükələrinin zamanında aşkarlanması üçün lazımi biliklərin olmamasıdır. Araşdırma göstərib ki, müəssisələrdə kompüter qəzalarının demək olar yarısı (46%) əməkdaşların diqqətsizliyi ucbatından əmələ gələn məlumat sızıntısına görə baş verib. Bu da insan faktorunu informasiya təhlükəsizliyi sahəsində baş verən qəzaların zərərli proqram təminatı ilə yoluxmadan sonra ikinci ən geniş yayılmış səbəbinə çevririr. Sözügedən araşdırma onu da göstərib ki, şirkətlər kibertəhlükələrdən qorunma sistemində insan faktorunun nə qədər əhəmiyyətli olduğunu anlamağa başlayıblar.

Məsələn, sorğuda iştirak edən təşkilatların 52%-i təhlükəsizlik sistemlərindəki ən böyük boşluğun əməkdaşların diqqətsiz hərəkətləri olduğunu bildirib. Respondentlərin 1/3 hissəsindən çoxu isə (35%) bildirib ki, yaxın müddətdə işçilər üçün kibertəhlükəsizlik sahəsində təlimlər keçirməyi planlaşdırırlar. Şirkətlərin kibertəhlükələrlə üzləşmə riskini azaltmaq üçün məhz insanların informasiya təhlükəsizliyi sahəsində təlimatlandırılması və kompüter savadlılığının artırılması gərəkdir. Bu məqsədlə “Kaspersky Lab” şirkəti informasiya təhlükəsizliyi sahəsində korporativ mədəniyyətin yaradılmasına yönəlmiş interaktiv təlimləri özündə birləşdirən “Kaspersky Cybersecurity Awareness” adlı şirkət işçilərinin kibertəhlükələrə qarşı məlumatlılığının artırılmasına yönəlmiş proqram buraxıb. İnternetdə təhlükələrin tanınması üçün biliklərin ötürülməsi işgüzar kompüter oyunları formatında keçirilir və istifadəçilərin gündəlik iş həyatında qarşılaşa biləcəkləri real situasiyalar üzərində qurulur.

Proqram işçilərin kateqoriyalarından asılı olaraq müxtəlif yanaşmalara nəzər salır və mütəxəssislərdən başlayaraq top menecmentə qədər olan bütün təşkilati strukturu əhatə edir. Departamentləri idarə edən top menecerlər üçün “Kaspersky Interactive Protection Simulation” işgüzar oyunu yaradılıb. Təlim iştirakçıları mərhələli strateji rol oyunu formatında artmaqda olan kibertəhlükələrin fonunda biznesləri effektiv idarəetmənin üsullarını öyrənirlər.

Tapşırıqlara əsasən, təşkilatın təhlükəsizliyinin hansı yollarla təmin etmək, buna ayrılan büdcə, təhlükənin neytrallaşdırılması və biznes- proseslərin davamlılığını təmin etmək üçün qərarların verilməsi daxildir. Şirkətin fəaliyyət istiqamətindən asılı olaraq, dörd növ ssenari mümkündür: maliyyə və ya sənaye sektoru, elektron hökümət xidmətləri və korporasiyalar. “CyberSafety Management Games” oyun təlimləri isə öz növbəsində birbaşa xətt menecerlərinin kibertəhlükələrlə bağlı məlumatlılığını artırmaq üçün nəzərdə tutulub.

Məşğələlərin əsas məqsədi – orta vəzifədə olan menecerləri aktual təhlükələrlə tanış etmək, istifadəçilərin təhlükəli hərəkətlərini aşkar etmək, onlara iş şəraitində informasiya təhlükəsizliyi sahəsində mümkün ssenariləri təhlil etmək və kibertəhlükələrə qarşı praktiki tövsiyələr verməyi öyrətməkdir. Kibertəhlükəsizlik sahəsində təlim platforması şirkətin bütün işçiləri üçün nəzərdə tutulub və interaktiv onlayn təlimlər formatında qurulub. “İnformasiya təhlükəsizliyi ilə bağlı risklərin işçilər tərəfindən anlaşılması korporativ kibermüdafiə strategiyasının əsas hissəsidir, məhz buna görə də personalın təlimatlandırılmasına xüsusi diqqət ayırmaq lazımdır.

Bununla yanaşı, bu məqsədlə təşkil olunan təlimlər heç kəsin maraq göstərmədiyi və iştirakçıların öyrəndiklərini işdə tətbiq etmək həvəsi olmayan standart məcburi xarakter daşımamalıdır. Bizim təlimə olan yanaşmamız standart praktikalardan fərqlidir. Əlbəttə, biz bildiyimiz maksimum məlumatları əməkdaşlara çatdırmağa çalışırıq, lakin bununla belə, biz psixoloji faktoru nəzərə alırıq və insan üçün maraqlı və cəlbedici kollektiv treninqlər formatlarından istifadə edirik. Eyni zamanda, biz anlayırıq ki, əməkdaşların tutduğu vəzifə, fəaliyyət sahəsi və səlahiyyətdən asılı olaraq kibertəhlükəsizliklə bağlı təlimlərə olan tələbatı və gözləntiləri fərqlənir. Məhz buna görə bizim proqramda təlimlərin təşkili üzrə müxtəlif səbiyyələr və formatlar nəzərdə tutulub”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Kaspersky Lab”: Asiya və Yaxın Şərq 2018-ci ildə hədəfli hücumların episentri olub

“Kaspersky Lab” hakerlərin hansı sahəyələrə daha çox hücum etdiklərini müəyyənləşdirib

“Kaspersky Lab” Koreyada Olimpiya Oyunlarına olan kiberhücumları araşdırıb

“Kaspersky Lab”: Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək bir qədər də çətinləşib

“Kaspersky Lab” şirkəti “Azercell” abunəçilərini kibertəhdidlərdən qoruyacaq

“Kaspersky Lab”: Hakerlər “Telegram”da sıfır-gün boşluqlarını istifadəçilərin yoluxması üçün istifadə ediblər

“Kaspersky Lab”: Sənaye müəssisələrinə olan məqsədli hücumların yayılma dərəcəsi 40% artıb 

“Kaspersky Lab” casus proqram təminatı aşkar edib

“Kaspersky Lab” Amerika məhkəməsinə şikayət edəcək

“Kaspersky Lab” 2017-ci ilə yekun vurur

“Kaspersky Lab" dəmiryol estakadası modelini nümayiş etdirir (VİDEO)

“Kaspersky Lab” Bakıda keçiriləcək biznes-konfransda sənaye kibertəhlükəsizliyinin sirlərini açacaq

“Kaspersky Lab” və Avropa Şurası insan hüquqlarını İnternetdə birgə müdafiə edəcəklər

"Kaspersky Lab" onlayn-tanışlıq əlavələrinin təhlükəsizlik səviyyəsini yoxlayıb

“Kaspersky Lab” yeni proqram təminatı aşkar edib

“Kaspersky Lab” kibertəhlükəsizlik üzrə mütəxəssislər axtarır

“Kaspersky Lab”: Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-cidir

“Kaspersky Lab” şirkətinin baş direktoru Azərbaycanda səfərdə olub

"Kaspersky Lab" parollarla bağlı narahatlığa son qoyacaq

İlham Əliyev Münhendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru ilə görüşüb

21 Aprel 2018, 18:17 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyinatı olub

21 Aprel 2018, 18:05 (GMT +4)
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

21 Aprel 2018, 18:03 (GMT +4)
Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

21 Aprel 2018, 17:54 (GMT +4)
Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri təyin edilib

21 Aprel 2018, 17:50 (GMT +4)
Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

21 Aprel 2018, 17:47 (GMT +4)
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib - SİYAHI

21 Aprel 2018, 16:58 (GMT +4)
“Moskva-Siti”də yanğın: 300 nəfər təxliyə olunub

21 Aprel 2018, 16:45 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 16:28 (GMT +4)
Şamaxıda üç avtomobil yolu sürüşmə nəticəsində dağılıb

21 Aprel 2018, 16:16 (GMT +4)
Beynəlxalq Yer Günü ilə əlaqədar 12 hektar sahədə abadlıq işləri aparılıb

21 Aprel 2018, 16:02 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 15:45 (GMT +4)
Bakıdakı bu otağın 73 milyondan çox üzvü var, hərraca çıxarıldı (FOTOLAR)

21 Aprel 2018, 15:33 (GMT +4)
Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib

21 Aprel 2018, 15:25 (GMT +4)
Bu il Gəncədə 58 müharibə əlili müalicəyə getmək üçün müraciət edib

21 Aprel 2018, 15:03 (GMT +4)
Novruz Məmmədov rəsmən Azərbaycanın Baş naziri təyin edilib

21 Aprel 2018, 14:57 (GMT +4)
Etiraz dalğası Ermənistanın daha bir şəhərini bürüdü

21 Aprel 2018, 14:50 (GMT +4)
Azərbaycanda ən kiçik Quran kitabı Gəncədə saxlanılır (FOTO)

21 Aprel 2018, 14:39 (GMT +4)
Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalanıb

21 Aprel 2018, 14:28 (GMT +4)
Milli Məclisin deputatları Gürcüstana gedir

21 Aprel 2018, 14:18 (GMT +4)
Əfqanıstanda terror aktı törədilib

21 Aprel 2018, 14:10 (GMT +4)
Prezident hansısa böyük dövlətin təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib - Mübariz Qurbanlı

21 Aprel 2018, 14:00 (GMT +4)
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

21 Aprel 2018, 13:50 (GMT +4)
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

21 Aprel 2018, 13:21 (GMT +4)
Sabah ölkə ərazisində yağış yağacaq,külək əsəcək

21 Aprel 2018, 13:13 (GMT +4)
Zəhra Bədəlbəyli ikinci kitabını nəşr etməyə hazırlaşır

21 Aprel 2018, 13:01 (GMT +4)
Bakıda polis bölməsinin ərazisində üç top mərmisi tapılıb

21 Aprel 2018, 12:52 (GMT +4)
Ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq - Novruz Məmmədov

21 Aprel 2018, 12:49 (GMT +4)
Azərbaycanlı deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

21 Aprel 2018, 12:41 (GMT +4)
“Total”ın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

21 Aprel 2018, 12:34 (GMT +4)
Söz verirəm ki, qarşıma qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyəm - yeni baş nazir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66