Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

“Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda konfrans keçirilib (FOTO)

10 Noyabr 2017, 16:39 (GMT +4)

Bakı, 10 noyabr, SalamNews, A.Bayramova. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda konfrans keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı İslam Universitetinin rəhbərliyi, universitetin müəllim-tələbə heyəti, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Bildirib ki, birlik və vəhdət dövlətlərin varlığını qoruyub saxlayan əsas amildir. Bu dəyərlərdən məhrum dövlətlərdə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altındadır. Buna görə də təfriqəyə yol açan və milli-dini birliyə yönəlmiş mənfi fikir və ideyaların yayılmasının qarşısı alınmalıdır. Səyyad Salahlı bu istiqamətdə dini maarifləndirməyə böyük ehtiyac olduğunu vurğulayıb. Din xadimlərinin milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rola malik olduğunu deyən sədrin birinci müavini bu gün Azərbaycanda əvvəlki illərdən fərqli olaraq savadlı, müasir ruhlu, müasir düşüncəli, eyni zamanda İslamı bir elm kimi dərindən mənimsəyən və bu istiqamətdə də təbliğ edən milli kadrlarımızın formalaşdığını dilə gətirib.

Sədr müavini Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi və digər aidiyyəti qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə tədbirlərinin önəmindən bəhs edib. O, eyni zamanda ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunub. Maliyyə vəsaiti hesabına respublikanın bütün bölgələrində maarifləndirmə tədbirlərinin keçirildiyini, kitabların nəşr edildiyini qeyd edib.

Bakı İslam Universitetinin prorektoru Elçin Həsənli bu cür konfransların gələcəkdə tələbələrin dini maarifçilik işinin aparılması, dini dəyərlərimizin cəmiyyətə çatdırılması istiqamətindəki fəaliyyətlərinə mühüm töhfə olduğunu bildirib. Bu sahədə milli kadrların yetişdirilməsinin önəminə toxunan prorektor universitetin din sahəsi üzrə mütəxəssis kadrlar yetişdirdiyini və onların dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm rol oynadıqlarını deyib.

Elçin Həsənli dini maarifləndirmə işinə dövlətimizin çox böyük diqqəti və dəstəyi olduğunu qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi daşıdığını vurğulayıb.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov konfransın mahiyyətini özündə ehtiva edən təqdimatla çıxış edib. Dini məsələləri ideoloji təhlükəsizlik aspektindən təhlil edən Gündüz İsmayılov dini kimliyin milli kimliyə qarşı qoyulması, dinin siyasiləşdirilməsi cəhdləri, ənənəvi İslamın zəifləməsi kimi dini sahədəki problemlərə, onların yaranma səbəbinə toxunub. Sədr müavini bildirib ki, bəzən dini maarifləndirmə dedikdə yalnız zərərli dini cərəyan və təriqətlərlə mübarizə nəzərdə tutulur. Bu, səhv yanaşmadır. İnsanlar zərərli dini cərəyanlardan və qeyri-ənənəvi təriqətlərdən də məlumatlı olmalıdırlar, amma paralel şəkildə əsl dinin nə olduğunu da bilməlidirlər. Ən düzgün maarifləndirmə metodologiyası səhvlə yanaşı, doğrunu da göstərməkdir.

Konfrans tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

20 Oktyabr 2018, 17:01 (GMT +4)
Stolüstü tennis üzrə Azərbaycan kubokuna start veriləcək

20 Oktyabr 2018, 16:53 (GMT +4)
Dövlət Komitəsində İzmirin Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub

20 Oktyabr 2018, 16:45 (GMT +4)
Səudiyyə telekanalından maraqlı iddia: İran və Qətər Kaşıkçı məsələsini siyasiləşdiriblər

20 Oktyabr 2018, 16:44 (GMT +4)
Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Təhsil Nazirliyində olub

20 Oktyabr 2018, 16:35 (GMT +4)
Sahibkarlıqla məşğul olan şəhid ailələrinə vergi güzəşti verilmir

20 Oktyabr 2018, 16:24 (GMT +4)
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb

20 Oktyabr 2018, 16:09 (GMT +4)
TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq - nazir

20 Oktyabr 2018, 16:06 (GMT +4)
Ayın teleskopla müşahidəsi təşkil ediləcək

20 Oktyabr 2018, 15:51 (GMT +4)
Pərviz Şahbazov: STAR Neft Emalı Zavodu Türkiyəyə qoyulan investisiyanın bir hissəsidir

20 Oktyabr 2018, 15:41 (GMT +4)
Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif edib

20 Oktyabr 2018, 15:23 (GMT +4)
Kaşıkçı ilə bağlı həqiqətləri üzə çıxarmaq namus borcumuzdur - AKP

20 Oktyabr 2018, 15:14 (GMT +4)
Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar keçirilib

20 Oktyabr 2018, 15:01 (GMT +4)
Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

20 Oktyabr 2018, 14:56 (GMT +4)
Biləsuvarda Azərbaycan Gənclərinin zona toplantısı keçirilib

20 Oktyabr 2018, 14:47 (GMT +4)
Gələn il Bakıda OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

20 Oktyabr 2018, 14:43 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib

20 Oktyabr 2018, 14:35 (GMT +4)
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub

20 Oktyabr 2018, 14:27 (GMT +4)
Əfqanstanlılar silahlı hücumlar fonunda bu gün parlament seçkiləri keçirirlər (FOTO)

20 Oktyabr 2018, 14:09 (GMT +4)
ABŞ-dakı aktiv qazma qurğularının sayı artır

20 Oktyabr 2018, 14:06 (GMT +4)
ABŞ təyyarələrinin Suriyanın şərqinə aviazərbələrində 62 mülki şəxs həlak olub - SANA

20 Oktyabr 2018, 13:50 (GMT +4)
Suriyada İŞİD tamamilə darmadağın edilib - Sergey Şoyqu

20 Oktyabr 2018, 13:40 (GMT +4)
Suriyada İŞİD-in oğurladığı sakinlərin bəzisi xilas edilib (FOTO)

20 Oktyabr 2018, 13:37 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

20 Oktyabr 2018, 13:25 (GMT +4)
Ötən gün yol qəzalarında 3 nəfər ölüb

20 Oktyabr 2018, 13:18 (GMT +4)
İstirahət günləri üçün hava proqnozu açıqlanıb

20 Oktyabr 2018, 13:10 (GMT +4)
“TeamGym” komandamız ilk dəfə Avropa çempionatında çıxış edib

20 Oktyabr 2018, 12:58 (GMT +4)
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub

20 Oktyabr 2018, 12:30 (GMT +4)
Qərargah: Badamdar sürüşmə zonasında kiçik tipli uçqunlar baş verib

20 Oktyabr 2018, 12:24 (GMT +4)
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

20 Oktyabr 2018, 12:11 (GMT +4)
AKP rəsmisi: Səudiyyə Ərəbistanı Kaşıkçının öldüyünü məcburiyyət qarşısında açıqladı

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66