Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Anlaşma Memorandumu imzalanıb

11 Noyabr 2017, 12:18 (GMT +4)

Bakı, 11 noyabr, SalamNews, A.Bayramova. Dövlət Agentliyinin sədri İnam Kərimov Mərakeşə səfəri çərçivəsində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

SalamNews xəbər verir ki, görüşdə tərəflər Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli və bu qabaqcıl təcrübənin İSESCO-nun üzv dövlətlərində tətbiqi məsələləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyalardan faydalanma, 21-ci əsrdə dövlət xidmətlərinin göstərilməsi sahəsində rastlaşılan çağırışlar barədə fikir mübadiləsi aparıblar.

Agentliyin sədri Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son illər həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib.

O,  Dövlət Agentliyinin son illərdəki yenilikləri və uğurlu layihələri, o cümlədən tabeliyində yaradılmış “ABAD” mərkəzlərinin fəaliyyəti barədə İSESCO baş direktorunu məlumatlandırıb.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunun imzalanmasında məqsəd Dövlət Agentliyi və İSESCO arasında mövcud ikitərəfli əməkdaşlığı daha da gücləndirmək, İSESCO-ya üzv ölkələrdə dövlət xidmətlərinin göstərilməsi sahəsini daha da təkmilləşdirmək üçün “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığı təşviq etdirməkdir.

Görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Tarik Əliyev və “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” nun (Azinnex) üzvləri də iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Aprel 2018, 09:02 (GMT +4)
Bu gün İmam Zeynəlabidinin (ə) mövlud günüdür

21 Aprel 2018, 18:17 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyinatı olub

21 Aprel 2018, 18:05 (GMT +4)
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

21 Aprel 2018, 18:03 (GMT +4)
Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

21 Aprel 2018, 17:54 (GMT +4)
Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri təyin edilib

21 Aprel 2018, 17:50 (GMT +4)
Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

21 Aprel 2018, 17:47 (GMT +4)
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib - SİYAHI

21 Aprel 2018, 16:58 (GMT +4)
“Moskva-Siti”də yanğın: 300 nəfər təxliyə olunub

21 Aprel 2018, 16:45 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 16:28 (GMT +4)
Şamaxıda üç avtomobil yolu sürüşmə nəticəsində dağılıb

21 Aprel 2018, 16:16 (GMT +4)
Beynəlxalq Yer Günü ilə əlaqədar 12 hektar sahədə abadlıq işləri aparılıb

21 Aprel 2018, 16:02 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 15:45 (GMT +4)
Bakıdakı bu otağın 73 milyondan çox üzvü var, hərraca çıxarıldı (FOTOLAR)

21 Aprel 2018, 15:33 (GMT +4)
Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib

21 Aprel 2018, 15:25 (GMT +4)
Bu il Gəncədə 58 müharibə əlili müalicəyə getmək üçün müraciət edib

21 Aprel 2018, 15:03 (GMT +4)
Novruz Məmmədov rəsmən Azərbaycanın Baş naziri təyin edilib

21 Aprel 2018, 14:57 (GMT +4)
Etiraz dalğası Ermənistanın daha bir şəhərini bürüdü

21 Aprel 2018, 14:50 (GMT +4)
Azərbaycanda ən kiçik Quran kitabı Gəncədə saxlanılır (FOTO)

21 Aprel 2018, 14:39 (GMT +4)
Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalanıb

21 Aprel 2018, 14:28 (GMT +4)
Milli Məclisin deputatları Gürcüstana gedir

21 Aprel 2018, 14:18 (GMT +4)
Əfqanıstanda terror aktı törədilib

21 Aprel 2018, 14:10 (GMT +4)
Prezident hansısa böyük dövlətin təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib - Mübariz Qurbanlı

21 Aprel 2018, 14:00 (GMT +4)
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

21 Aprel 2018, 13:50 (GMT +4)
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

21 Aprel 2018, 13:21 (GMT +4)
Sabah ölkə ərazisində yağış yağacaq,külək əsəcək

21 Aprel 2018, 13:13 (GMT +4)
Zəhra Bədəlbəyli ikinci kitabını nəşr etməyə hazırlaşır

21 Aprel 2018, 13:01 (GMT +4)
Bakıda polis bölməsinin ərazisində üç top mərmisi tapılıb

21 Aprel 2018, 12:52 (GMT +4)
Ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq - Novruz Məmmədov

21 Aprel 2018, 12:49 (GMT +4)
Azərbaycanlı deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

21 Aprel 2018, 12:41 (GMT +4)
“Total”ın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66