Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Ağstafa rayonunda 4 yeni avtomobil körpüsü inşa edilib (VİDEO)

11 Noyabr 2017, 13:45 (GMT +4)

Bakı, 11 noyabr, SalamNews.  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2016-ci il yanvarın 15-dən etibarən Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

“Azəravtoyol” ASC-dən SalamNews-a verilən məlumata görə, bundan öncəki körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə inşa edilmişdi. Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.

Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.

Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 m, yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m və 29.5 km-də Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 m-dir.

Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.

Layihəyə uyğun olaraq körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edir.

Layihə üzrə yanaşma yollarının xətlənməsi və müvafiq yol nişanı və göstəricilərinin quraşdırılması da daxil olmaqla bütün tikinti quraşdırma işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” bəzi KİV-lərdə yayılmış məlumatlra rəsmi aydınlıq gətirib

"Azəravtoyol" Binəqədi şosesində təmir işlərinin keyfiyyətsiz aparılmasına münasibət bildirib

"Azəravtoyol" bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Avtomobil yolları layihələrinin icrası bu ilin sonuna kimi yekunlaşacaq - "Azəravtoyol"

“Azəravtoyol” ASC 71 gənc ailəyə bayram sovqatı paylayıb

“Azəravtoyol”: Xarici investisiyalar hesabına yol infrastrukturunun yenidən qurulması davam etdirilib

Bakı yollarında 600 min kvadratmetrə yaxın sahədə təmir işləri aparılıb - "Azəravtoyol"

Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi Astarada turizmin inkişafına təkan verəcək - Azəravtoyol

Avtomobil yolları tikinti norma və qaydalarına uyğun salınır - “Azəravtoyol” ASC

“Azəravtoyol” ASC-nin rəhbərliyi balaca Zəhranın məzarını ziyarət edib (FOTO)

“Azəravtoyol” ASC daha bir ilkə imza atıb (VİDEO)

Azəravtoyol yollarda təmir işlərilə əlaqədar sürücülərə müraciət edib

"Azəravtoyol” yolgöstərici xətlərinin rənglənməsi ilə bağlı sürücülərə xəbərdarlıq edib

"Azəravtoyol" paytaxtda yolda təmir işi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Estoniyalı yol mühəndisləri ilə "Azəravtoyol"da görüş keçirilib

Estoniyalı qonaqlar üçün “Azəravtoyol” ASC-də infotur təşkil edilib

"Azəravtoyol" tərəfindən bu ilin I rübündə 100 minə yaxın ağac və kol bitkisi əkilib 

“Azəravtoyol” ASC-nin sədri “İlin Mühəndisi” fəxri adına layiq görülüb

22 Aprel 2018, 09:02 (GMT +4)
Bu gün İmam Zeynəlabidinin (ə) mövlud günüdür

21 Aprel 2018, 18:17 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyinatı olub

21 Aprel 2018, 18:05 (GMT +4)
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

21 Aprel 2018, 18:03 (GMT +4)
Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

21 Aprel 2018, 17:54 (GMT +4)
Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri təyin edilib

21 Aprel 2018, 17:50 (GMT +4)
Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

21 Aprel 2018, 17:47 (GMT +4)
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib - SİYAHI

21 Aprel 2018, 16:58 (GMT +4)
“Moskva-Siti”də yanğın: 300 nəfər təxliyə olunub

21 Aprel 2018, 16:45 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 16:28 (GMT +4)
Şamaxıda üç avtomobil yolu sürüşmə nəticəsində dağılıb

21 Aprel 2018, 16:16 (GMT +4)
Beynəlxalq Yer Günü ilə əlaqədar 12 hektar sahədə abadlıq işləri aparılıb

21 Aprel 2018, 16:02 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 15:45 (GMT +4)
Bakıdakı bu otağın 73 milyondan çox üzvü var, hərraca çıxarıldı (FOTOLAR)

21 Aprel 2018, 15:33 (GMT +4)
Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib

21 Aprel 2018, 15:25 (GMT +4)
Bu il Gəncədə 58 müharibə əlili müalicəyə getmək üçün müraciət edib

21 Aprel 2018, 15:03 (GMT +4)
Novruz Məmmədov rəsmən Azərbaycanın Baş naziri təyin edilib

21 Aprel 2018, 14:57 (GMT +4)
Etiraz dalğası Ermənistanın daha bir şəhərini bürüdü

21 Aprel 2018, 14:50 (GMT +4)
Azərbaycanda ən kiçik Quran kitabı Gəncədə saxlanılır (FOTO)

21 Aprel 2018, 14:39 (GMT +4)
Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalanıb

21 Aprel 2018, 14:28 (GMT +4)
Milli Məclisin deputatları Gürcüstana gedir

21 Aprel 2018, 14:18 (GMT +4)
Əfqanıstanda terror aktı törədilib

21 Aprel 2018, 14:10 (GMT +4)
Prezident hansısa böyük dövlətin təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib - Mübariz Qurbanlı

21 Aprel 2018, 14:00 (GMT +4)
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

21 Aprel 2018, 13:50 (GMT +4)
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

21 Aprel 2018, 13:21 (GMT +4)
Sabah ölkə ərazisində yağış yağacaq,külək əsəcək

21 Aprel 2018, 13:13 (GMT +4)
Zəhra Bədəlbəyli ikinci kitabını nəşr etməyə hazırlaşır

21 Aprel 2018, 13:01 (GMT +4)
Bakıda polis bölməsinin ərazisində üç top mərmisi tapılıb

21 Aprel 2018, 12:52 (GMT +4)
Ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq - Novruz Məmmədov

21 Aprel 2018, 12:49 (GMT +4)
Azərbaycanlı deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

21 Aprel 2018, 12:41 (GMT +4)
“Total”ın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66