Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

YAP-ın yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib (FOTO)

11 Noyabr 2017, 15:56 (GMT +4)

Bakı, 11 noyabr, SalamNews. Noyabrın 21-də ölkəmizin ictimai-siyasi həyatında xüsusi çəkiyə malik, bütövlükdə Azərbaycanın bugünkü möhtəşəm uğurlarında müqayisəsiz və əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur. Partiyanın 25 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər və kampaniyalar həyata keçirilir.

SalamNews xəbər verir ki, noyabrın 11-də YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar nəzərdə tutulmuş möhtəşəm tədbir olan “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib. Kampaniyanın ilk günündə yüzlərlə YAP-çının iştirakı ilə 10 hektar ərazidə təxminən 10 min ağac əkilib. Xəzər rayonu ərazisində, Türkan-Qala şossenin ətrafındakı ərazidə həyata keçirilən yaşıllaşdırma kampaniyasında YAP İdarə Heyətinin, Şiyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, elecə də partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak ediblər.

Kampaniya ilə bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın tarixində əhəmiyyətli rol oynayan, ictimai-siyasi həyatımızda çox mühüm missiyanı yerinə yetirən YAP-ın yubileyləri müxtəlif kampaniyalarla qeyd olunub: “Partyanın 25 illik yubileyi ilə əlaqədar ənənəmizə sadiq qalaraq yaşıllaşdırma kampaniyasını davam etdiririk. YAP-ın sıralarında 700 min insan birləşir. Bu kampaniyada da 700 min ağac əkmək niyyətini ortaya qoymuşuq. Partiyamızın hər bir üzvü bir ağac əksin deyə kampaniyamızı bu şüar altında reallaşdırırıq. Kampaniyaya ağacəkmə mövsümü başlayandan start verilir və bu mövsümün sonuna qədər davam edərək bütün bölgələri əhatə edəcək. Yaşıllaşdırmanın, ağacəkmənin ölkə həyatı üçün nə qədər əhəmiyyətli hadisə olduğunu izah etməyə ehtiyac yoxdur”.

YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın paytaxtı və regionları son illərdə çox ciddi şəkildə dəyişib, müasirləşib. Eyni zamanda, ölkədə ekologiyanın yaxşılaşdırılması istiqamətində böyük işlər görülür, yaşıllaşdırma tədbirləri həyata keçirilir və YAP-ın bu kampaniyası da ölkəmizdə reallaşdırılan yaşıllaşdırma, ağacəkmə kampaniyasının bir tərkib hissəsidir. “Bu, həmçinin təmiz hava, sağlamlıq deməkdir. Muasir dünyada təmiz havanın nə qədər böyük aktuallıq kəsb etdiyi hər kəsə məlumdur. Bilirsiniz ki, YAP həmişə yaradıcı, qurucu partiya olub. Bu partiyanı yaradan Ümummilli lider Heydər Əliyev həmişə quruculuq missiyasını yerinə yetirib, Onun yaratdığı partiya da bu missiyaya sədaqətlə xidmət edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən bütün quruculuq işlərində YAP yaxından iştirak edir. Hesab edirəm ki, 700 min ağacı əkməklə biz Bakının, ölkəmizin bütün bölgələrinin ekologiyasının yaxşılaşmasına öz töhvəmizi vermiş olacağıq. Bir neçə il keçəcək, bu ağaclar böyüyəcək və bu ərazi gözəl yaşıllıq zolağına çevriləcək. Eyni zamanda, Bakının havası daha da təmiz olacaq”-deyə Əli Əhmədov vurğulayıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyası Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində, yəni gələn ilin aprel ayına qədər davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

 Yaponiyada  5,4 bal gücündə zəlzələ olub

YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib

Yaponiyada 5,1 bal gücündə zəlzələ olub

Yaponiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə görüşəcək

Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb

Prezident İlham Əliyev Yaponiya baş nazirinin müşavirini qəbul edib

Yaponiyada şiddətli küləklərə görə 180-dən çox daxili aviareys təxirə salınıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi Yaponiyada da anılıb

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində 4.6 bal gücündə zəlzələ baş verib

YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün imzaları MSK-ya təqdim edib

YAP imzatoplama kampaniyasını başa çatdırıb

Yaponiya və ABŞ liderləri KXDR-ə qarşı təzyiqi artırmaq barədə razılığa gəliblər

YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiqlənib

Yaponiyanın Azərbaycandakı səfiri ATGTİ-də gənclərlə görüşüb

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Yaponiya Pxenyanda keçirilən hərbi paradı təxribat adlandırıb

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Yaponiya Kuril adalarında keçirilən təlimlərə görə Rusiyaya etirazını bildirib

Astara Gömrük İdarəsində yaponiyalı diplomatlarla görüş keçirilib

21 Aprel 2018, 18:17 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyinatı olub

21 Aprel 2018, 18:05 (GMT +4)
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

21 Aprel 2018, 18:03 (GMT +4)
Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

21 Aprel 2018, 17:54 (GMT +4)
Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri təyin edilib

21 Aprel 2018, 17:50 (GMT +4)
Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

21 Aprel 2018, 17:47 (GMT +4)
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib - SİYAHI

21 Aprel 2018, 16:58 (GMT +4)
“Moskva-Siti”də yanğın: 300 nəfər təxliyə olunub

21 Aprel 2018, 16:45 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 16:28 (GMT +4)
Şamaxıda üç avtomobil yolu sürüşmə nəticəsində dağılıb

21 Aprel 2018, 16:16 (GMT +4)
Beynəlxalq Yer Günü ilə əlaqədar 12 hektar sahədə abadlıq işləri aparılıb

21 Aprel 2018, 16:02 (GMT +4)
Ermənistanın baş naziri müxalifəti dialoqa çağırır

21 Aprel 2018, 15:45 (GMT +4)
Bakıdakı bu otağın 73 milyondan çox üzvü var, hərraca çıxarıldı (FOTOLAR)

21 Aprel 2018, 15:33 (GMT +4)
Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib

21 Aprel 2018, 15:25 (GMT +4)
Bu il Gəncədə 58 müharibə əlili müalicəyə getmək üçün müraciət edib

21 Aprel 2018, 15:03 (GMT +4)
Novruz Məmmədov rəsmən Azərbaycanın Baş naziri təyin edilib

21 Aprel 2018, 14:57 (GMT +4)
Etiraz dalğası Ermənistanın daha bir şəhərini bürüdü

21 Aprel 2018, 14:50 (GMT +4)
Azərbaycanda ən kiçik Quran kitabı Gəncədə saxlanılır (FOTO)

21 Aprel 2018, 14:39 (GMT +4)
Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalanıb

21 Aprel 2018, 14:28 (GMT +4)
Milli Məclisin deputatları Gürcüstana gedir

21 Aprel 2018, 14:18 (GMT +4)
Əfqanıstanda terror aktı törədilib

21 Aprel 2018, 14:10 (GMT +4)
Prezident hansısa böyük dövlətin təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib - Mübariz Qurbanlı

21 Aprel 2018, 14:00 (GMT +4)
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

21 Aprel 2018, 13:50 (GMT +4)
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

21 Aprel 2018, 13:21 (GMT +4)
Sabah ölkə ərazisində yağış yağacaq,külək əsəcək

21 Aprel 2018, 13:13 (GMT +4)
Zəhra Bədəlbəyli ikinci kitabını nəşr etməyə hazırlaşır

21 Aprel 2018, 13:01 (GMT +4)
Bakıda polis bölməsinin ərazisində üç top mərmisi tapılıb

21 Aprel 2018, 12:52 (GMT +4)
Ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq - Novruz Məmmədov

21 Aprel 2018, 12:49 (GMT +4)
Azərbaycanlı deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

21 Aprel 2018, 12:41 (GMT +4)
“Total”ın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

21 Aprel 2018, 12:34 (GMT +4)
Söz verirəm ki, qarşıma qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyəm - yeni baş nazir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66