Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

İİTKM Gəncədə regional ictimai müzakirə keçirib (FOTOLAR)

11 Noyabr 2017, 17:01 (GMT +4)

Bakı, 11 noyabr, SalamNews, B.İsmayılov. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda Gəncədə keçirdiyi regional ictimai müzakirədə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan 300-dən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak edib.

SalamNews xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə gül dəstəsi qoyublar.

Müzakirələr zamanı Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuzdan gələn qonaqları Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev salamlayib.

Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı tədbirin moderatoru qismində müzakirənin əsas məqsədi barədə danışıb və çıxış üçün sözü Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verib. Elxan Mikayılov bildirib ki, son illər Azərbaycanda dərin iqtisadi islahatlar aparılır. Bu dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Strateji Yol Xəritələri hazırlanıb, biznes mühitinin əlverişliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanıb, eyni zamanda makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə -bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarla islahat həyata keçirilib.

Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilib. “Strateji Yol Xəritələrinin bütün xalqın və xalqı təmsil edən bütün tərəflərin maraqlarını ifadə edən bir sənədin olması təmin edilib. Görülən işlər nəticəsində 2017-ci ildə makroiqtisadi sabitlik bərqərar olunub, qeyri-neft ÜDM-i 2.8 faiz, ixrac 30 faizədək, valyuta ehtiyatları 4.5 milyard artıb, tədiyyə balansının müsbət saldosu 2 milyarda çatıb. Növbəti il Azərbaycanda artıq sürətli inkişaf dövrü kimi yadda qalacaq. ”

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə əlavə edib ki, Azərbaycanın sürətli inkişafında bölgələrin hər bir rayonu üçün spesifik istehsal sahələri yaradılır. Məhz strateji yol xəritələrində də bu regionda istehsal potensialının tam reallaşdırılması və dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaqla bağlı tədbirlər öz əksini tapıb. İcraçı direktor deyib ki, Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Çünki Gəncə, Qazax və Ağstafa - əsas nəqliyyat qovşaqlarıdır. Bu region Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev də Gəncə şəhəri və ətraf rayonların iqtisadiyyatının yüksəlməsinə xüsusi qayğı göstərir Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev öz çıxışında ötən dövrdə xüsusi ilə Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu bildirib. “Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, beynəlxalq reytinqlərdə irəliləməsi də cənab Prezidentin apardığı siyasətin doğruluğunu bir daha təsdiq edir. Gəncə-Qazax bölgəsi Azərbaycanın inkişafında xüsusi rol oynayır. Ona görə də bu bölgənin inkişafının sürətləndirilməsi, hədəflərə çatmaq üçün zəruri tədbirlərin görülməsi diqqət mərkəzindədir.”

Musa Quliyev həmçinin vurğulayıb ki, Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti öz bəhrələrini verməkdədir. Bundan sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Gəncə - Qazax iqtisadi rayonunun inkişaf perspektivləri" mövzusunda prezentasiya təqdim edib.Ramil Hüseyn qeyd edib ki, ölkə əhalisinin 13,6%-nin yaşadığı Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı diqqət mərkəzindədir. Bu regionda kənd təsərrürfatı ilə yanaşı turizmin, maşınqayırma sənayesinin, qara və əlvan metallurgiyanın inkişaf etdirilməsinin böyük potensialı var.

Müzakirələrdə İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov, Vergilər nazirliyinin12 saylı ərazi Vergilər Departamentinin Baş direktorunun müavini, iqtisadi təhlil şöbəsinin rəhbəri Pərviz İsmayılov və Kənd Təsərrüfatı nazirliyinin regional nümayəndələri iştirak edib. İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov tədbir iştirakçılarına təmsil etdiyi qurumun gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və Gəncə-Qazax bölgəsi üzrə əldə edilmiş nəticələr” mövzusunda təqdimat edib.

Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. Müzakirələr “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələr ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək məqsədi ilə keçirilir.

Qeyd edək ki, iqtisadi islahat prosesi ilə bağlı regional müzakirələr Azərbaycanın bütün bölgələrini əhatə edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İİTKM-nin rəhbəri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

İİTKM–də “Digital Marketinq” mövzusunda təlim keçirilib

İİTKM beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırır

İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək

İİTKM növbəti Təcrübə Proqramını elan edir

İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM yerli şirkətlərin nümayəndələri üçün təlim keçib

İİTKM Mingəçevirdə regional ictimai müzakirə keçirib

İİTKM Lənkəranda ictimai müzakirə təşkil edib

İİTKM-də ali təhsilin innovasiyada rolu müzakirə edilib

İİTKM növbəti Təcrübə Proqramını elan edib

İİTKM-də bank islahatları müzakirə olunub

İİTKM Sumqayıtda regional ictimai müzakirə keçirib

İİTKM-də rəqəmsal ödənişlər müzakirə olunub (FOTO)

İİTKM İsmayıllıda regional ictimai müzakirə keçirib (FOTOLAR)

Şərq Tərəfdaşlığı Mərkəzi ilə İİTKM arasında memorandum imzalanıb

İİTKM Kooperasiya Universitetində ictimai mühazirə keçirib

İİTKM şimal bölgəsində ictimai müzakirə təşkil edib

İİTKM Dövlət Pedaqoji Universitetdə ictimai mühazirə keçirib (FOTOLAR)

İİTKM üç xarici şirkətlə əməkdaşlıq sənədləri imzalayıb

18 İyun 2018, 08:35 (GMT +4)
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

18 İyun 2018, 08:29 (GMT +4)
Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

17 İyun 2018, 11:28 (GMT +4)
Ötən gün  cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

17 İyun 2018, 11:20 (GMT +4)
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

17 İyun 2018, 11:18 (GMT +4)
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

17 İyun 2018, 11:08 (GMT +4)
Yaponiyada 7 maqnitudalı zəlzələ olub

16 İyun 2018, 09:10 (GMT +4)
Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

15 İyun 2018, 13:50 (GMT +4)
Xalq rəssamı Əzim Əzimzadənin anım tarixidir

15 İyun 2018, 13:48 (GMT +4)
DİN İsmayıllıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

15 İyun 2018, 13:34 (GMT +4)
Ağcəbədidə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

15 İyun 2018, 13:25 (GMT +4)
Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib  

15 İyun 2018, 13:17 (GMT +4)
Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

15 İyun 2018, 13:04 (GMT +4)
Bu gün DÇ-2018-də 3 oyun keçiriləcək

15 İyun 2018, 12:55 (GMT +4)
Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

15 İyun 2018, 12:36 (GMT +4)
Dünya birjalarında qızıl 4 dollardan çox ucuzlaşıb

15 İyun 2018, 12:24 (GMT +4)
Türkiyədə AKP  deputatına silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə yüksəlib  

15 İyun 2018, 12:10 (GMT +4)
Tramp Krımı Rusiya ərazisi adlandırıb

15 İyun 2018, 11:57 (GMT +4)
ETSN-də plastik tullantıların idarə olunması, ətraf mühitə təsirinin azaldılması və çeşidlənməsi müzakirə edilib

15 İyun 2018, 11:42 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb

15 İyun 2018, 11:30 (GMT +4)
Bakıda 3 otaqlı ev yandı

15 İyun 2018, 11:16 (GMT +4)
ABŞ-ın neft və benzin ehtiyatları azalır

15 İyun 2018, 11:03 (GMT +4)
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

15 İyun 2018, 10:47 (GMT +4)
Fövqəladə Hallar Nazirliyində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş keçirilib

15 İyun 2018, 10:33 (GMT +4)
Türkiyənin Baş naziri: Şanlıurfadakı hücumda PKK-nın izi var

15 İyun 2018, 10:24 (GMT +4)
Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

15 İyun 2018, 10:18 (GMT +4)
Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

15 İyun 2018, 10:14 (GMT +4)
Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçirirlər

15 İyun 2018, 10:04 (GMT +4)
Brent markalı neft ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66