Mobil versiya RU AZ
_

DÜNYA » İQTİSADİYYAT

“Türk Hava Yolları”rekord həcmdə xalis mənfəət əldə edib

13 Noyabr 2017, 11:18 (GMT +4)

Bakı, 13 noyabr, SalamNews. "Türk Hava Yolları” aviaşirkətinin 2017-ci ilin əvvəlindən etibarən tətbiq etdiyi maliyyə intizamı və tələbatın dinamik idarə olunması sistemi sayəsindəşirkət cari ilin III rübündə rekord həcmdə – 939 mln. ABŞ dolları məbləğində xalis mənfəət əldə edib. Doqquz ay ərzində bu göstərici956 mln.ABŞ dolları təşkil edib.

Bu barədə SalamNews-a "Türk Hava Yolları” aviaşirkətindən daxil olan məlumatda deyilir.

2017-ci ilinIII rübündəşirkətin ümumi gəlirləriötən ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 3,6 mlrd. ABŞ dolları təşkil edib.Yanvar-sentyabr aylarında orta ümumi gəlir 8% artıb və 8,2 mlrd. ABŞ dollarına çatıb.

“Türk Hava Yolları”nın maliyyə hesabatına əsasən, 2017-ci ilin III rübü ərzində vergi, faiz, aşınma, amortizasiya və icarə (EBITDAR) ödəmələrinədək mənfəət 90% artaraq 1,5 mlrd. ABŞ dolları təşkil edib. EBITDAR üzrə rentabellik 41% təşkil edib və bu da“Türk Hava Yolları”nı dünyanın ən gəlirli aviaşirkətlərindən birinə çevirir.

“Bu ilin üçüncü rübündə qeydə alınmış xalis mənfəət“Türk Hava Yolları”nın gəlir əldə etmək qabiliyyətini əyani şəkildə nümayiş etdirir.Bizim aviaşirkət böyük bir ailədir və bu ailənin ümumi məqsədi var – dünyanın aparıcı beşulduzlu aviaşirkətlərindən biri olmaq.Aviaşirkət sərnişinlərə xidmət keyfiyyətində heç bir güzəşt etmədən artmağa və inkişaf etməyə davam edəcək.Türkiyənin ən böyük ixrac şirkəti olaraq, biz İstanbulu mühüm beynəlxalq nəqliyyat mərkəzi kimi təmsil etməyə davam edəcəyik”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

Maliyyə nəticələrinə əsasən, bu ilin sentyabr ayında sərnişin oturacaqlarının məşğulluq əmsalı 81,5% təşkil edib ki, bu da sentyabr ayı üçün son 5 il ərzində rekord göstəricidir. 2017-ci ilin üçüncü rübündə aviaşirkət tərəfindən 21,3 mln. sərnişinə xidmət göstərilib və bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Beləliklə, 2017-ci ilin ilk doqquz ayı ərzində şirkət 52 mln. sərnişin daşıyıb, bu zaman sərnişin oturacaqlarının məşğulluq əmsalı 79% təşkil edib. Yanvar-sentyabr ayları ərzində görülən sərt maliyyə tədbirləri sayəsində aviadaşıyıcının əməliyyat xərcləri 6% azalıb.

“Türk Hava Yolları”nın törəmə bölməsi olan “Turkish Cargo” aviaşirkəti 2017-cu ilin üçüncü rübünün sonuna olan vəziyyətə görə, istiqamətlərin sayını 55-dən 72-dək artırıb və 29% artım göstərərək 294 min ton yük daşıyıb. Hesabat dövründə “Turkish Cargo” şirkətinin gəliri ötən ilin analoji vaxtı ilə müqayisədə təxminən 40% artaraq 343 mln. ABŞ dollarına çatıb. Bu yaxınlarda isə “Turkish Cargo” "Asiyanın ən yaxşı yük aviaşirkəti" adına layiq görülüb.

“Türk Hava Yolları”cari ilin III rübündə Samara (Rusiya) və Pxuketə (Tailand)birbaşa uçuşlara başlayıb ki, bununla daTürkiyənin milli aviaşirkəti tərəfindənyerinə yetirilən uçuş istiqamətlərinin sayı 300-ə çatıb, onlardan 49-u daxili və 251-i isə beynəlxalq (120 ölkə) aviareyslərdir.Şirkətin aviaparkı dünyanın ən yeni aviaparklarından biri hesab olunur ki, burada 329 təyyarə mövcuddur, onlardan 223-ü dar gövdəli, 90-ı geniş gövdəli, 16-sı isə yük avialayneridir.



Əlaqəli Xəbərlər

“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

“Türk Hava Yolları” ötən il 70 milyona yaxın sərnişin daşıyıb

“Türk Hava Yolları” viza ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb

“Türk Hava Yolları” yükdaşımaların həcmini 21% artırır

“Türk Hava Yolları” yüklənmə səviyyəsinin ən yüksək göstəricisinə nail olub

"Türk Hava Yolları" yeni xidmət istifadəyə verib

"Türk Hava Yolları" Cənubi Avropanın ən yaxşı aviaşirkəti seçilib

“Bakcell”in Ulduzum abunəçiləri “Türk Hava Yolları”ndan əlavə millər əldə edəcəklər

Bakıda keçiriləcək Ticarət Festivalına Türk Hava Yollarının tərəfdaşlığı müzakirə edilib

Aktyor Morqan Frimanın iştirakı ilə çəkilən “Türk Hava Yolları” reklamını milyonlarla insan izləyib  

"Türk Hava Yolları" 338 reysi təxirə salıb

“Türk Hava Yolları”nın yeni siması Hollivud ulduzu Morqan Friman olub

Qırğızıstanda qəzaya uğrayan təyyarə “Türk Hava Yolları”na məxsus deyil - Türkiyə səfirliyi

"Türk Hava Yolları" təyyarəsi Trabzona təcili eniş edib

“Türk Hava Yolları”nın Azərbaycandakı fəaliyyətinin 25 illiyi qeyd edilib

"Türk Hava Yolları" təyyarəsi Belqrada təcili eniş edib

“Türk Hava Yolları”na məxsus təyyarə Kosovada uçuş-enmə zolağından çıxıb

22 Yanvar 2018, 18:26 (GMT +4)
Əməliyyat Qərargahı: İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir

22 Yanvar 2018, 18:00 (GMT +4)
Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanılıb

22 Yanvar 2018, 17:53 (GMT +4)
Səməd Seyidov AŞPA-nın vitse prezidenti seçilib

22 Yanvar 2018, 17:49 (GMT +4)
Rumıniyada “SOCAR” brendi altında daha bir YDM istifadəyə verilib

22 Yanvar 2018, 17:42 (GMT +4)
Kombat Jiu-jitsu idman növü üzrə Gəncə şəhər şöbəsinə rəsmi rəhbər təyin edib

22 Yanvar 2018, 17:39 (GMT +4)
“Petkim” 500 milyon dollarlıq istiqraz buraxacaq

22 Yanvar 2018, 17:31 (GMT +4)
Azərbaycan X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim olunub

22 Yanvar 2018, 17:19 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

22 Yanvar 2018, 17:04 (GMT +4)
Dördüncü CEO Lunch Tbilisi-yə qeydiyyat başlayıb

22 Yanvar 2018, 16:45 (GMT +4)
Ellada Mustafayeva startuplar üçün PR təlim keçib

22 Yanvar 2018, 16:34 (GMT +4)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

22 Yanvar 2018, 16:20 (GMT +4)
Ərdoğan: Afrindən geri addım atılmayacaq

22 Yanvar 2018, 16:04 (GMT +4)
Bakıda silahlı şəxs saxlanılıb

22 Yanvar 2018, 15:53 (GMT +4)
İdmançılar 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

22 Yanvar 2018, 15:45 (GMT +4)
Sergey Lavrov: Qərb ölkələrində “rusafobiya” hazırda çox böyüyüb

22 Yanvar 2018, 15:37 (GMT +4)
Əbülfəs Qarayev Davosda keçirilən konfransda iştirak edir

22 Yanvar 2018, 15:25 (GMT +4)
Emmanuel Makron: “Aİ ilə Böyük Britaniya münasibətləri əvvəlki kimi dərin olmayacaq”

22 Yanvar 2018, 15:13 (GMT +4)
SOCAR ötən ilin qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb

22 Yanvar 2018, 15:04 (GMT +4)
AŞPA-nın yeni prezidenti seçilib

22 Yanvar 2018, 15:02 (GMT +4)
CinemaPlus ilk dəfə “Paddinqton 2” filmini Azərbaycan dilində nümayiş etdi (FOTOLAR)

22 Yanvar 2018, 14:59 (GMT +4)
Bakıda avtobuslarda cibgirliklə məşğul olan şəxslər saxlanılıb

22 Yanvar 2018, 14:53 (GMT +4)
Bakıda avtoxuliqan tutulub (VİDEO)

22 Yanvar 2018, 14:47 (GMT +4)
ABŞ bilərəkdən təxribat törədir - Sergey Lavrov

22 Yanvar 2018, 14:36 (GMT +4)
Bakıda içərisində 35 000 manat və 18 800 dollar olan seyf oğurlanıb

22 Yanvar 2018, 14:25 (GMT +4)
Moskva Suriya və Türkiyə nümayəndələri ilə təmasdadır - Peskov

22 Yanvar 2018, 14:10 (GMT +4)
Mahmud Abbas Aİ-dən dəstək gözləyir - xarici KİV

22 Yanvar 2018, 13:45 (GMT +4)
Rəsmi Ankara Kabildə baş verən terror hücumunu pisləyib

22 Yanvar 2018, 13:22 (GMT +4)
Sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlərin işlək olması, onlara yaradılan iqtisadi imkanlar qədər vacibdir

22 Yanvar 2018, 13:16 (GMT +4)
Rusiyada haker xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıb

22 Yanvar 2018, 13:07 (GMT +4)
Polis qanunsuz ov edən 4 nəfəri saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66