Mobil versiya RU AZ
_

DÜNYA » İQTİSADİYYAT

“Kaspersky Lab” və Avropa Şurası insan hüquqlarını İnternetdə birgə müdafiə edəcəklər

14 Noyabr 2017, 17:22 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews. İnsan hüquqlarının müdafiəsinin və İnternetdə qanunlara əməl olunmasının təmin edilməsi məqsədilə Avropa Şurası, “Kaspersky Lab” və bir sıra aparıcı texnoloji şirkət arasında saziş imzalanib.

SalamNews-un məlumatına görə, imzalanma mərasimi Strasburqda təşkil olunan “Demokratiya Uğrunda Dünya Forumu” (“World Forum for Democracy”) çərçivəsində keçirilib. Avropa Şurası tərəfindən sazişi təşkilatın baş katibi Torbyörn Yaqland (Thorbjørn Jagland), “Kaspersky Lab” tərəfindən isə şirkətin dövlət orqanları ilə əlaqələr üzrə vitse-prezidenti Anton Şinqaryov imzalayıb. “Kaspersky Lab” şirkətindən başqa Avropa Şurası ilə sazişə “Apple”, “Deutsche Telekom”, “Facebook”, “Google”, “Microsoft”, “Orange” və “Telefónica” kimi texnologiya sahəsinin dünya liderləri qoşulub. Bu layihəyə öz dəstəyini həmçinin iri texnoloji assosiasiyalar bildirib, xüsusilə beynəlxalq qeyri-kommersiya təşkilatı olan “Computer ", Communications Industry Association” (CCIA), rəqəmsal texnologiyalar sənayesinin Avropa nümayəndəsi “DigitalEurope”, Avropada İT sahəsində ən nəhəng kiçik və orta biznes birliyi olan “European Digital SME Alliance”, Avropa Telekommunikasiya Operatorları Assosiasiyası, bütün dünya üzrə mobil rabitə operatorlarının maraqlarının nümayəndəsi olan GSMA Assosiasiyası və “Global Network Initiative” qeyri-hökumət beynəlxalq təşkilatı.

İmzalanmış saziş Avropa Şurasının qəbul etdiyi 2016-2019- ci illərdə İnternet idarəetmə strategiyasının həyata keçirilməsinin növbəti mərhələsi olub. İnternetdə vətəndaşların müdafiəsi və dəstəklənməsi, onların hüquqlarının təminatı, ifadə azadlığının və bərabərliyin təmin edilməsi, həmçinin kibercinayətkarlıq və terrorizm ilə mübarizə bu strategiyanın əsas məqsədini təşkil edir.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Avropa Şurası həm saziş imzalamış təşkilatlarla, həm də gələcəkdə digər tərəfdaşlarla sıx əməkdaşlıq qurmaq niyyətindədir. “Kaspersky Lab” şirkətinin Avropa Şurasının təşəbbüsünə qoşulmaq qərarını şərh edən Anton Şinqaryov bildirib: “İnternet – unikal bir məkandır və biz hamımız hər gün bu məkanda oluruq.

Burada biz informasiya portallarıdan və sosial şəbəkələrdən yararlanırıq, məzuniyyət planlaşdırırıq, bazarlıq edirik, bank hesablarımızı yoxlayırıq – nəticədə hər gün bizdən sonra böyük rəqəmsal iz qalır. Eyni zamanda, kibercinayətkarlar bizi ciddi təhlükə qarşısında qoyaraq İnterneti öz məqsədləri üçün istifadə edirlər. Hər bir istifadəçinin rəqəmsal həyatdan əsl zövq almağı üçün Avropa Şurasının tərəfdaşı olmağına və digər nüfuzlu təşkilatlarla birgə daha təhlükəsiz və rahat İnternet uğrunda mübarizə aparmağa şadıq”.



Əlaqəli Xəbərlər

“Kaspersky Lab”: Şirkətlərdə baş verən kibermünaqişələrin yarısı insan faktoru ilə bağlıdır

"Kaspersky Lab" onlayn-tanışlıq əlavələrinin təhlükəsizlik səviyyəsini yoxlayıb

“Kaspersky Lab” yeni proqram təminatı aşkar edib

“Kaspersky Lab” kibertəhlükəsizlik üzrə mütəxəssislər axtarır

“Kaspersky Lab”: Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-cidir

“Kaspersky Lab” şirkətinin baş direktoru Azərbaycanda səfərdə olub

"Kaspersky Lab" parollarla bağlı narahatlığa son qoyacaq

İlham Əliyev Münhendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru ilə görüşüb

22 Noyabr 2017, 13:30 (GMT +4)
Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur 

22 Noyabr 2017, 13:23 (GMT +4)
Həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimatı keçirilib (FOTOLAR)

22 Noyabr 2017, 13:15 (GMT +4)
“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

22 Noyabr 2017, 13:07 (GMT +4)
ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

22 Noyabr 2017, 12:56 (GMT +4)
ABŞ hərbi təyyarəsi Sakit Okeanda qəzaya uğrayıb

22 Noyabr 2017, 12:43 (GMT +4)
DSK sədri Tahir Budaqov UNİCEF-in regional direktoru ilə görüşüb

22 Noyabr 2017, 12:34 (GMT +4)
Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir - Giorgi Marqvelaşvili

22 Noyabr 2017, 12:26 (GMT +4)
Bakıda FIFA-nın sammiti keçirilib (FOTOLAR)

22 Noyabr 2017, 12:18 (GMT +4)
Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir

22 Noyabr 2017, 12:11 (GMT +4)
57 milyon Uber istifadəçisinin şəxsi məlumatları oğurlanıb

22 Noyabr 2017, 11:59 (GMT +4)
"Gənclər arasında tolerantlığın və sülhsevər prinsiplərinin təbliğ edilməsi" adlı beynəlxalq konfrans keçirilib

22 Noyabr 2017, 11:52 (GMT +4)
Bakıda “In Touch” bank və pərakəndə ticarət texnologiyaları konfransı keçirilib

22 Noyabr 2017, 11:43 (GMT +4)
YAP-da gənclərin varlığı yeni ideyaların yaranması, yeni layihələrin həyata keçirilməsi deməkdir - deputat

22 Noyabr 2017, 11:30 (GMT +4)
ABŞ Dövlət Departamenti Ərdoğanın iddialarını gülünc adlandırıb

22 Noyabr 2017, 11:23 (GMT +4)
“Merkuri-1” gəmi-bərəsi təmir olunub

22 Noyabr 2017, 11:18 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun doğum günüdür

22 Noyabr 2017, 11:11 (GMT +4)
ABŞ və Rusiya prezidentlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

22 Noyabr 2017, 11:01 (GMT +4)
Kapital Bank “Şəffaf vergi partnyorluğu statusuna” layiq görülüb

22 Noyabr 2017, 10:55 (GMT +4)
“AzəriLayt”ın qiyməti 64 dollar/barrelə çatır

22 Noyabr 2017, 10:41 (GMT +4)
İİTKM növbəti Təcrübə Proqramını elan edib

22 Noyabr 2017, 10:26 (GMT +4)
Dağlıq Qarabağda mina partlayışı nəticəsində üç erməni hərbçi ölüb

22 Noyabr 2017, 10:24 (GMT +4)
“AtaBank” ASC-nin MasterCard kartları ilə xüsusi Endirimlərə-lərə sahib ol!

22 Noyabr 2017, 10:17 (GMT +4)
Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib

22 Noyabr 2017, 10:12 (GMT +4)
DİN Bakıda cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat keçirib (FOTO)

22 Noyabr 2017, 10:07 (GMT +4)
Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb

22 Noyabr 2017, 10:00 (GMT +4)
Rusiyada barıt zavodunda yanğın olub

22 Noyabr 2017, 09:55 (GMT +4)
Atəşkəs rejimi 138 dəfə pozulub

22 Noyabr 2017, 09:51 (GMT +4)
Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb

22 Noyabr 2017, 09:46 (GMT +4)
İraqda terror aktı: azı 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb

22 Noyabr 2017, 09:41 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66