Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq - nazir

14 Noyabr 2017, 17:26 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews. Noyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüşdə Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Syuzan Cəmil Nuh, səfirliyin ikinci katibi Hossam Başaryi Ali, Misirin Bakıdakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi və digərləri iştirak edirdi.

Qonaqları salamlayan Əbülfəs Qarayev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini dedi. Bildirdi ki, ölkələrimiz arasında mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir. Mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var: “Azərbaycanla Misir arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilib. O cümlədən qarşılıqlı mədəniyyət günləri təşkil olunub. Bizim vətəndaşların Misir mədəniyyətinə xüsusi marağı var”.

Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesində həyata keçirilən işlər haqqında danışdı. Qeyd etdi ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır: “İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Həmçinin birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər”.

Nazir turistlərin təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğuladı. Həmçinin gələn ilin aprel ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF 2018) Misirin turizm təşkilatlarını və şirkətlərini fəal iştirak etməyə dəvət etdi.

Misirli qubernator Xalid Fuda öz növbəsində iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinin vacibliyini bildirdi. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. O, qarşılıqlı turist səfərlərinin artırılması üçün əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırdı. Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə, eyni zamanda misirli turistlərin Azərbaycanda istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının fayda verəcəyini vurğuladı. Birbaşa hava əlaqəsinin Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirildi.

Xalid Fuda ölkəsinin Cənubi Sinay Vilayətinə gələn turistlərin təhlükəsizliyi üçün təminat verərək bildirdi ki, bu regionda sabitlik hökm sürür və turistlərin həyatı üçün heç bir təhlükə yoxdur. Qonaq qarşıdakı illərdə əlaqələrin daha da güclənəcəyinə inandığını dedi.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.



Əlaqəli Xəbərlər

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyədə səfərdədir

Mədəniyyət və turizm naziri “Rossiya 24” kanalına müsahibə verib

Mədəniyyət və turizm naziri Şəkidə mədəniyyət müəssisələrinə baş çəkib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı həmkarı ilə görüşüb

Mədəniyyət və turizm naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyev Türkiyənin mədəniyyət və turizm nazirini qəbul edib

Mədəniyyət və turizm naziri Lənkəranda vətəndaşlarla görüşüb

Mədəniyyət və turizm naziri Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ABŞ-a səfər edib

İsmayıllıda Mədəniyyət və Turizm nazirinin iştirakı ilə müşavirə olub

Mədəniyyət və turizm naziri İsmayıllıda vətəndaşlarla görüşüb

Mədəniyyət və turizm naziri Portuqaliyanın ölkəmizdəki səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTB Berlin sərgisinin rəhbəri ilə görüşüb

Ağdaşda mədəniyyət və turizm naziri vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Ağdaşda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri ÜTF çərçivəsində nazirlər toplantısında çıxış edib

Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşlarla görüşəcək

Mədəniyyət və turizm naziri Madriddə bir sıra görüşlər keçirib

Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşları qəbul edəcək

24 Fevral 2018, 10:35 (GMT +4)
Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

24 Fevral 2018, 10:22 (GMT +4)
Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb

24 Fevral 2018, 10:13 (GMT +4)
Mingəçevir stansiyasında yoldəyişən qurğular əsaslı təmir dayanıb

24 Fevral 2018, 10:03 (GMT +4)
Atəşkəs rejimi 120 dəfə pozulub

23 Fevral 2018, 18:41 (GMT +4)
Xocalı soyqırımının 26-cı ildönümü Xalça Muzeyində qeyd edilib (FOTOLAR)

23 Fevral 2018, 18:30 (GMT +4)
Dördüncü CEO Lunch Tbilisi keçirilib

23 Fevral 2018, 18:22 (GMT +4)
“Azercell Telekom” beynəlxalq sertifikata layiq görülüb

23 Fevral 2018, 18:16 (GMT +4)
“Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

23 Fevral 2018, 18:11 (GMT +4)
Qoşqar zirvəsinə ediləcək yürüş iştirakçıları ilə görüş keçirilib

23 Fevral 2018, 18:06 (GMT +4)
Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazıb

23 Fevral 2018, 17:59 (GMT +4)
BANM və MGİMO arasında Anlaşma Memorandumu imzalanıb

23 Fevral 2018, 17:54 (GMT +4)
“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

23 Fevral 2018, 17:50 (GMT +4)
Dövlət Komitəsinin sədri İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

23 Fevral 2018, 17:47 (GMT +4)
İİTKM–də “Digital Marketinq” mövzusunda təlim keçirilib

23 Fevral 2018, 17:41 (GMT +4)
"İdeyadan Biznesə" şüarı ilə “Startap Günləri”nə start verilib

23 Fevral 2018, 17:35 (GMT +4)
UNEC-də Xocalı soyqırımı qurbanları anılıb

23 Fevral 2018, 17:30 (GMT +4)
SDU-da Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib

23 Fevral 2018, 17:22 (GMT +4)
Azərbaycan şirkəti Özbəkistanın dövlət qurumu üçün innovativ texnologiyaların tətbiqini həyata keçirəcək

23 Fevral 2018, 17:12 (GMT +4)
Dolların fevralın 26-na olan məzənnəsi açıqlanıb

23 Fevral 2018, 17:05 (GMT +4)
Qırğızıstanda 4,3 bal gücündə zəlzələ baş verib

23 Fevral 2018, 16:57 (GMT +4)
Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcək

23 Fevral 2018, 16:44 (GMT +4)
Milli Şura “Xocalı Soyqırımı” ilə bağlı gənclər çağırış edib

23 Fevral 2018, 16:35 (GMT +4)
Azərbaycan-Avstriya: İqtisadi sahədə əməkdaşlıq imkanları genişlənir

23 Fevral 2018, 16:24 (GMT +4)
Hərbi qulluqçuların hüquqi bilikləri təkmilləşdirilir

23 Fevral 2018, 16:10 (GMT +4)
43,8 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb

23 Fevral 2018, 15:57 (GMT +4)
Xocalı soyqırımına həsr olunmuş film Kaliforniyada nümayiş etdirilib

23 Fevral 2018, 15:42 (GMT +4)
Bakıda Küveytin milli bayramı qeyd olunub

23 Fevral 2018, 15:26 (GMT +4)
2017-ci ildə ölkəyə daxil olan pul baratları 1,2 milyard dollar olub

23 Fevral 2018, 15:15 (GMT +4)
Həmyerlimiz Malayziyanın ali mükafatına layiq görülüb

23 Fevral 2018, 15:03 (GMT +4)
Rusiyalı jurnalistin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66