Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » HADİSƏLƏR

Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb

15 Noyabr 2017, 09:00 (GMT +4)

Bakı, 15 noyabr, SalamNews. Daxili işlər orqanlarının əməkdaşları Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan və ekoloji cinayətlər törədən şəxslərə qarşı mübarizə məqsədilə tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, noyabrın 11-də Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (SNPİ) Bakı buxtasında “Yamaha-48” mühərriki ilə təchiz edilmiş qayıqda iki nəfərin qanunsuz balıq ovlaması barədə məlumat daxil olub.

SNPİ-nin əməkdaşları “Qartal” polis patrul kateri ilə həmin qayığa yaxınlaşaraq xüsusi xəbərdaredici səs siqnalları ilə onlardan sahilə çıxmalarını tələb ediblər. Həmin şəxslər polisin qanuni tələbinə əməl etməyərək idarə etdikləri balıqçı qayığı ilə polis katerini vurub zədələyərək hadisə yerindən qaçmağa cəhd göstəriblər.

Araşdırma zamanı qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduqları müəyyənləşib.

SNPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilib. İdarədə saxlanılan şəxslərdən S.Quliyevin üzərinə baxış zamanı ondan bir büküm heroin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin balıqovlama biletlərinin olmadığı, həmçinin onlara məxsus qayığın və mühərrikin müvafiq dövlət qurumlarında qeydiyyata alınmadığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.



Əlaqəli Xəbərlər

Daxili İşlər Nazirliyi vakansiya elan edib

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Daxili İşlər Nazirliyi növbəti əməliyyat keçirib (FOTO)

Daxili İşlər Nazirliyi xidmətə qəbulla bağlı müsabiqə elan edir

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr və medallar verilib (SİYAHI)

Daxili İşlər Nazirliyinin “N” saylı hərbi hissəsində sıra baxışı keçirilib

Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı intihar edib

Beynəlxalq "Qadınlar Günü" münasibətilə Daxili İşlər Nazirliyində təntənəli mərasim keçirilib

Daxili İşlər Nazirliyinin əməkdaşları küllü miqdarda narkotik vasitə müsadirə ediblər

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz silah-sursat saxlayan bir neçə şəxsi həbs edib

Daxili İşlər Nazirliyi işçi qəbulu elan edib

Daxili İşlər Nazirliyi Mehman Hüseynovla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Salyandakı qətl hadisəsi barədə məlumat yayıb

Daxili İşlər Nazirliyində mənəvi-psixoloji təminat məsələlərinə dair seminar keçirilib

Daxili İşlər Nazirliyi işçi qəbulu elan edib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında andiçmə mərasimi keçirilib

22 Noyabr 2017, 13:30 (GMT +4)
Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur 

22 Noyabr 2017, 13:23 (GMT +4)
Həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimatı keçirilib (FOTOLAR)

22 Noyabr 2017, 13:15 (GMT +4)
“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

22 Noyabr 2017, 13:07 (GMT +4)
ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

22 Noyabr 2017, 12:56 (GMT +4)
ABŞ hərbi təyyarəsi Sakit Okeanda qəzaya uğrayıb

22 Noyabr 2017, 12:43 (GMT +4)
DSK sədri Tahir Budaqov UNİCEF-in regional direktoru ilə görüşüb

22 Noyabr 2017, 12:34 (GMT +4)
Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir - Giorgi Marqvelaşvili

22 Noyabr 2017, 12:26 (GMT +4)
Bakıda FIFA-nın sammiti keçirilib (FOTOLAR)

22 Noyabr 2017, 12:18 (GMT +4)
Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir

22 Noyabr 2017, 12:11 (GMT +4)
57 milyon Uber istifadəçisinin şəxsi məlumatları oğurlanıb

22 Noyabr 2017, 11:59 (GMT +4)
"Gənclər arasında tolerantlığın və sülhsevər prinsiplərinin təbliğ edilməsi" adlı beynəlxalq konfrans keçirilib

22 Noyabr 2017, 11:52 (GMT +4)
Bakıda “In Touch” bank və pərakəndə ticarət texnologiyaları konfransı keçirilib

22 Noyabr 2017, 11:43 (GMT +4)
YAP-da gənclərin varlığı yeni ideyaların yaranması, yeni layihələrin həyata keçirilməsi deməkdir - deputat

22 Noyabr 2017, 11:30 (GMT +4)
ABŞ Dövlət Departamenti Ərdoğanın iddialarını gülünc adlandırıb

22 Noyabr 2017, 11:23 (GMT +4)
“Merkuri-1” gəmi-bərəsi təmir olunub

22 Noyabr 2017, 11:18 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun doğum günüdür

22 Noyabr 2017, 11:11 (GMT +4)
ABŞ və Rusiya prezidentlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

22 Noyabr 2017, 11:01 (GMT +4)
Kapital Bank “Şəffaf vergi partnyorluğu statusuna” layiq görülüb

22 Noyabr 2017, 10:55 (GMT +4)
“AzəriLayt”ın qiyməti 64 dollar/barrelə çatır

22 Noyabr 2017, 10:41 (GMT +4)
İİTKM növbəti Təcrübə Proqramını elan edib

22 Noyabr 2017, 10:26 (GMT +4)
Dağlıq Qarabağda mina partlayışı nəticəsində üç erməni hərbçi ölüb

22 Noyabr 2017, 10:24 (GMT +4)
“AtaBank” ASC-nin MasterCard kartları ilə xüsusi Endirimlərə-lərə sahib ol!

22 Noyabr 2017, 10:17 (GMT +4)
Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib

22 Noyabr 2017, 10:12 (GMT +4)
DİN Bakıda cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat keçirib (FOTO)

22 Noyabr 2017, 10:07 (GMT +4)
Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb

22 Noyabr 2017, 10:00 (GMT +4)
Rusiyada barıt zavodunda yanğın olub

22 Noyabr 2017, 09:55 (GMT +4)
Atəşkəs rejimi 138 dəfə pozulub

22 Noyabr 2017, 09:51 (GMT +4)
Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb

22 Noyabr 2017, 09:46 (GMT +4)
İraqda terror aktı: azı 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb

22 Noyabr 2017, 09:41 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66