Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Tələbələrə turizm sahəsində PR-ın təşkili ilə bağlı seminar keçirilib

15 Noyabr 2017, 10:09 (GMT +4)

Bakı, 15 noyabr, SalamNews. “AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar keçirib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, seminarda mövzu üzrə çıxış edənlər “Alibayov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov və “AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova olmaqla, iştirakçılar turizm sahəsində PR fəaliyyətinin təşkili mövzusunda bilgiləndiriliblər.

Vəli Əlibəyov təlim iştirakçılarına turizm sahəsində ictimai rəyin düzgün formalaşdırılması metodları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yollarından, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək üsullarından danışıb.Həmçinin, turizm sahəsində PR-ın aparılması ilə bağlı bir sıra istiqamətlər - brendin, turizm xidmətlərinin önə çəkilməsi, reputasiya və imicin formalaşdırılması, daxili PR və sairlə bağlı fikirlərini bildirib.

Dilarə Zamanova isə ictimaiyyətlə əlaqələr sahəsində turizm müəssisələrinin hədəf auditoriyası olan müştərilər, tərəfdaşlar, tədarükçülər, rəqiblər, hakimiyyət qurumları, media və sair qruplarla iş prinsipləri barədə geniş söhbət açıb. Natiq son illərdə baş vermiş və hələ də təsirləri davam edən dünya iqtisadi böhranı şəraitində turizm şirkətləri və müəssisələrinin imicinin qorunması və tanıdılmasında PR-ın peşəkarlıqla aparılmasının xüsusilə aktuallıq kəsb etdiyini bildirərək antiböhran PR-ı və onun peşəkarca qurulması xüsusiyyətləri barədə tələbələrə ətraflı məlumat verib.

Seminar iştirakçıları olan tələbələr D.Zamanova tərəfindən PR vasitələri kimi media ilə iş – müsahibələr, məqalələr, info-tur və mətbuat konfransları, həmçinin, yeni turistik istiqamətlər, turizm məhsulları, sərgilər, yarmarkalar, festivallar, təlimlər, fləşmoblar və sair barədə təfərrüatlı şəkildə bilgiləndirilib.

Daha sonra iştirakçı tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüblər, onların sualları cavablandırılıb. Təlimin yekununda təşkilatçılar tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, tədbir turizm ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını, yeni dövrün tələblərinə cavab verən kommunikasiya vərdişlərini artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına töhfə vermək məqsədilə keçirilib. Məlumat üçün bildirək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir.

“AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.



Əlaqəli Xəbərlər

“AtaTravel”  turizm sahəsində PR-ın təşkilinə dair seminar keçirəcək

“AtaTravel” tələbələr üçün müsabiqə təşkil edir

“AtaTravel” tələbələr üçün müsabiqə təşkil edir

"AtaTravel" MMC "Baku Travel Bazaar 2017" tədbirində iştirak edib

"AtaTravel" Qurban bayramı ilə bağlı yeni və sərfəli turpaket hazırlayıb

“AtaTravel” aksiya keçirir

“AtaTravel” MMC “Şəmkir Excelsior Hotel” otelinə Yeni il turu təklif edir

“AtaTravel” MMC beynəlxalq sərgidə iştirak edib

“AtaTravel” MMC-nin sponsorluğu ilə “Nepaldan Papuaya” tədbiri keçiriləcək

“AtaTravel” MMC Şahdağa səyahət turu təklif edir

22 Noyabr 2017, 13:30 (GMT +4)
Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur 

22 Noyabr 2017, 13:23 (GMT +4)
Həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimatı keçirilib (FOTOLAR)

22 Noyabr 2017, 13:15 (GMT +4)
“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

22 Noyabr 2017, 13:07 (GMT +4)
ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

22 Noyabr 2017, 12:56 (GMT +4)
ABŞ hərbi təyyarəsi Sakit Okeanda qəzaya uğrayıb

22 Noyabr 2017, 12:43 (GMT +4)
DSK sədri Tahir Budaqov UNİCEF-in regional direktoru ilə görüşüb

22 Noyabr 2017, 12:34 (GMT +4)
Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir - Giorgi Marqvelaşvili

22 Noyabr 2017, 12:26 (GMT +4)
Bakıda FIFA-nın sammiti keçirilib (FOTOLAR)

22 Noyabr 2017, 12:18 (GMT +4)
Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir

22 Noyabr 2017, 12:11 (GMT +4)
57 milyon Uber istifadəçisinin şəxsi məlumatları oğurlanıb

22 Noyabr 2017, 11:59 (GMT +4)
"Gənclər arasında tolerantlığın və sülhsevər prinsiplərinin təbliğ edilməsi" adlı beynəlxalq konfrans keçirilib

22 Noyabr 2017, 11:52 (GMT +4)
Bakıda “In Touch” bank və pərakəndə ticarət texnologiyaları konfransı keçirilib

22 Noyabr 2017, 11:43 (GMT +4)
YAP-da gənclərin varlığı yeni ideyaların yaranması, yeni layihələrin həyata keçirilməsi deməkdir - deputat

22 Noyabr 2017, 11:30 (GMT +4)
ABŞ Dövlət Departamenti Ərdoğanın iddialarını gülünc adlandırıb

22 Noyabr 2017, 11:23 (GMT +4)
“Merkuri-1” gəmi-bərəsi təmir olunub

22 Noyabr 2017, 11:18 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun doğum günüdür

22 Noyabr 2017, 11:11 (GMT +4)
ABŞ və Rusiya prezidentlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

22 Noyabr 2017, 11:01 (GMT +4)
Kapital Bank “Şəffaf vergi partnyorluğu statusuna” layiq görülüb

22 Noyabr 2017, 10:55 (GMT +4)
“AzəriLayt”ın qiyməti 64 dollar/barrelə çatır

22 Noyabr 2017, 10:41 (GMT +4)
İİTKM növbəti Təcrübə Proqramını elan edib

22 Noyabr 2017, 10:26 (GMT +4)
Dağlıq Qarabağda mina partlayışı nəticəsində üç erməni hərbçi ölüb

22 Noyabr 2017, 10:24 (GMT +4)
“AtaBank” ASC-nin MasterCard kartları ilə xüsusi Endirimlərə-lərə sahib ol!

22 Noyabr 2017, 10:17 (GMT +4)
Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib

22 Noyabr 2017, 10:12 (GMT +4)
DİN Bakıda cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat keçirib (FOTO)

22 Noyabr 2017, 10:07 (GMT +4)
Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb

22 Noyabr 2017, 10:00 (GMT +4)
Rusiyada barıt zavodunda yanğın olub

22 Noyabr 2017, 09:55 (GMT +4)
Atəşkəs rejimi 138 dəfə pozulub

22 Noyabr 2017, 09:51 (GMT +4)
Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb

22 Noyabr 2017, 09:46 (GMT +4)
İraqda terror aktı: azı 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb

22 Noyabr 2017, 09:41 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66