Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

APA-nın 13 yaşı tamam olur

16 Noyabr 2017, 09:26 (GMT +4)

Bakı, 16 noyabr, SalamNews. "Azəri-Press" Agentliyinin (APA) fəaliyyətə başlamasından 13 il ötür.

SalamNews xəbər verir ki, "Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Agentlik həftənin bütün günləri hər altı dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.

Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət orqanları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Azərbaycanda nəşr olunan və yayımlanan əksər kütləvi informasiya vasitəsi APA-nın abunəçisidir. Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları da APA-nın abunəçisidir.

Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, İran, Gürcüstan, Mərkəzi Asiya, Fransa və ABŞ-da ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər. Agentliyin Avropa Şurasında ofisi var.

APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir.

"APA Economics"in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır.

“APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. “APA-Economics” Azərbaycana “renkinq mədəniyyətini” gətirdi desək, yanılmarıq. “APA-Economics”in tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının renkinqi hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox bank, sığorta şirkətlərinin rəhbər şəxsləri “APA-Economics”in tərtib etdiyi renkinqləri istinad mənbəyi kimi göstərir.

APA “Global Certfication Limited” şirkətinin “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb.

Agentlik 2012-ci ildən etibarən “APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.

SalamNews  İnformasiya Agentliyinin kollektivi də öz həmkarlarını təbrik edir!



Əlaqəli Xəbərlər

18 Yanvar 2018, 17:30 (GMT +4)
Ötən il Azərbaycanda 16 körpü və 15 piyada keçidi tikilərək istifadəyə verilib

18 Yanvar 2018, 17:22 (GMT +4)
Bakıda qaydaları pozan marşrut sürücüsü işdən qovulub

18 Yanvar 2018, 17:17 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

18 Yanvar 2018, 16:52 (GMT +4)
Suriya XİN: Türkiyənin hər hansı bir hərbi əməliyyatı ölkəyə hücum olaraq dəyərləndiriləcək

18 Yanvar 2018, 16:40 (GMT +4)
Rusiyada qaz sızması səbəbindən məktəb təxliyə olunub

18 Yanvar 2018, 16:26 (GMT +4)
Baş infeksionist: “Virus xəstəliklərinə qarşı qabaqlayıcı tədbirlər vacibdir”

18 Yanvar 2018, 16:08 (GMT +4)
Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

18 Yanvar 2018, 16:05 (GMT +4)
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

18 Yanvar 2018, 15:56 (GMT +4)
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

18 Yanvar 2018, 15:51 (GMT +4)
Bakı metrosunda işarəvermə avadanlıqları dəyişdirilir (FOTO)

18 Yanvar 2018, 15:46 (GMT +4)
Latviya, Litva və Estoniya Vestfaliya Sülh Mükafatının laureatı olublar

18 Yanvar 2018, 15:40 (GMT +4)
“Kaspersky Lab” casus proqram təminatı aşkar edib

18 Yanvar 2018, 15:33 (GMT +4)
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib

18 Yanvar 2018, 15:26 (GMT +4)
Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı qanun qəbul edilib

18 Yanvar 2018, 15:18 (GMT +4)
Dövlət İmtahan Mərkəzi işçi axtarır

18 Yanvar 2018, 15:15 (GMT +4)
Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüş keçirilib

18 Yanvar 2018, 15:12 (GMT +4)
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18 Yanvar 2018, 15:07 (GMT +4)
20 yanvarda qəhrəmanlıq göstərən azərbaycanlı dənizçilər haqqında film hazırlanıb

18 Yanvar 2018, 15:00 (GMT +4)
Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak edir

18 Yanvar 2018, 14:53 (GMT +4)
Yanvar-dekabrda dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb

18 Yanvar 2018, 14:48 (GMT +4)
Qazaxıstanda avtobusda 52 nəfərin ölməsi ilə nəticələnən yanğının səbəbi açıqlanıb

18 Yanvar 2018, 14:42 (GMT +4)
Külli miqdarda valyutanın qanunsuz yolla ölkədən çıxarılması cəhdinin qarşısı alınıb

18 Yanvar 2018, 14:37 (GMT +4)
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək

18 Yanvar 2018, 14:30 (GMT +4)
Nalbandyan simasını itirməmək, özünün təhlükəsizliyi üçün danışıqlara gedir - rusiyalı politoloq

18 Yanvar 2018, 14:22 (GMT +4)
SOCAR-AQŞ “Bulla”da yeni quyu qazır

18 Yanvar 2018, 14:16 (GMT +4)
Peskov: Putin yalanı və qeyri-peşəkarlığı sevmir

18 Yanvar 2018, 14:11 (GMT +4)
KXDR 12 minə qədər hərbçinin iştirakı ilə hərbi parad keçirəcək

18 Yanvar 2018, 14:02 (GMT +4)
Azərbaycan yığması FİFA reytinqində geriləyib

18 Yanvar 2018, 13:54 (GMT +4)
“Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar” mövzusunda tədbir keçirilib

18 Yanvar 2018, 13:46 (GMT +4)
Türkiyə Baş Qərargah rəisi Rusiyaya səfər edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66