Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

“Bakcell” Gəncədə 4G xidmətini təqdim edib

16 Noyabr 2017, 12:10 (GMT +4)

Bakı, 16 noyabr, SalamNews. Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “4G/LTE” xidmətini Gəncə şəhərində istifadəyə verib.

SalamNews xəbər verir ki, mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.

“Biz Gəncə şəhərində yaşayan “Bakcell” abunəçilərinə yüksək keyfiyyətli “4G/LTE” xidmətlərini təqdim etməkdən qürur hissi duyuruq. Artıq Bakı və Abşeron yarımadasının abunəçilərimizlə yanaşı, bizim Gəncədəki abunəçilərimiz də “Bakcell” şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli mobil internetdən yararlana biləcəklər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini ölkənin bölgələrində istifadəyə vermək vaxtıdır”, - deyə “Bakcell” şirkətinin baş icraçi direktoru Nikolai Bekers bildirib.

“Bakcell” şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s çatan sürəti dəstəkləyən “4G/LTE” texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar.

Hazırda “Bakcell” həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. “Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 manata təklif olunan 5 GB-lıq 4G internet paketidir.

"Bakcell"in 4G kommersiya təklifləri barədə daha ətraflı məlumatı https://suret.bakcell.com/en/offers/3g/smartfonlar_ucun səhifəsindən əldə etmək olar.

Bu gündən etibarən Gəncə şəhərində yaşayan “Bakcell” abunəçiləri şirkətin Müştəri Xidməti Mərkəzində 3G SIM-kartlarını pulsuz olaraq 4G SIM-kartlarına dəyişə bilərlər.
Bir müddət əvvəl “Bakcell” mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb.
Xatırladaq ki, 6 500-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub

Bakcell “ASAN Məktub”la uşaqların xəyallarını gerçəkləşdirməyə davam edir

Bakcell növbəti dəfə sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib

Bakcell korporativ müştərilər üçün “Ailə günü” tədbiri təşkil edib (FOTO)

“Bakcell” 16 bölgənin sakinlərinə 5Gb pulsuz 4G interneti verəcək

“Bank of Baku” və “Bakcell” “Ulduzum”la xaricə səyahət” lotereyasının qalibləri müəyyən edilib

“Bakcell” müştərilərinə sərfəli 4G xidməti təklif edir

"Neftçi"nin "Bakcell Arena"ya dönəcəyi tarix bəlli olub

"Bank of Baku" və "Bakcell Ulduzum"la xaricə səyahət lotereyasının qalibləri seçiləcək

“Mənim Bakcellim”: mobil nömrənizin balansını smartfondan idarə edin

“Bakcell” yenilənmiş mobil əlavəsini təqdim edib

“Bakcell”in 4G şəbəkəsinin üstünlükləri açıqlanıb

“Bakcell”in 4G şəbəkəsinin üstünlükləri açıqlanıb

“Bakcell” və “PwC Azərbaycan”ın birgə layihəsindən 100 uşaq bəhrələnib

“Bakcell” və “PwC Azərbaycan”ın birgə layihəsindən 100 uşaq bəhrələnib

Ulduzum: Bakcell Azərbaycanın ən geniş miqyaslı loyallıq proqramını həyata keçirir

“Bakcell”dən “İnstagram” istifadəçiləri üçün maraqlı müsabiqə

“Bakcell” “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək verir

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində 

“Bakcell”in dəstəyi ilə əlilliyi olan insanlar üçün innovativ 3D protezləri hazırlanacaq

23 Sentyabr 2018, 16:00 (GMT +4)
Kərbəla və Qarabağ şəhidləri anılıb

23 Sentyabr 2018, 13:25 (GMT +4)
ABAD iki yaşını qeyd edir (FOTOLAR)

23 Sentyabr 2018, 13:12 (GMT +4)
Yağışlı hava şəraiti ilə əlaqədar yollardakı vəziyyət açıqlanıb (FOTO, VİDEO)

23 Sentyabr 2018, 13:07 (GMT +4)
"Azərişıq" gücləndirilmiş iş rejimində çalışır

23 Sentyabr 2018, 13:00 (GMT +4)
Bakıya aylıq normadan artıq yağıntı düşüb

23 Sentyabr 2018, 12:51 (GMT +4)
Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 24-dək davam edəcək

23 Sentyabr 2018, 12:40 (GMT +4)
Bakıda palçıq vulkanında püskürmə baş verib (FOTO, VİDEO)

22 Sentyabr 2018, 16:54 (GMT +4)
Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

22 Sentyabr 2018, 16:40 (GMT +4)
Çin ABŞ-la yeni ticarət məsləhətləşmələrindən imtina edib

22 Sentyabr 2018, 16:23 (GMT +4)
Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

22 Sentyabr 2018, 16:10 (GMT +4)
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

22 Sentyabr 2018, 16:04 (GMT +4)
İran hərbi parad zamanı 21 ballistik raketini nümayiş etdirib (FOTO)

22 Sentyabr 2018, 15:54 (GMT +4)
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib

22 Sentyabr 2018, 15:39 (GMT +4)
Füzuli Dövlət Dram Teatrına ağır itki üz verib

22 Sentyabr 2018, 15:22 (GMT +4)
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

22 Sentyabr 2018, 15:05 (GMT +4)
Vladimir Putin Həsən Ruhaniyə başsağlığı verib

22 Sentyabr 2018, 14:55 (GMT +4)
Türkiyədə məktəblilərin olduğu avtobusun aşması nəticəsində 2 nəfər ölüb

22 Sentyabr 2018, 14:50 (GMT +4)
Müəllimə verilən dəyər yüksək olarsa, çətin açılan bağlı qapılar üçün açar tapmaq asanlaşar - Aygün Məcidova

22 Sentyabr 2018, 14:46 (GMT +4)
Beyləqanda yandırılmış ağaclarla bağlı polisə müraciət olunub

22 Sentyabr 2018, 14:40 (GMT +4)
İranda hərbi parad zamanı törədilən terrorda ölənlərin sayı 24-ə çatıb (VİDEO)

22 Sentyabr 2018, 14:35 (GMT +4)
İranda hərbi parada hücum edən terror qruplaşması müəyyənləşib

22 Sentyabr 2018, 14:15 (GMT +4)
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

22 Sentyabr 2018, 14:08 (GMT +4)
İrandan Əhvaz terror hücumuna ilk reaksiya: Məsuliyyəti Amerika və bölgədəki terrorçu himayədarları daşıyır

22 Sentyabr 2018, 13:55 (GMT +4)
Milli Məclisin deputatı AŞPA-nın Gürcüstanda keçirilən tədbirində iştirak edəcək

22 Sentyabr 2018, 13:47 (GMT +4)
Polis əməliyyat keçirdi, qanunsuz silah-sursat yığıldı

22 Sentyabr 2018, 13:30 (GMT +4)
“Caspian Energy Forum Baku– 2018” çərçivəsində 8 şirkət əməkdaşlıqla bağlı razılıq əldə edib 

22 Sentyabr 2018, 13:20 (GMT +4)
Azərbaycan Prezidenti Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

22 Sentyabr 2018, 13:16 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

22 Sentyabr 2018, 13:10 (GMT +4)
Azərbaycan XİN KTMT baş katibininin açıqlamasına münasibət bildirib

22 Sentyabr 2018, 12:53 (GMT +4)
Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66