Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənmək istəyir

17 Noyabr 2017, 12:36 (GMT +4)

Bakı, 17 noyabr, SalamNews. Rusiya Federasiyasının Belqorod Dövlət Milli Tədqiqat Universitetinin nümayəndə heyəti UNEC-də səfərdədir.

UNEC-in Marketinq və Kommunikasıya Departamentindən SalamNews-a verilən məlumata görə, UNEC rektoru, professor Ədalət Muradov qonaqlara universitetin inkişaf strategiyasının istiqamətlərini açıqlayıb. O bildirib ki, dünya səviyyəli universitetlər sırasında olmağı hədəfləyən UNEC, xaricdə filialı olan və dörd dildə təhsil verən yeganə Azərbaycan ali təhsil müəssisəsidir. Rektor UNEC-in QS-in “İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində regionun 161-170 ən yaxşı universiteti arasında qərarlaşdığını, iqtisadyönümlu universitetlər sırasında isə regionun 4-cü ən yaxşı universiteti olduğunu diqqətə çatdırıb. Ə.Muradov qonaqlara UNEC-də tətbiq edilən Elektron Universitet Modeli və Differensial Əməkhaqqı Sistemi barədə ətraflı məlumat verib.

UNEC-də yaradılan Rus İqtisad Məktəbində 9 ixtisas üzrə kadr hazırlığının həyata keçirildiyini bildirən rektor tələbələrin Rusiyanın nüfuzlu korporativ strukturlarında istehsalat təcrübəsinə göndərildiklərini diqqətə çatdırıb. UNEC-in qabaqcıl Rusiya universitetləri ilə əlaqələrinin müsbət istiqamətdə inkişafına diqqət çəkən rektor, yüksək keyfiyyətli rusdilli iqtisadçı kadrların hazırlanması üçün Rusiya federasiyasının digər universitetləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

UNEC-lə tanışlıqdan məmnunluğunu ifadə edən Belqorod Dövlət Milli Tədqiqat Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Vladislav Kuçmistıy universitetin beynəlxalq əlaqələr sahəsində əldə etdiyi uğurları müsbət dəyərləndirib. O, UNEC-in dünyanın tanınmış universitetləri ilə ikili diplom proqramı sahəsində uğurlu təcrübəsini yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Rus İqtisad Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbində keçirdiyi görüşlərdən söz açan V.Kuçmistıy UNEC tələbələrində çox yüksək akademik səviyyə müşahidə etdiyini diqqətə çatdırıb.

Görüşdə təhsil və elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qonaqlar UNEC təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildiriblər. Müzakirələrdən sonra tərəflər arasında elmi və tədris sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, tərəflər müəllim-tələbə mübadiləsi həyata keçirəcək, birgə yay və qış məktəbləri təşkil edəcəklər. O cümlədən elmi əməkdaşlığın qurulması və tədrisdə qabaqcıl metodların inkişafı istiqamətində birgə addımlar atılacaq, elmi seminar və konfranslar təşkil olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC haqqında 10 mühüm fakt açıqlanıb

UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Peşəkar ekspertin araşdırması “UNEC Ekspert”də dərc edilib

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

Universitetlərarası yarış – hər 3 yerin qalibi UNEC tələbələridir

UNEC-in “Məzun Günü” keçirilib

UNEC beynəlxalq reytinqdə ölkə birincisidir

UNEC-də “Məzun Günü” keçiriləcək

“UNEC-də bir gün” layihəsi davam edir

UNEC-in tələbəsi beynəlxalq elmi müsabiqənin qalibi olub

UNEC təmsilçiləri iki yüzdən çox məktəbə səfər ediblər

Ən yüksək bal toplayan abituriyentlər UNEC-in layihəsində iştirak ediblər

Azadlıqdan məhrum edilən şəxs UNEC-in əməkdaşı deyil

UNEC-də “Açıq qapı” günü keçirilib (FOTO)

Gürcüstandakı azərbaycanlılar UNEC-i seçir

UNEC-in tələbəsi yaradıcılıq müsabiqəsinin qalibi olub

UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib

UNEC-də “Sosial biznes və sahibkarlıq” proqramının final mərhələsi keçirilib

21 İyul 2018, 13:00 (GMT +4)
700 bal toplayan paytaxt məktəblilərinin adları açıqlanıb

21 İyul 2018, 12:45 (GMT +4)
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

21 İyul 2018, 12:20 (GMT +4)
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

21 İyul 2018, 12:02 (GMT +4)
Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

21 İyul 2018, 11:45 (GMT +4)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21 İyul 2018, 11:25 (GMT +4)
Ötən günün cinayət statistikası açıqlanıb

21 İyul 2018, 11:04 (GMT +4)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

21 İyul 2018, 10:38 (GMT +4)
Milli Məclisin deputatları Latviyaya gedir

21 İyul 2018, 10:16 (GMT +4)
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar

21 İyul 2018, 10:03 (GMT +4)
"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib

21 İyul 2018, 10:02 (GMT +4)
Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

20 İyul 2018, 18:06 (GMT +4)
“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda müzakirələr aparılıb

20 İyul 2018, 18:00 (GMT +4)
İlahiyyat İnstitutunda seminar keçirilib

20 İyul 2018, 17:50 (GMT +4)
Zakir Qaralov Oğuzda 6 rayonun sakinləri ilə görüşəcək

20 İyul 2018, 17:44 (GMT +4)
"İnter Arena" stadionunun adı dəyişdirilib

20 İyul 2018, 17:41 (GMT +4)
Dövlət qulluğuna qəbul üçün müsahibələrin nəticələri açıqlanıb

20 İyul 2018, 17:36 (GMT +4)
İstirahət günlərinin hava proqnozu açıqlanıb

20 İyul 2018, 17:19 (GMT +4)
I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

20 İyul 2018, 17:13 (GMT +4)
Bakı sakinləri səyahət üçün Türkiyəni seçir (SORĞU)

20 İyul 2018, 17:05 (GMT +4)
ETSN-də 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirilib

20 İyul 2018, 16:57 (GMT +4)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

20 İyul 2018, 16:40 (GMT +4)
Azərbaycan və Fransa prezidentləri arasında görüş olub (FOTOLAR)

20 İyul 2018, 16:32 (GMT +4)
"BakuBus" avtobuslarının gecikmə ilə hərəkət etməsinə aydınlıq gətirib

20 İyul 2018, 16:23 (GMT +4)
Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

20 İyul 2018, 16:20 (GMT +4)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşlarla görüşüb 

20 İyul 2018, 16:10 (GMT +4)
Azərbaycanla Belçika arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib

20 İyul 2018, 16:07 (GMT +4)
“Coca-Cola” Qafqaz regionu üzrə yeni direktor təyin edib

20 İyul 2018, 16:00 (GMT +4)
AAF-nin prezidenti jurnalistləri peşə bayramları münasibətilə təbrik edib

20 İyul 2018, 15:50 (GMT +4)
"CinemaPlus Amburan Mall"da "Kilimancara" filminin premyera öncəsi nümayişi keçirilib

20 İyul 2018, 15:43 (GMT +4)
Uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66