Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

3 ölkənin səfiri ADU-da olub (FOTOLAR)

17 Noyabr 2017, 17:16 (GMT +4)

Bakı, 17 noyabr, SalamNews. Noyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Argentina Respublikasının ölkəmizdəki səfiri Karlos Dante Riva ilə görüşüb.

ADU-nun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Argentina səfirliyinin nümayəndələrinin universitet tələbələri üçün xüsusi kurslar təşkil etdiklərini deyən K.Abdulla buna görə səfirə təşəkkür edib.

Rektor əməkdaşlıq üçün bir çox sahələrin mövcud olduğunu söyləyib: “Arzu edirik ki, Argentina universitetləri ilə də əməkdaşlıq edək. Bu işdə sizin köməyinizə ehtiyacımız var”. Rektor əlavə edib ki, ADU tələbələrinin Argentinaya xüsusi rəğbəti var və bu mövqedən çıxış edərək müştərək işlər görmək olar. Cənubi Amerika universitetləri ilə əlaqələrin demək olar ki, olmadığını bildirən rektor səfirdən ölkəsində ADU-ya tərəfdaş universitet tapmağı xahiş edib. Onun sözlərinə görə, həmin universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi, ADU-da isə Argentina mədəniyyət mərkəzinin yaradılması birbaşa əlaqələrin inkişafına gətirib çıxara bilər. Rektor həmçinin dünyanın 17 universitetində tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin Argentina universitetlərindən birində də tədris edilməsini təklif edib.

Öz növbəsində səfir K.D.Riva universitetlərin ölkələrarası münasibətlərin inkişafında rolundan danışıb. O, bildirib ki, ölkəsindəki müxtəlif turizm şirkətləri Argentinadan Azərbaycana turist gətirmək istəyir. Onların ispan dilini bilən bələdçi və tərcüməçilərə ehtiyacı var ki, bu da həm ADU-nun məzunları, həm də tələbələri üçün yeni iş yerləri deməkdir.

ADU-ya dəstək verməyə hazır olduğunu deyən səfir ölkəsinin Xarici İşlər İnstitutunun göndərdiyi müxtəlif mövzularda kitabları rektora hədiyyə edib. O, bildirib ki, Argentinada sırf dillər universiteti olmasa da, müxtəlif dilləri tədris edən ali təhsil müəssisələri var: “Çalışacağam ki, Buenos-Ayres Universitetini əməkdaşlığa cəlb edim. Bizim fikrimizcə, qapılar təkcə Azərbaycana yox, bütün regiona açılmalıdır. Düşünürəm ki, Azərbaycan Argentinanın strateji tərəfdaşına çevrilməlidir. Çalışacağam ki, sizə uyğun universitetlər tapım”.

Səfir rektor K.Abdullanın dəvətini qəbul edərək universitetin “Səfir saatı” layihəsi çərçivəsində məmnuniyyətlə mühazirə oxuyacağını deyib.

Sonda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı hədiyyə olunub.

Rektorun daha bir görüşü Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Mixael Kindsqrabla olub. Bu yaxınlarda ADU-da almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunmuş tədbir keçirildiyini deyən rektor qarşıda duran planlardan söz açıb. O, bildirib ki, yaxın gələcəkdə ADU-da Germanistika İntsitutunun açılması planlaşdırılır: “Ümid edirəm ki, burada germanistikanın böyük perspektivləri olacaq”. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” dastanlarının müştərək tədqiqi layihəsi barədə də danışan K.Abdulla bu layihənin Germanistika İntsitutu çərçivəsində genişləndirilmiş şəkildə davam edəcəyinə ümidvar olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür layihələr xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Öz növbəsində səfir M.Kindsqrab əlaqələrin dərin köklərə malik olduğunu bildirib. Universitetlərlə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan diplomat ADU ilə əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

Daha sonra ADU-nun Alman oxu zalının təşkilatçılığı ilə səfir Mixael Kindsqrab “Səfir saatı” layihəsi çərçivəsində universitetin professor-müəllim və tələbə heyəti ilə görüşüb.

Qonağı iştirakçılara təqdim edən Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Səfir M.Kindsqrab “Almanların Azərbaycanda 200 illik yerləşməsi və turizm” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Səfir saatı” layihəsi üzrə daha bir görüş İtalyan dili mərkəzinin təşkilatçılığı ilə İtaliyanın Azərbaycandakı səfiri cənab Auqusto Massarinin iştirakı ilə keçirilib.

“Multikulturalizmə çağırışda italyan və Avropa kimliyi: Azərbaycan təcrübəsi ilə müqayisə” mövzusunda çıxış edən səfir Azərbaycandakı multikulturalizm ideyalarının inkişafı haqqında öz fikirlərini bölüşüb, müxtəlif din və millətlərə mənsub olan insanların burada sülh şəraitində, mehriban yaşadığnı bildirib.

Həmçinin italyan dili ixtisas ıüzrə təhsil alan II kurs tələbələri Sevda Abbasova, Surə Abasova və Mədinə Hüseyn “Azərbaycanda multikulturalizm” mövzusunda hazırladıqları təqdimatı səfir və qonaqlara təqdim ediblər.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ADU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib (SİYAHI)

ADU-nun Belarusla əlaqələri genişlənir

ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb

ADU-da “20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi” mövzusunda dəyirmi masa keçirilib

ADU-da mediatur təşkil olunub

ADU-da payız imtahan sessiyasına start verilib

ADU-da ulu öndərin 95 illiyinə həsr edilən elmi konfrans keçiriləcək

ADU-da ümummilli lider Heydər Əliyev anılıb

ADU rəhbərliyi DTX-nın “Şöhrət” muzeyini ziyarət edib (FOTOLAR)

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

ADU-nun rektoru Kamal Abdulla ABŞ səfiri ilə görüşüb

ADU ilə Rusiyanın bir neçə universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb 

Tanınmış jurnalistlər ADU tələbələri ilə görüşüb

Almaniyalı alimə ADU-nun dəvətli professoru adı verilib 

Tolerantlıq iğtişaşları sülhə aparan əsas amildir - ADU-nun dekanı

SABAH İcra Komitəsinin rəhbəri ADU tələbələri ilə görüşüb

ADU-da fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib

ADU-nun rektoru İspaniyanın müvəqqəti işlər vəkili ilə görüşüb

ADU-nun rektoru Perunun müvəqqəti işlər vəkili ilə görüşüb

XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri ADU-da tələbələrlə görüşüb

25 Aprel 2018, 18:09 (GMT +4)
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

25 Aprel 2018, 18:00 (GMT +4)
Sahibkarlar tikinti prosedurlarının sadələşdirliməsindən razıdırlar 

25 Aprel 2018, 17:53 (GMT +4)
Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

25 Aprel 2018, 17:50 (GMT +4)
"Whatsap"a yaş məhdudiyyəti tətbiq ediləcək

25 Aprel 2018, 17:45 (GMT +4)
Məhkəmə qərarlarının icrası prosesinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib

25 Aprel 2018, 17:41 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

25 Aprel 2018, 17:36 (GMT +4)
“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti

25 Aprel 2018, 17:30 (GMT +4)
Ülviyyə Heydərova “Next Stage Europe 2018” festivalına dəvət alıb

25 Aprel 2018, 17:24 (GMT +4)
İkinci Dünya müharibəsi ilə bağlı birdəfəlik maddi yardım 11 193 nəfərə şamil olunacaq

25 Aprel 2018, 17:10 (GMT +4)
Türkiyə, Rusiya və İranın XİN başçıları Moskvada görüşəcək

25 Aprel 2018, 16:58 (GMT +4)
Zakir Həsənov Çinə gedir

25 Aprel 2018, 16:45 (GMT +4)
Yerevanın mərkəzinə xüsusi texnika yeridildi

25 Aprel 2018, 16:33 (GMT +4)
Alonso: Azərbaycanda mümkün qədər çox xal toplamağa çalışacağıq

25 Aprel 2018, 16:20 (GMT +4)
İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək

25 Aprel 2018, 16:12 (GMT +4)
Rusiya Türkiyə üçün S-400 istehsalına başlayıb

25 Aprel 2018, 16:01 (GMT +4)
Ərdoğan: Seçkilərindən sonra ilk rəsmi səfərimi Azərbaycana edəcəm

25 Aprel 2018, 15:53 (GMT +4)
Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25 Aprel 2018, 15:45 (GMT +4)
Bütün təhlillər göstərir ki, son illərdə gənc kadrlar daha çox irəli çəkilir - MirHəsən Seyidov 

25 Aprel 2018, 15:36 (GMT +4)
Azərbaycanın müdafiə naziri Çinə rəsmi səfər edəcək

25 Aprel 2018, 15:28 (GMT +4)
FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyini açıqlayıb

25 Aprel 2018, 15:17 (GMT +4)
Ankarada prezidentlərin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib

25 Aprel 2018, 15:16 (GMT +4)
“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm” konfransı keçirilib

25 Aprel 2018, 15:03 (GMT +4)
"BakuBus" H1 avtobusundan istifadə edən sərnişinlərə müraciət edib

25 Aprel 2018, 14:53 (GMT +4)
Göygöldə hər gün 20-dən çox xəstə dializ olunur

25 Aprel 2018, 14:45 (GMT +4)
Ermənistanlı nazir istefa verib, idmançıları xalqa qoşulmağa səsləyib

25 Aprel 2018, 14:30 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyinə yeni mətbuat katibi təyin edilib

25 Aprel 2018, 14:21 (GMT +4)
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

25 Aprel 2018, 14:12 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

25 Aprel 2018, 14:06 (GMT +4)
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

25 Aprel 2018, 13:54 (GMT +4)
STP beynəlxalq sərgidə iştirak edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66