Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib

20 Noyabr 2017, 18:08 (GMT +4)

Bakı, 20 noyabr, SalamNews, A.Bayramova. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” movzusunda konfrans keçirilib. NGBM İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Z.Lagumdzija NGBM-in fəaliyyəti barədə danışıb. O qeyd edib ki, Mərkəz fəailiyyət göstərdiyi 5 il ərzində dünyanın müxtəlif ölkələrindən onlarla nüfuzlu ictimai-siyasi xadimi öz sıralarında birləşdirib, təşkilatın keçirdiyi forumlarda yüzlərlə sabiq prezident, baş nazir və nazirlər iştirak edib. “Balkanların Avropa gələcəyi” movzusunda keçirilən bu günkü toplantının  isə VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıdığını bildirən sabiq Baş nazir gələn il baş tutacaq Forumda bu mövzunun geniş müzakirə ediləcəyini vurğulayib.

Sonra Bosniya və Herseqovinanın Prezidentliyinin üzvü Bakir İzzetbegovic çıxış edərək, belə toplantılara və dialoqa çox böyük ehtiyac olduğu bir vaxtda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkldaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra konfransda  Bosniya və Herseqovina Baş nazirinin müavini Mirko Sarovic, Sarayevo şəhərinin meri Abdulah Skaka, Serbiyanin xarici işlər naziri İvica Dacic, Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic, Makedoniyanin keçmiş dövlət və hökumət başçısı olmuş Branko Crvenkovski və başqaları çıxış edib. Konfransda Bakanların Avropaya inteqrasiyası ilə bağlı mövcud problemlər və onların həll yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

Konfransda Çex Respublikasının sabiq Baş naziri Jan Fischer, Dunya Bankının sabiq vitse-prezidenti və İsveçrənin keçmiş xarici işlər naziri Mats Karlson, ABŞ Xarici Əlaqələr Milli Komissiyasının rəhbəri, ABŞ-ın BMT-dəki sabiq səfiri Rosemary Di Carlo və digər ictimai-siyasi xadimlər iştirak edir. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Dekabr 2018, 10:34 (GMT +4)
Strasburqda silahlı hücum törədən şəxs zərərsizləşdirilib

14 Dekabr 2018, 10:25 (GMT +4)
KOBİA-nın nümayəndələri Rusiyada səfərdədir

14 Dekabr 2018, 10:17 (GMT +4)
Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

14 Dekabr 2018, 10:04 (GMT +4)
SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

14 Dekabr 2018, 09:56 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

14 Dekabr 2018, 09:45 (GMT +4)
DİN: Ötən gün 99 cinayət faktı qeydə alınıb

14 Dekabr 2018, 09:45 (GMT +4)
Husilər Yəmən sülh danışıqlarının nəticələrinə münasibət bildiriblər

14 Dekabr 2018, 09:38 (GMT +4)
Atəşkəs rejimi 26 dəfə pozulub

14 Dekabr 2018, 09:30 (GMT +4)
UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub

14 Dekabr 2018, 09:19 (GMT +4)
ABŞ Konqresi Kaşıkçının ölümündə rəsmən Bin-Salmanı təqsirli bilib

14 Dekabr 2018, 09:15 (GMT +4)
ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyi təsdiqlənib

14 Dekabr 2018, 09:10 (GMT +4)
Vüqar Şixəmmədov yüksək vəzifəyə təyin edilib

14 Dekabr 2018, 09:01 (GMT +4)
Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edilib

13 Dekabr 2018, 18:10 (GMT +4)
“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib

13 Dekabr 2018, 18:06 (GMT +4)
Gənclər Fondu müsabiqənin nəticəsini elan edib

13 Dekabr 2018, 17:50 (GMT +4)
QDİƏT-ə sədrlik Azərbaycandan Bolqarıstana keçəcək

13 Dekabr 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan  məzənnəsi açıqlanıb

13 Dekabr 2018, 17:38 (GMT +4)
Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

13 Dekabr 2018, 17:30 (GMT +4)
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

13 Dekabr 2018, 17:22 (GMT +4)
Britaniya Küveytdə hərbi qərargah inşa etməyə başlayır

13 Dekabr 2018, 17:21 (GMT +4)
Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

13 Dekabr 2018, 17:18 (GMT +4)
İtaliya Senatında Azərbaycanla bağlı kitabın təqdimatı olub (FOTO)

13 Dekabr 2018, 17:12 (GMT +4)
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib

13 Dekabr 2018, 17:06 (GMT +4)
Beynəlxalq iqtisadi biliklər Azərbaycana gətirilir

13 Dekabr 2018, 16:59 (GMT +4)
"Azər-Türk Bank" ödəniş kartları ilə bağlı yeni kampaniya keçirir

13 Dekabr 2018, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib

13 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti iclası keçirilib

13 Dekabr 2018, 16:40 (GMT +4)
Sumqayıt Texnologiyalar Parkı Danimarkaya alüminium profillər ixrac edib

13 Dekabr 2018, 16:37 (GMT +4)
Yəmənlə bağlı sülh danışıqları bitib – Nəticələr açıqlanıb

13 Dekabr 2018, 16:35 (GMT +4)
AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66