Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

SalamNews-un əməkdaşı Gənclərin Dostu Milli Mükafatına layiq görülüb (FOTOLAR)

21 Noyabr 2017, 12:38 (GMT +4)

Bakı, 21 noyabr, SalamNews. Bakıda Gənclər Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Dostu" Milli Mükafatının təqdimat mərasimi keçirilib.

SalamNews xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar o cümlədən KİV nümayəndələri iştirak ediblər.

Mərasim dövlət himninin oxunması ilə başlayıb. Mərasimdə ilk öncə çıxış edən mükafatın təşkilat komitəsinin koordinatoru Anar Sarıyev bildirib ki, artıq onuncu ildir ki, "Gənclərin Dostu" Milli Mükafatı öz sahiblərinə təqdim edilir.

Qeyd olunub ki, Azərbaycanın gənclər siyasəti dünyada örnək və uğurlu model kimi qəbul olunur. Prezident İlham Əliyevin son 10 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstərişləri bunun bariz nümunəsidir. Ölkədə gənclərlə bağlı görülən bütün işlər dövlətin bu sahəyə olan qayğısının birbaşa Prezidentin nəzarətindən kənarda olmadığını göstərir və Prezidentin də bu işdə nə dərəcədə maraqlı olduğunu sübut edir.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov bildirib ki, Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda Ulu öndər Heydər Əliyev Bakıya gələrək xilaskarlıq missiyasını yerinə yetirdi:  "Amma ilk növbədə Ulu öndərimiz Naxçıvanı xilas etdi. 1990-cı illərin əvvəlində Bakıda təzyiqlərlə üzləşən Heydər Əliyev Naxçıvana pənah  gətirdi. Mən deyərdim ki, bu əslində Naxçıvanın şansı idi. Həmin dövrlərdə  Azərbaycanın əleyhdarlarının tərtib etdiyi planda təkcə Dağlıq Qarabağın yox, eyni zamanda Naxçıvanın da işğal edilməsi  nəzərdə tutulmuşdu. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi bu ərazinin də işğal edilməsinin qarşısını aldı. Ulu öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın Azərbaycanın  müstəqilliyinin  dönməzliyinin təmin olunması kimi arzusu yerinə yetdi.".

Daha sonra çıxış edən millət vəkilləri Hadı Rəcəbli, Adil Əliyev, Musa Urud, Qənirə Paşayeva, Jalə Əliyevə Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərdən söz açıblar. Bildirilib ki, vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.

Çıxışlardan sonra "Gənclərin Dostu" Milli Mükafatı öz sahiblərinə təqdim olunub. Mükafat alanlar arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da olub. 

Qeyd edək ki, "Gənclərin Dostu" Milli Mükafatı bir qrup millət vəkillərinə, gənc fəallara, ictimaiyyət xadimlərinə o cümlədən bir sıra jurnalistlərə verilib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 İyun 2018, 18:09 (GMT +4)
İsmayıllıda avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayrılıb

20 İyun 2018, 18:01 (GMT +4)
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılışı olub

20 İyun 2018, 17:50 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

20 İyun 2018, 17:43 (GMT +4)
DİN ətrafı zibilləyən 206 fiziki və hüquqi şəxsi cərimələyib

20 İyun 2018, 17:32 (GMT +4)
Bakcell sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib

20 İyun 2018, 17:19 (GMT +4)
SOCAR Estoniya ofisini bağlayacaq

20 İyun 2018, 17:06 (GMT +4)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

20 İyun 2018, 16:56 (GMT +4)
Yıldırım: İraqın şimalı PKK terrorçularından  təmizlənəcək

20 İyun 2018, 16:54 (GMT +4)
Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

20 İyun 2018, 16:34 (GMT +4)
“Nar” 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20 İyun 2018, 16:23 (GMT +4)
Türkiyədə hərbçilərə hücum edilib, ölən və yaralananlar var

20 İyun 2018, 16:10 (GMT +4)
Xarici işlər naziri Elmar Məmmədyarov Belarusa səfər edəcək

20 İyun 2018, 16:03 (GMT +4)
AQTA idxal-ixrac əməliyyatları ilə bağlı tələbləri açıqlayıb

20 İyun 2018, 15:57 (GMT +4)
Erməni nazir ilə Aİ rəsmisi Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

20 İyun 2018, 15:44 (GMT +4)
Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

20 İyun 2018, 15:30 (GMT +4)
ABŞ kosmosa silah çıxarmaq istəyir - Rusiya XİN

20 İyun 2018, 15:23 (GMT +4)
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub

20 İyun 2018, 15:12 (GMT +4)
Estetik lazer texnologiyaları mövzusunda konfrans keçiriləcək

20 İyun 2018, 15:03 (GMT +4)
İndoneziyada gəmi qəzası: itkin düşənlərin sayı 180 nəfərə çatıb

20 İyun 2018, 14:55 (GMT +4)
Göyçayda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur (VİDEO)

20 İyun 2018, 14:29 (GMT +4)
Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkəsi hazırlanıb

20 İyun 2018, 14:17 (GMT +4)
Azərbaycan Vyetnamla Protokol imzalayıb

20 İyun 2018, 14:10 (GMT +4)
Cənubi Koreya ÇXR və KXDR liderlərinin görüşünü yüksək qiymətləndirir

20 İyun 2018, 14:05 (GMT +4)
Zakir Həsənov: Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir

20 İyun 2018, 13:57 (GMT +4)
"Taliban" Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə hücum edib, ölənlər var 

20 İyun 2018, 13:46 (GMT +4)
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

20 İyun 2018, 13:39 (GMT +4)
FHN Lerik sakininin göldə batması barədə məlumat yayıb

20 İyun 2018, 13:26 (GMT +4)
Azərbaycan Next Stage Europe 2018 beynəlxalq festivalında təmsil olunub

20 İyun 2018, 13:18 (GMT +4)
Maliyyə Nazirliyi ARPA ilə birgə qanuna dəyikliklə bağlı tədbir keçirib

20 İyun 2018, 12:55 (GMT +4)
Sabah paytaxtda 32 dərəcə isti olacağı gözlənilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66