Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksinin açılış mərasimi keçirilib

23 Noyabr 2017, 16:52 (GMT +4)

Bakı, 23 noyabr, SalamNews. AMEA biliklər iqtisadiyyatı quruculuğu istiqamətində islahatlarını uğurla davam etdirir. Son illər Akademiyada innovasiya fəaliyyətinin effektiv mexanizm və siyasətinin qurulması üçün dünya təcrübəsi öyrənilib, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması yönündə mühüm işlər görülüb.

SalamNews xəbər verir ki, noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında (“YT Park”) AMEA və Böyük Britaniyanın “Millers Oils LTD” şirkətinin birgə təsis etdiyi “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksinin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA “YT Park”ın yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamını xatırladıb. Akademik bildirib ki, bu sənəd müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin inkişaf etdirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin qurulmasına xidmət edir. Qeyd edib ki, AMEA Sərəncamdan irəli gələrək sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “YT Park”ın ərazisində müvafiq infrastruktur yaradıb.

AMEA rəhbəri “Millers Oils LTD” şirkəti ilə əlaqələri yüksək qiymətləndirdiyini deyib. Birgə əməkdaşlığın elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Akademik Akif Əlizadə çıxışında Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrinin mühüm istiqamətlərindən danışaraq AMEA-nın qarşısına Milli iqtisadiyyat perspektivi üzrə, o cümlədən kimya məhsulları da daxil olmaqla neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın, telekommunikasiya, informasiya texnologiyaları və digər sahələrin inkişafına dair əsas hədəflərin müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, hazırda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır. Məhz “Millers Oils Azerbaijan” MMC-nin təsis edilməsi də Akademiyanın bu fəaliyyətə yönəlmiş növbəti addımıdır.

Sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Krofts çıxış edib. Böyük Britaniyanın Azərbaycanla münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu deyən diplomat hər iki ölkə arasında əlaqələrin 25 ildir ki, uğurla davam etdiyini vurğulayıb. Kerol Krofts Britaniya şirkətlərinin Azərbaycanda ən fəal investisiya yatırıcılarından olduğunu qeyd edib. Səfir “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksində görülən işlərin məmnunluq doğurduğunu bildirib, şirkətə gələcək fəaliyyətində uğurlar diləyib.

Tədbirdə “Millers Oils LTD” şirkətinin icraçı direktoru Cemi Rayn təmsil etdiyi şirkət haqqında məlumat verib. Bildirib ki, Birləşmiş Krallığın 130 illik tarixə malik nüfuzlu şirkətlərindən olan “Millers Oils LTD” “Millers oils Azerbaijan” MMC-nin təsisçilərindəndir. Qeyd edib ki, şirkət dünyada tanınan premium klass mühərrik yağlarının istehsalı ilə məşğuldur. Cemi Rayn “Millers oils Azerbaijan” MMC-nin təsis edilməsində əsas məqsədin dünya standartlarına cavab verən neft məhsullarının istehsalını artırmaq olduğunu deyib. Onu da əlavə edib ki, bu sahədə ölkənin təlabatını qarşılamaq, həmçinin Azərbaycan vasitəsilə Şərq, Orta Asiya bazarında istehsal etdikləri mühərrik yağlarını tanıtmaq şirkətin əsas hədəflərindəndir. Cemi Rayn gələcəkdə AMEA ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. “YT Park”da rezidentlər üçün yaradılan şəraitdən məmnun qaldığını vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev çıxış edərək ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasından, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsində dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, elmin kommersiyalaşdırılması sahəsində AMEA-da həyata keçirilən islahatlardan danışıblar. Natiqlər şirkətin kollektivini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə, həmçinin “Millers Oils LTD” nin icraçı direktoru Cemi Rayna AMEA “YT Park”ın rezident şəhadətnaməsi və diplomu təqdim edilib.

Daha sonra rəmzi açılışı bildirən qırmızı lent kəsilib. Qonaqlar “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksində yüksək texnoloji keyfiyyətlərə malik mühərrik yağlarının istehsalı üçün nəzərdə tutulan sahə və ofis kompleksi ilə yaxından tanış olublar. Bundan başqa, “YT Park”ın fəaliyyəti, rezidentləri və onların istehsal edəcəkləri məhsullar haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb.



Əlaqəli Xəbərlər

AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

AMEA: Palçıq vulkanlarının 21%-dən çoxunun sahəsində neft ayrılmaları var

AMEA-nın magistrantları 317 fənn üzrə imtahan verəcəklər

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın “Science City” yaşayış kompleksi üçün xüsusi ödəniş qaydaları müəyyənləşib

AMEA-da Orfoqrafiya Komissiyasının iclası keçirilib

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

AMEA ilə Əlcəzair Elm və Texnologiyalar Akademiyası arasında əlaqələr genişləndirilir

AMEA elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir

AMEA-da biznes fəaliyyəti prioritet istiqamətlərdəndir

AMEA-da bütün magistrantlar işlə təmin olunur - Akif Əlizadə

AMEA-da elmi jurnalistikanın inkişafı müzakirə edilib

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyi AMEA-da qeyd olunacaq

AMEA tərcüməçi axtarır

LDU AMEA-nın Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA və Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq əlaqələri genişlənir

AMEA-nın bir qrup əməkdaşına mənzil verilib

AMEA-da Lütfi Zadə ilə vida mərasimi başlayıb (FOTOLAR)

18 Yanvar 2018, 15:56 (GMT +4)
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

18 Yanvar 2018, 15:51 (GMT +4)
Bakı metrosunda işarəvermə avadanlıqları dəyişdirilir (FOTO)

18 Yanvar 2018, 15:46 (GMT +4)
Latviya, Litva və Estoniya Vestfaliya Sülh Mükafatının laureatı olublar

18 Yanvar 2018, 15:40 (GMT +4)
“Kaspersky Lab” casus proqram təminatı aşkar edib

18 Yanvar 2018, 15:33 (GMT +4)
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib

18 Yanvar 2018, 15:26 (GMT +4)
Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı qanun qəbul edilib

18 Yanvar 2018, 15:18 (GMT +4)
Dövlət İmtahan Mərkəzi işçi axtarır

18 Yanvar 2018, 15:15 (GMT +4)
Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüş keçirilib

18 Yanvar 2018, 15:12 (GMT +4)
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18 Yanvar 2018, 15:07 (GMT +4)
20 yanvarda qəhrəmanlıq göstərən azərbaycanlı dənizçilər haqqında film hazırlanıb

18 Yanvar 2018, 15:00 (GMT +4)
Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak edir

18 Yanvar 2018, 14:53 (GMT +4)
Yanvar-dekabrda dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb

18 Yanvar 2018, 14:48 (GMT +4)
Qazaxıstanda avtobusda 52 nəfərin ölməsi ilə nəticələnən yanğının səbəbi açıqlanıb

18 Yanvar 2018, 14:42 (GMT +4)
Külli miqdarda valyutanın qanunsuz yolla ölkədən çıxarılması cəhdinin qarşısı alınıb

18 Yanvar 2018, 14:37 (GMT +4)
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək

18 Yanvar 2018, 14:30 (GMT +4)
Nalbandyan simasını itirməmək, özünün təhlükəsizliyi üçün danışıqlara gedir - rusiyalı politoloq

18 Yanvar 2018, 14:22 (GMT +4)
SOCAR-AQŞ “Bulla”da yeni quyu qazır

18 Yanvar 2018, 14:16 (GMT +4)
Peskov: Putin yalanı və qeyri-peşəkarlığı sevmir

18 Yanvar 2018, 14:11 (GMT +4)
KXDR 12 minə qədər hərbçinin iştirakı ilə hərbi parad keçirəcək

18 Yanvar 2018, 14:02 (GMT +4)
Azərbaycan yığması FİFA reytinqində geriləyib

18 Yanvar 2018, 13:54 (GMT +4)
“Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar” mövzusunda tədbir keçirilib

18 Yanvar 2018, 13:46 (GMT +4)
Türkiyə Baş Qərargah rəisi Rusiyaya səfər edib

18 Yanvar 2018, 13:30 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

18 Yanvar 2018, 13:23 (GMT +4)
Azər Türk Bankın aktivləri açıqlanıb

18 Yanvar 2018, 13:16 (GMT +4)
Rusiya Çinə S-400 zenit-raket sistemlərinin tədarükünə başlayıb

18 Yanvar 2018, 12:58 (GMT +4)
Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır - Azərbaycan MN

18 Yanvar 2018, 12:54 (GMT +4)
Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub

18 Yanvar 2018, 12:49 (GMT +4)
DİN Sarayda törədilən qətllə bağlı məlumat yayıb

18 Yanvar 2018, 12:43 (GMT +4)
Balakəndə piyadanı vuraraq qaçan sürücü tutulub

18 Yanvar 2018, 12:39 (GMT +4)
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66