Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənovun kitabının Astanada təqdimatı keçirilib

28 Noyabr 2017, 18:09 (GMT +4)

Bakı, 28 noyabr, SalamNews. Noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qazax dilinə tərcümə olunmuş “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” kitabının təqdimatı keçirilib.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən kitabın ön sözünün müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Əli Həsənovun Qazaxıstanın geniş oxucu kütləsinə təqdim edilən bu kitabının elmi və siyasi baxımdan böyük əhəmiyyətinin olduğunu bildirib. O deyib ki, müəllif əsərdə bilavasitə Qazaxıstanın da aid olduğu Xəzər hövzəsi regionunu tədqiq edir. Kitab qazax tədqiqatçılar, siyasətçilər və diplomatlar üçün faydalı elmi vəsaitdir.

Beynəlxalq Türk Akademiyasının prezidenti vurğulayıb ki, müəllif əsəri sadəcə Azərbaycan prizmasından deyil, regional kontekstdən çıxış edərək obyektiv əsaslandırmalarla yazıb. Bu da əsərin əhəmiyyətini daha da artırıb və onu beynəlxalq tədqiqatçılar, o cümlədən Qazaxıstandan olan oxucular üçün maraqlı edib.

Kitabın bütün fəsillərində Avrasiya coğrafiyasının əsas komponentlərindən biri kimi Qazaxıstanın da daxil olduğu Xəzər hövzəsi regionunun təhlükəsizlik və sabitlik məsələləri əksini tapıb. Bu baxımdan, əsərin ilk dəfə olaraq qazax dilində də işıq üzü görməsi təqdirəlayiq hesab oluna bilər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır. Eyni zamanda, transmilli dünya güclərinin və regional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin təhlili verilir.

Türk Şurası Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü Adil Axmetov və tanınmış qazax tarixçisi Bolat Kömekov qeyd ediblər ki, siyasi fəaliyyəti ilə yanaşı, həm də beynəlxalq münasibətlər və siyasi elmlər sahəsində çoxsaylı fundamental əsərlərin müəllifi kimi tanınan Əli Həsənovun bu kitabı dost və qardaş Azərbaycanın həqiqətlərinin, ölkənin regional proseslərə yanaşmasının Qazaxıstanın elmi-akademik dairələrinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabı regional prosesləri qavrama baxımından Qazaxıstan oxucusu üçün maraqlı edən cəhətlərdən biri burada Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələrinin öyrənilməsidir. Qazax dilində nəfis tərtibatla çap olunmuş nəşrdə Azərbaycanın ardıcıl səyləri və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi və onların təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərlə ətraflı tanış olmaq mümkündür. Nəşrdə, həmçinin Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələləri də araşdırır, Azərbaycanın təşəbbüsü ilə TANAP və TAP kimi qlobal əhəmiyyətli enerji layihələrinin reallaşdırılmasına başlanıldığı qeyd olunur.

Qazaxıstan Xalqlar Assambleyasında Prezident Nursultan Nazarbayevin müavini Əbülfəz Xamedov isə bu kitabın ölkədə yaşayan 200 minə yaxın azərbaycanlı üçün də faydalı vəsait olduğunu, onun xalqlarımızın bir-birini və regionu daha yaxından tanımasına xidmət edəcəyini söyləyib.

Tədbirdə digər çıxış edənlər kitabda əhatəli şəkildə təhlil edilən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlamasının regional və qlobal əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Çindən Avropaya uzanan tarixi İpək Yolunun canlanması, yeni “Dəmir İpək Yolu” Qazaxıstan da daxil olmaqla bir çox ölkələrə alternativ dəhlizdən istifadə etmək imkanı yaradır.

Regionun müasir iqtisadi vəziyyətini və kommunikasiya xətlərini əyani şəkildə əks etdirən xəritələrlə zəngin olan kitab Beynəlxalq Türk Akademiyasının nəzdindəki nüfuzlu “Elm” nəşriyyatı tərəfindən tərcümə və çap edilib.



Əlaqəli Xəbərlər

Əli Həsənov: "ATƏT-in Media azadlığı ofisi Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidir"

Əli Həsənovun kitabı Daşkənddə dörd dildə çap olunub

Əmtəəşünaslıq məktəbinin banisi Əli Həsənovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verir - Əli Həsənov

YAP cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir - Əli Həsənov

Əli Həsənovun elmi məqaləsi Rusiyanın nüfuzlu “Science and world” jurnalında dərc edilib

AŞPA Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi - Əli Həsənov

Dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmaq tələb olunur - Əli Həsənov

Azərbaycan dilinin qorunması təkcə dil məsələsi deyil - Əli Həsənov

Serj Sarkisyanın çıxışı həyasızlığı, abırsızlığı göstərdi - Əli Həsənov

Biz Dünya Bankından bəhrələnmişik - Əli Həsənov

Mehman Əliyev prezidentə müraciət edərək ev dustaqlığına buraxılmasını xahiş edib - Əli Həsənov

Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb - Əli Həsənov

"Əl Cəzirə" Media Şəbəkəsinin nümayəndəsi Əli Həsənovla görüşüb

Əli Həsənov: “Washington Post” feyk məlumatlar üzrə ixtisaslaşmış nəşrdir

Azərbaycanın sürətli inkişafı Ermənistanı və erməni lobbisini ciddi narahat edir - Əli Həsənov

DİN və Baş Prokurorluq Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı birgə məlumat yayıb

Baş nazirin müavini Əli Həsənovun nəvəsini 12 ilədək həbs cəzası gözləyir 

Baş nazirin müavini Əli Həsənovun nəvəsi cinayət məsuliyyətinə cəlb ediləcək - DİN

255 mənzil ədalətli və şəffaf seçim əsasında jurnalistlərə veriləcək - Əli Həsənov

19 Yanvar 2018, 18:15 (GMT +4)
Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

19 Yanvar 2018, 18:09 (GMT +4)
“Nar”-ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının bu ilki qalibi “Sumqayıt” komandası olub

19 Yanvar 2018, 18:00 (GMT +4)
MBNP-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19 Yanvar 2018, 17:52 (GMT +4)
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

19 Yanvar 2018, 17:45 (GMT +4)
Rusiyadan alınan müasir hərbi texnikanın yeni partiyası Azərbaycana gətirilib (FOTO,VİDEO)

19 Yanvar 2018, 17:40 (GMT +4)
Gənclər arasında yeni Proqrama start verilib (FOTOLAR)

19 Yanvar 2018, 17:33 (GMT +4)
Dolların gələn həftəyə olan məzənnəsi açıqlanıb

19 Yanvar 2018, 17:25 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur

19 Yanvar 2018, 17:04 (GMT +4)
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb (FOTOLAR)

19 Yanvar 2018, 16:53 (GMT +4)
Bu dəfə kursların keçirilməsində yerli mütəxəssislərə üstünlük verilib

19 Yanvar 2018, 16:50 (GMT +4)
Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb

19 Yanvar 2018, 16:46 (GMT +4)
Tacikistan prezidenti maliyyə nazirini tutduğu vəzifədən azad edib

19 Yanvar 2018, 16:35 (GMT +4)
Caspian European Club-un CEO-un yeni müavinləri təyin olunub

19 Yanvar 2018, 16:23 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

19 Yanvar 2018, 16:12 (GMT +4)
Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

19 Yanvar 2018, 15:50 (GMT +4)
Tovuz-Qovlar mənzilində 7,8 km dəmir yolu əsaslı təmir olunur 

19 Yanvar 2018, 15:41 (GMT +4)
Binali Yıldırım: Türkiyənin məqsədi bölgədəki terrora son qoymaqdir

19 Yanvar 2018, 15:32 (GMT +4)
ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb

19 Yanvar 2018, 15:19 (GMT +4)
İraq BP ilə neft müqaviləsi imzalayıb

19 Yanvar 2018, 15:05 (GMT +4)
20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini sübüt etdi - Saleh Məmmədov

19 Yanvar 2018, 14:52 (GMT +4)
20 Yanvar faicəsi bağlı Nizami Kino Mərkəzində dəyişiklik edilib

19 Yanvar 2018, 14:45 (GMT +4)
Xorvatiya "Qran Pri"-sindən uğurlu nəticə ilə dönən idmançılarla görüş keçirilib

19 Yanvar 2018, 14:41 (GMT +4)
Rusiyada məktəbə hücum nəticəsində 7 nəfər yaralanıb

19 Yanvar 2018, 14:38 (GMT +4)
Türkiyənin Müdafiə naziri: Afrində hərbi əməliyyatlar başlayacaq

19 Yanvar 2018, 14:36 (GMT +4)
Tarix İnstitu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

19 Yanvar 2018, 14:30 (GMT +4)
YAP üzvlərinin sayı 710 min nəfəri ötüb

19 Yanvar 2018, 14:24 (GMT +4)
Lənkəranda 20 Yanvar faciəsinin 28-ci ildönümü anlılıb

19 Yanvar 2018, 14:19 (GMT +4)
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

19 Yanvar 2018, 14:14 (GMT +4)
Yeni Azərbaycan Partiyasının gəlirləri və xərcləri açıqlanıb

19 Yanvar 2018, 14:09 (GMT +4)
Milli Şuranın təşəbbüsü ilə “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü keçirilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66