Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Allahşükür Paşazadə beynəlxalq qurumun üzvü seçilib

29 Noyabr 2017, 12:52 (GMT +4)

Bakı, 29 noyabr, SalamNewsQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə daha bir mötəbər beynəlxalq qurumun - Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Direktorlar Şurasının üzvü seçilib.

QMİ-nin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, A.Paşazadə bu mötəbər təşkilatda İslam dininin təmsilçisi olaraq 2021-ci il aprel ayının 30-dək bu vəzifəni icra edəcək.

Məlumatda qeyd olunur ki, təşkilatın Baş Katibi d-r Feysəl bin Müəmmarın QMİ sədrinə ünvanladığı məktubunda bu barədə məlumat verilir. Məktubda bildirilir ki, qərar KAICIID Dialoq Mərkəzinin Təsisçilər Şurasının nümayəndələri tərəfindən qəbul olunub.

Şeyxülislam A.Paşazadə ilə bərabər Direktorlar Şurasında Muhammad Bin Saud Universitetinin imamı Hamad Al-Majed, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının üzvü Yepiskop Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Rissho Kosei-kai prezidenti Kosho Niwano, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Mark Poulson, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi dr. Mohammad Sammak təmsil olunacaqlar.

QMİ-yə daxil olan məktubda KAICIID təşkilatının əmin olduğu vurğulanır ki, Şeyxülislam A.Paşazadə dinlərarası dialoq sahəsində malik olduğu unikal və zəngin təcrübə sayəsində Mərkəzin fəaliyyətinə önəmli töhfələr verəcək.

KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər Bakıda keçirilən 13-cü Dünya Skaut Gənclər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olarkən QMİ-də Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Görüşdə baş katibi olduğu qurumun fəaliyyəti haqda ətraflı məlumat verən baş katib QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq, onun namizədliyini KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin idarə heyətinin üzvlüyünə təqdim etmək üçün Şeyxülislamın razılığını xahiş etmişdi. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına həmişə xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq verib.

KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Quruma dünyanın müxtəlif ölkələrindən hər 4 ildə bir seçilən 3 müsəlman, 3 xristian, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət direktorlar şurası başçılıq edir. KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.

KAICIID Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə hörmətin artırılmasına yönəlmiş missiyası 25 ölkə, beş qitədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır. KAICIID dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. Həmin layihələr arasında “Avropada qaçqınlar proqramı”, “Din naminə zorakılığa qarşı birlik”, “Dinlərarası və Mədəniyyətlərarası dəstək proqramı”, habelə beynəlxalq təqaüdlü təlim proqramı və digərləri göstərilə bilər. Qeyd olunmuş illik təlim proqramının məqsədi dünyanın müxtəlif ölkələrindən olan, müxtəlif dinləri təmsil edən şəxsləri gələcəyin dini liderləri kimi yetişdirməkdir.

Azərbaycanın dini liderinin KAICIID Təşkilatının rəhbərliyində yer alması beynəlxalq miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesində yaxından iştirak etmək, Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli prosesinə real töhfələr vermək baxımından daha bir beynəlxalq tribunada təmsilçilik olaraq təqdirəlayiq haldır və milli-mənəvi maraqlarımızın təmini işinə xidmət edəcək.



Əlaqəli Xəbərlər

QMİ-nin qurultaya ehtiyacı yoxdur, məni ömürlük seçiblər - Allahşükür Paşazadə

Şeyxülislam Allahşükür Paşazadə Naxçıvana səfər edəcək

Allahşükür Paşazadə İsveç nümayəndə heyəti ilə görüşüb

Allahşükür Paşazadə İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Allahşükür Paşazadə Özbəkistana səfərə gedəcək

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edib

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə gedir

Məscidlərdə axund vəzifəsi yığışdırılacaq - Allahşükür Paşazadə

İnsanları düzgün yola dəvət etmək lazımdır - Allahşükür Paşazadə

Məscidlərdə heyvan saxlamaq din xadimlərinə şərəf gətirmir - Allahşükür Paşazadə

Allahşükür Paşazadə bütün ermənilərin katolikosu ilə görüşüb (FOTOLAR)

Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyaya səfərə gedib

Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür (FOTOLAR)

QMİ sədri Allahşükür Paşazadə erməni kilsəsinin rəhbəri ilə görüşəcək

Allahşükür Paşazadə İranın mədəniyyət və islami irşad naziri ilə görüşüb (FOTOLAR)

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edəcək

Türkiyə dövləti illərdir, amansız terrorun hədəfindədir - Allahşükür Paşazadə 

Allahşükür Paşazadənin rəhbərliyi ilə bayram namazı qılınıb

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib

19 Yanvar 2018, 09:42 (GMT +4)
İgid Azərbaycan zabiti Fərid Əhmədovun doğum günüdür

19 Yanvar 2018, 09:37 (GMT +4)
Elmar Məmmədyarov: “Həmsədrlər münaqişənin həllinə dair bir sıra kreativ fikirlər irəli sürüb”

19 Yanvar 2018, 09:29 (GMT +4)
Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini uzadıb

19 Yanvar 2018, 09:20 (GMT +4)
Dənizçilər həyatlarını riskə atıb, vətən uğrunda ölümlərini gözə alıblar - Rauf Vəliyev

19 Yanvar 2018, 09:14 (GMT +4)
Atəşkəs rejimi 116 dəfə pozulub

19 Yanvar 2018, 09:09 (GMT +4)
Dünya birjalarında neft ucuzlaşıb

19 Yanvar 2018, 09:02 (GMT +4)
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar

18 Yanvar 2018, 18:33 (GMT +4)
Prezident 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb

18 Yanvar 2018, 18:00 (GMT +4)
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında müzakirələr aparılıb

18 Yanvar 2018, 17:52 (GMT +4)
Əfqanıstanda polisə hücum: səkkiz nəfər ölüb, iki nəfər yaralanıb

18 Yanvar 2018, 17:46 (GMT +4)
Özbəkistanda İslam Akademiyası yaradılıb

18 Yanvar 2018, 17:39 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir - səfir

18 Yanvar 2018, 17:30 (GMT +4)
Ötən il Azərbaycanda 16 körpü və 15 piyada keçidi tikilərək istifadəyə verilib

18 Yanvar 2018, 17:22 (GMT +4)
Bakıda qaydaları pozan marşrut sürücüsü işdən qovulub

18 Yanvar 2018, 17:17 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

18 Yanvar 2018, 16:52 (GMT +4)
Suriya XİN: Türkiyənin hər hansı bir hərbi əməliyyatı ölkəyə hücum olaraq dəyərləndiriləcək

18 Yanvar 2018, 16:40 (GMT +4)
Rusiyada qaz sızması səbəbindən məktəb təxliyə olunub

18 Yanvar 2018, 16:26 (GMT +4)
Baş infeksionist: “Virus xəstəliklərinə qarşı qabaqlayıcı tədbirlər vacibdir”

18 Yanvar 2018, 16:08 (GMT +4)
Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

18 Yanvar 2018, 16:05 (GMT +4)
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

18 Yanvar 2018, 15:56 (GMT +4)
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

18 Yanvar 2018, 15:51 (GMT +4)
Bakı metrosunda işarəvermə avadanlıqları dəyişdirilir (FOTO)

18 Yanvar 2018, 15:46 (GMT +4)
Latviya, Litva və Estoniya Vestfaliya Sülh Mükafatının laureatı olublar

18 Yanvar 2018, 15:40 (GMT +4)
“Kaspersky Lab” casus proqram təminatı aşkar edib

18 Yanvar 2018, 15:33 (GMT +4)
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib

18 Yanvar 2018, 15:26 (GMT +4)
Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı qanun qəbul edilib

18 Yanvar 2018, 15:18 (GMT +4)
Dövlət İmtahan Mərkəzi işçi axtarır

18 Yanvar 2018, 15:15 (GMT +4)
Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüş keçirilib

18 Yanvar 2018, 15:12 (GMT +4)
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18 Yanvar 2018, 15:07 (GMT +4)
20 yanvarda qəhrəmanlıq göstərən azərbaycanlı dənizçilər haqqında film hazırlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66