Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

Piter Teys: AZƏRTAC-ın beynəlxalq media məkanında artan rolunun şahidiyik

29 Noyabr 2017, 16:33 (GMT +4)

Bakı, 29 noyabr, SalamNews. AZƏRTAC Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi və ölkənin bütün sahələri haqqında məlumatların dünyaya çatdırılmasında böyük işlər görür. Agentliyin beynəlxalq media məkanında artan rolunun, ölkədən xaricdə fəaliyyətinin genişlənməsinin biz də şahidiyik.

Bu fikirləri amerikalı jurnalist, politoloq Piter Teys AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə görüşdə deyib. Jurnalist Azərbaycanda olduğu iki ay ərzində ölkənin qədim tarixi, mədəniyyəti, bir sıra regionları ilə yaxından tanışlıq imkanı qazandığını söyləyib.

Baş direktor qeyd edib ki, Azərbaycan haqqında məlumatların dünyada yayılması istiqamətində mütəmadi iş aparan AZƏRTAC tərəfdaşları ilə xəbər mübadiləsi həyata keçirir, qlobal informasiya resurslarının imkanlarından istifadə edir. Agentliyin hazırda Dünya Xəbər Agentlikləri Konqresi (NAWC) və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi, bunun dünyanın 100-dən çox agentliyi ilə əlaqələr yaradılmasına yol açdığı diqqətə çatdırılıb. Piter Teysin AZƏRTAC ilə uzun müddətdir əməkdaşlıq etdiyini deyən baş direktor onun yazılarını Azərbaycan haqqında obyektiv məlumatların daha geniş auditoriyaya çatdırılması işinə böyük töhfə kimi dəyərləndirib.

Piter Teys Azərbaycanı yaxından öyrənmək üçün ona yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, Naxçıvana səfər etdiyini, orada infrastrukturun inkişafına şahidi olduğunu, Tərtərdə dövlətin məcburi köçkünlər üçün yüksək şərait yaratdığını deyib. “Səfərimi başa vurduqdan sonra ölkənizin inkişafı, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş torpaqları haqqında məqalələr dərc edəcəyəm. Azərbaycana səfərimin əsas məqsədi də bu münaqişəni daha ətraflı araşdırmaqdır”, - deyə Piter Teys bildirib. Amerikalı politoloq tezliklə “Azərbaycanın xarici siyasəti. Dünyada sülh və əmin-amanlığa töhfə” adlı kitabının çapdan çıxacağını, orada Azərbaycanın beynəlxalq aləmdə yeri, ölkənin, medianın və həmçinin AZƏRTAC-ın sülh və sabitliyə töhfələri haqqında geniş məlumatların əks olunacağını deyib. O, AZƏRTAC ilə birgə gələcəkdə Dağlıq Qarabağ münaqişəsi və digər sahələr üzrə videoların hazırlanıb ingilis və ispan dillərində yaymağın mümkünlüyünü söyləyib.

Görüşdə amerikalı jurnalistin və AZƏRTAC-ın birgə layihələr həyata keçirməsi, müasir medianın aktual problemləri, Azərbaycanın keçdiyi inkişaf yolu ətrafında fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Piter Teys: Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanın dağıdıcı təxribatlarına məruz qalır

Aİ-nin zəifləmiş institutları ermənilərə Qarabağda status-kvonu qoruyub saxlamaqda töhfə verir - Piter Teys

Trampın hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində yeniliklər olacaq - Piter Teys

Qondarma Dağlıq Qarabağ Respublikası Avropa ölkələrindən dəstək alır - Piter Teys

Amerikalı ekspert Piter Teysin Azərbaycanla bağlı kitabı dərc edilib

Azərbaycan və Ermənistan Prezidentlərinin bu ay görüşəcəyinə şübhə ilə yanaşıram - Piter Teys (MÜSAHİBƏ)

ABŞ Dağlıq Qarabağ münaqişəsində öz müşahidəçi rolunu qorumaqla kifayətlənib - Piter Teys

23 Oktyabr 2018, 16:54 (GMT +4)
Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

23 Oktyabr 2018, 16:40 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

23 Oktyabr 2018, 16:39 (GMT +4)
Ərdoğanın çıxışından sonra Səudiyyə Kaşıkçı ilə bağlı son mövqeyini açıqlayıb

23 Oktyabr 2018, 16:35 (GMT +4)
"Yelk" fraksiyası Baş nazir postuna Paşinyanın namizədliyini irəli sürüb

23 Oktyabr 2018, 16:23 (GMT +4)
Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək

23 Oktyabr 2018, 16:10 (GMT +4)
Dövlət büdcəsindən MTRŞ-ya ayrılacaq vəsait artırılır

23 Oktyabr 2018, 15:56 (GMT +4)
Baş Prokurorluq ləğv olunmuş MTN-in sabiq şöbə rəisinin azadlığa buraxılmasını təkzib edib

23 Oktyabr 2018, 15:44 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşüb

23 Oktyabr 2018, 15:30 (GMT +4)
Suriya və İraq sərhəd keçidlərini açmaq üçün danışıqlara başlayıblar

23 Oktyabr 2018, 15:26 (GMT +4)
Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir

23 Oktyabr 2018, 15:11 (GMT +4)
Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan dəstə tutulub

23 Oktyabr 2018, 15:02 (GMT +4)
Kaşıkçı məsələsinin ört-basdırı üçün Səudiyyə Ərdoğana maraqlı təkliflər verib – New-York Times

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

23 Oktyabr 2018, 13:50 (GMT +4)
Türkiyədə MHP-AKP ittifaqı başa çatıb

23 Oktyabr 2018, 13:38 (GMT +4)
Səudiyyə dünya ictimaiyyətinin baykot etdiyi konfransa start verib

23 Oktyabr 2018, 13:32 (GMT +4)
Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

23 Oktyabr 2018, 13:19 (GMT +4)
Gömrük xidməti general-leytenantı vətəndaşları qəbul edəcək

23 Oktyabr 2018, 13:15 (GMT +4)
İstanbulda Ərdoğan və Putinin ikitərəfli görüşü planlaşdırılır

23 Oktyabr 2018, 13:10 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Oktyabr 2018, 13:02 (GMT +4)
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

23 Oktyabr 2018, 12:57 (GMT +4)
Türkiyəli partiya sədri Kaşıkçının cəsədinin hissələrinin tapıldığı açıqlayıb

23 Oktyabr 2018, 12:53 (GMT +4)
Pensiyalar orta hesabla 140,7 manat artırılıb

23 Oktyabr 2018, 12:41 (GMT +4)
İran zəvvarları hədəfə almaq istəyən 3 terror qrupunu zərərsizləşdirib

23 Oktyabr 2018, 12:41 (GMT +4)
"AzInTelecom" "Hackathon" keçirir

23 Oktyabr 2018, 12:33 (GMT +4)
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

23 Oktyabr 2018, 12:28 (GMT +4)
Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66