Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Neftçalada “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib

30 Noyabr 2017, 09:01 (GMT +4)

Bakı, 30 noyabr, SalamNews. Neftçaladakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) rayon icra hakimiyyəti ilə birgə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, konfransda rayonun rəhbər işçiləri, idarə-müəssisə rəhbərləri, Dini İşlər üzrə Komissiyanın üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri, eləcə də din xadimləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminə baxıblar. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev tədbirdə çıxış edərək, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini islami dəyərlərə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirib. İ.Vəliyev, eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində rayonda keçirilən tədbirlər barədə məlumat verib.

Görülən işlərin milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin başçısının islami dəyərlərə həssas münasibətindən irəli gəlir. Müasir dövrdə İslam dünyasının həmrəyliyinə daha çox ehtiyacın olduğunu diqqətə çatdıran komitə sədri bildirib ki, bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırış çox böyük önəm daşıyır. Mübariz Qurbanlı “İslam Həmrəyliyi İli” çərçivəsində müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində həm respublika daxilində, həm də bir sıra ölkələrdə müxtəlif tədbirlərin keçirilməsinin dini maarifləndirmə yolu ilə milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov çıxışında bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib. Konfransın ikinci hissəsində "Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi" mövzusunda müzakirələr aparılıb.

Rayon icra hakimiyyətinin nümayəndəsi Elnur Bağırov məruzəsində ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasından, dövlətin din sahəsinə qayğısından danışıb. E.Bağırov, eyni zamanda, rayondakı dini durum barədə də məlumat verib. DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır. Çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır. G.İsmayılov zərərli dini təbliğatdan qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının önəminə toxunub.

Sonra DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov təqdimat ilə çıxış edib. Təqdimatda dövlətimizin İslamın dəyərlərinə və irsinə qayğısı barədə göstəricilər əksini tapıb. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

22 İyun 2018, 18:09 (GMT +4)
Jurnalistlər üçün müsabiqə elan edilib

22 İyun 2018, 18:01 (GMT +4)
“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv olub

22 İyun 2018, 17:48 (GMT +4)
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin konfransında çıxış edib 

22 İyun 2018, 17:42 (GMT +4)
AXDG-də könüllü qanvermə aksiyası təşkil olunub

22 İyun 2018, 17:40 (GMT +4)
Mağazadan 7 min manat oğurlayan şəxs tutulub

22 İyun 2018, 17:32 (GMT +4)
Prezident Balakəndə yol tikintisinə 8,9 milyon manat ayırıb

22 İyun 2018, 17:24 (GMT +4)
Dolların iyunun 25-nə olan məzənnəsi açıqlanıb

22 İyun 2018, 17:23 (GMT +4)
“Gələcəyə doğru” adlı tədbir keçirilib

22 İyun 2018, 17:15 (GMT +4)
Azərbaycan prezidenti Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib

22 İyun 2018, 17:09 (GMT +4)
Dördüncü respublika fənn müsabiqələrinin finalçıları müəyyənləşib

22 İyun 2018, 16:54 (GMT +4)
“Azərxalça” yeni fabrik və emalatxanaların tikintisini davam etdirir

22 İyun 2018, 16:45 (GMT +4)
Putin Valentin Yumaşevi özünə müşavir təyin edib

22 İyun 2018, 16:24 (GMT +4)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

22 İyun 2018, 16:10 (GMT +4)
Universitetlərə qəbul üzrə orta ballar açıqlanıb 

22 İyun 2018, 15:50 (GMT +4)
DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib

22 İyun 2018, 15:37 (GMT +4)
Əmircan sakinində 1 kq-dan artıq heroin aşkarlanıb

22 İyun 2018, 15:16 (GMT +4)
Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

22 İyun 2018, 15:12 (GMT +4)
İran yaxın zamanlarda nüvə razılaşmasından çıxa bilər - İran rəsmisi

22 İyun 2018, 14:55 (GMT +4)
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalı başlayır

22 İyun 2018, 14:43 (GMT +4)
Yaponiyanın baş naziri İrana səfər edəcək

22 İyun 2018, 14:40 (GMT +4)
Bu il Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

22 İyun 2018, 14:20 (GMT +4)
BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalanıb

22 İyun 2018, 14:01 (GMT +4)
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək

22 İyun 2018, 13:42 (GMT +4)
Ağacların kəsilməsi ilə bağlı ən az müraciət Qaradağ və Xəzər rayonlarından daxil olur

22 İyun 2018, 13:30 (GMT +4)
"Türk Hava Yolları" istiqamətlərin sayını 304-ə çatdırıb

22 İyun 2018, 13:19 (GMT +4)
“Azərişıq” “Facebook” və “Instagram” vasitəsilə xidmətlərini daha da asanlaşdırır

22 İyun 2018, 13:14 (GMT +4)
Türkiyədə Avropaya keçmək istəyən miqrantlar saxlanılıb

22 İyun 2018, 12:47 (GMT +4)
Sabah Bakıda 34, rayonlarda 37 dərəcə isti olacağı gözlənilir

22 İyun 2018, 12:39 (GMT +4)
“Qala Sığorta” və “Qala Həyat” dövlət qulluqçularına güzəştli sığorta təklif edir

22 İyun 2018, 12:33 (GMT +4)
Ermənistanın sabiq deputatı saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66