Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

Formula 1 pilotu: Bakı həqiqətən çox gözəl şəhərdir

30 Noyabr 2017, 11:22 (GMT +4)

Bakı, 30 noyabr, SalamNews2017 Formula 1 dünya çempionatı başa çatdıqdan dərhal sonra "Red Bull" komandasının pilotu Daniel Rikkardo dünən Bakıya gəlib.

Çempionatın 5-ci ən güclü pilotu seçilən D.Rikkardo ötən yay Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün Azərbaycanın paytaxtına səfər edib.

Bakı Şəhər Halqasından SalamNews-a verilən məlumata görə, Formula 1 təqvimində yer alan ən yeni şəhər treki olan Bakı Şəhər Halqası bu yay 2017 Formula 1 dünya çempionatının ən həyəcanlı və ən dramatik yarışına ev sahibliyi edib. Avtoidman tarixinin unudulmaz günlərindən biri sayılan bu yarışda məşhur "Red Bull" pilotu möhtəşəm çıxış nümayiş etdirərək podiumun ən yuxarı pilləsinə çıxdı. Sıralanma turunda keçirdiyi qəza nəticəsində yarışa 10-cu yerdə başlayan D.Rikkardo trekdə olan qırıntılara görə bolidin tormoz sisteminin həddindən artıq qızması səbəbindən 5-ci dövrədə pit-stop etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, o, böyük əzm nümayiş etdirərək itirdiyi mövqeləri təkrar qazanaraq yarışı ən öndə başa vurdu. Onun təbəssümlü üzündəki qələbə sevinci heç vaxt Bakıdakı qədər olmamışdı.

Luis Hamiltonla Sebastian Fettelin trekdə toqquşması son illər Qran Pri yarışlarında qeydə alınmış ən yaddaqalan hadisələrdən biri oldu, həmçinin 18 yaşlı Lens Strol məhz bu yarışda Formula 1 tarixində podiuma çıxan ən gənc pilot ünvanını qazandı. Bu məqamlar Azərbaycanın paytaxtı Bakı şəhərinin gözoxşayan mənzərəsi fonunda və Formula 1 təqvimində yer alan ən çətin treklərdən biri olan Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı unudulmaz etdi.

D.Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxdı və trekin ən maraqlı yerlərinə, o cümlədən Formula 1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz hissəyə - İçərişəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkdi. Həmçinin o, Bakının tarixi Qız Qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənzərəyə sahib Dənizkənarı Bulvara paralel olaraq uzanan “iki istiqamətli” hissəsində də oldu.

Trek gəzintisindən başqa, D.Rikkardo Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan komandası olan "Qarabağ" FK-nın heyəti ilə də görüşdü. "Red Bull" pilotunun ziyarəti zamanı komanda gələn həftə "Roma" ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirirdi. Burada "Red Bull" pilotu komandanın təlim-məşq keçirdiyi meydana çıxaraq öz futbol bacarığını nümayiş etdirdi.

Bakıya səfər edən D.Rikkardo yenidən bu şəhərdə olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi, artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq həqiqətən də çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda, bu yarış çox əyləncəli idi. Bu Qran Pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə - bu gün də daxil olmaqla – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər həqiqətən çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam!”

"Red Bull" pilotu D.Rikkardo səfər çərçivəsində trek gəzintisi ilə yanaşı, Bakıda yerli azarkeşlər, media nümayəndələri və BŞH-nin kollektivi ilə silsilə görüşlər keçirəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

2019-cu ildə yeddi Formula 1 festivalı keçiriləcək

Formula 1: Raykkonenin karyerasını “Haas”da davam etdirəcəyi gözlənilir

Formula 1-də 2019-cu il mövsümü dekabr ayınadək uzadılacaq

Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb

"PwC Azərbaycan" şirkətinin Marşallar Komandası Formula 1-ə qatılıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib (FOTOLAR)

Formula 1 Azərbaycan Qran-Prisində maraqlı anlar (FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisi başa çatdı - Qalib müəyyənləşdi

Formula 1 Azərbaycan Qran-Prisinin startında qəzalar baş verib (FOTO)

İlham Əliyev Formula 1 Azərbaycan Qran-prisinin açılış mərasimində iştirak edir (FOTOLAR)

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Bakıda Formula 1 pilotlarının sonuncu sərbəst yürüşü başlayıb (FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər (FOTO)

Formula 1 yarışının ilk sərbəst yürüşündə Valtteri Bottas birinci olub

Bütün dünyanın gözü Azərbaycanda - Formula 1 başladı

Formula 1 yarışının keçirilməsi üçün yüklər Bakıya gətirildi (FOTO)

"Bakcell" Formula 1 yarışı ilə bağlı 4G şəbəkə tutumunu artırıb 

Formula 1 yarışı ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdirilib

21 Sentyabr 2018, 18:25 (GMT +4)
Müdafiə naziri Rusiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb

21 Sentyabr 2018, 18:16 (GMT +4)
Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

21 Sentyabr 2018, 18:12 (GMT +4)
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlanıb

21 Sentyabr 2018, 18:09 (GMT +4)
“Bakcel”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

21 Sentyabr 2018, 18:03 (GMT +4)
“Nar” tələbələr üçün təqaüd proqramı elan edib

21 Sentyabr 2018, 18:00 (GMT +4)
Azərbaycan brendi Uqanda Respublikasında tətbiq olunacaq

21 Sentyabr 2018, 17:54 (GMT +4)
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir

21 Sentyabr 2018, 17:44 (GMT +4)
Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropoloji mərkəz yaradılacaq

21 Sentyabr 2018, 17:33 (GMT +4)
Azərbaycanın sığorta bazarı 40% böyüyüb

21 Sentyabr 2018, 17:27 (GMT +4)
Üç milyonluq Aşura mərasiminin təhlükəsizliyi yüksək səviyyədə olub (VİDEO)

21 Sentyabr 2018, 17:21 (GMT +4)
Nazirlik icazəsiz ov edən şəxsi 1000 manat cərimələyib

21 Sentyabr 2018, 17:15 (GMT +4)
Baş prokuror Qubada vətəndaşları qəbul edib

21 Sentyabr 2018, 17:04 (GMT +4)
BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

21 Sentyabr 2018, 16:56 (GMT +4)
Almaniya və İspaniya Səudiyyəyə silah ixracına yenidən start veriblər

21 Sentyabr 2018, 16:53 (GMT +4)
"Azərenerji" yeni struktur üzərində işləyir

21 Sentyabr 2018, 16:40 (GMT +4)
AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

21 Sentyabr 2018, 16:31 (GMT +4)
AMEA-nın bir qrup əməkdaşı mükafatlandırılacaq

21 Sentyabr 2018, 16:18 (GMT +4)
Türkiyə İdlibdəki  hərbi kontingentini artıra bilər - Türkiyə rəsmisi

21 Sentyabr 2018, 16:10 (GMT +4)
Türkiyə parlamentinin sədri Bakıda cümə namazına qatılıb

21 Sentyabr 2018, 16:04 (GMT +4)
Haçana qədər Trampın boks kisəsi olacağıq?! - MAQATE-nin sabiq sədri 

21 Sentyabr 2018, 16:03 (GMT +4)
ETSN 16 tikinti obyekti ilə bağlı tədbirlər görüb

21 Sentyabr 2018, 15:56 (GMT +4)
Nyu-Yorkda uşaq bağçasına hücum nəticəsində 6 nəfər xəsarət alıb 

21 Sentyabr 2018, 15:43 (GMT +4)
Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

21 Sentyabr 2018, 15:40 (GMT +4)
Azərbaycan Prezidenti: Münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir

21 Sentyabr 2018, 15:36 (GMT +4)
Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

21 Sentyabr 2018, 15:27 (GMT +4)
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək

21 Sentyabr 2018, 15:18 (GMT +4)
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib

21 Sentyabr 2018, 15:09 (GMT +4)
Azərbaycan məktəblərinə təhsil robotları paylanılıb

21 Sentyabr 2018, 14:55 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb -YENİLƏNİB

21 Sentyabr 2018, 14:52 (GMT +4)
Səudiyyə 2 il öncə Tehrandakı səfirliyinə hücumu özü planlayıb – İran rəsmisi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66