Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AMEA-da elmi jurnalistikanın inkişafı müzakirə edilib

30 Noyabr 2017, 16:35 (GMT +4)

Bakı, 30 noyabr, SalamNews. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. AMEA-nın Əsas binasının kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub.

AMEA-dan SalamNews-a verilən məlumata görə, məqsəd elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsi, elmi-populyar üslubda məqalələrin hazırlanması, elmin KİV-də təbliği sahəsində mövcud problemləri, onların həlli yollarını müzakirə etmək idi.

Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev ötən il AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının elmi jurnalistikanın inkişafı istiqamətində atılmış mühüm addımlardan olduğunu bildirib. Z.Fərzəliyev bu qərarın akademiyada müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib: “Azərbaycan elminin təbliğində onlar da populyarizator-alimlərlə birgə mühüm rol oynayırlar”.

İdarə rəisi AMEA-nın “Elm” qəzeti, www.elm.gov.az veb-portalı və Elm TV İnternet-televiziyasının fəaliyyətinə də toxunub. Elmi biliklərin, alimlərin elmi tədqiqatlarının geniş təbliğində bu mətbu orqan və e-medianın vacib rol oynadığını bildirərək, elmi müəssisə və təşkilatları digər kütləvi informasiya vasitələri ilə də daha sıx əlaqələrin qurulması və Azərbaycan elminin yüksək səviyyədə təbliği üçün bütün qüvvələrini səfərbər etməyə çağırıb.

İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva elmin, əldə olunan nailiyyətlərin təbliğində vacib şərtlərdən olan məqalələrin elmi-populyar üslubda hazırlanması sahəsindəki mövcud problemlərdən söz açıb. Ü.Rzayeva bildirib ki, məqaləni elmi-populyar üslubda hazırlamadan onun populyarlaşdırılmasına, geniş oxucu auditoriyası toplamasına nail olmaq mümkün deyil. O, elmi-populyar məqalələrin həm keyfiyyət, həm də kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını da qeyd edib: “İnstitutlarda aparılan tədqiqatlardan, əldə olunan uğurlu nəticələrdən ilk olaraq ictimaiyyətlə əlaqələr şöbələrində çalışan elmi jurnalistlər məlumatlı olur. Bu materialları operativ olaraq hazırlamaq və KİV-də təbliğ etmək başlıca vəzifələrdəndir. Elmi fəaliyyətin, nailiyyətlərin vüsət alması üçün daha yüksək fəallıq nümayiş etdirmək lazımdır”.

Bu sahədə peşəkar kadr hazırlığı məsələlərinə də toxunan Ü.Rzayeva bu gün həm də yeni nəsil elmi jurnalistlərin yetişməkdə olduğunu vurğulayaraq problemin həllində bu amilin də nəzərə alınmasının vacibliyini bildirib: “Onlara dəstək olmaq, təcrübə ilə bölüşmək lazımdır. Hər institutda elmin populyarlaşdırılması sahəsində təcrübəsi olan alimlərimiz vardır, bu işdə onların da praktikasından yararlanmaq lazımdır”.

Rəis müavini elmi-populyar üslubda hazırlanan bütün materialların vahid informasiya resursunda toplanmasının məqsədəuyğunluğunu da ifadə edərək onlayn olaraq Elmi Jurnalistlər Klubunun -www.ejk.az adlı veb-saytın yaradılması təklifi ilə çıxış edib. Saytda yalnız AMEA üzrə deyil, həm də respublika üzrə elmi-populyar üslubda yazıb-yaradan müxbirlərin materiallarının yerləşdirilməsinin elmi jurnalistikanın inkişafı sahəsində görülən işlərin monitorinqinin aparılması, mövcud vəziyyətin qiymətləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Ü.Rzayeva həmçinin populyarizator-alimlərlə görüşlərin, təlim və müsabiqələrin təşkili, bir sözlə, elmi-populyar jurnalistikanın inkişaf etdirilməsinə xidmət edən tədbirlərin həyata keçirilməsinin idarənin qarşısında duran vəzifələrdən olduğunu bildirib.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov respublikamızda elmi-populyar ədəbiyyatın inkişaf etdirilməsi və təbliği sahəsində mövcud problemlərə toxunub. Elmi-populyar kitab və jurnalların nəşrinin önəmliyini qeyd edən S.Qəhrəmanov Azərbaycanda elmi-populyar ədəbiyyatı inkişaf etdirə biləcək yazar, naşir və jurnalistlərin sayca azlıq təşkil etdiyini bildirib. Şöbə rəisi problemlərin aradan qaldırılması üçün müvafiqkursların, təlimlərin təşkilinin vacibliyini vurğulayıb. O, həmçinin ən yaxşı elmi-populyar məqalələrdən ibarət toplunun nəşri, “Elm və uşaq” elmi-populyar jurnalının təsisi kimi təkliflər də irəli sürüb.

Müşavirədə AMEA İqtisadiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Mahir Zeynalov, İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rasim Mahmudov, Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov, Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov, Folklor İnstitutunda ictimaiyyətlə əlaqələrə məsul şəxs Elçin İmaməliyev, Elm Tarixi İnstitutunda ictimaiyyətlə əlaqələrə məsul şəxs Cavidan Qasımlı və digərləri çıxış edərək görülən işlər haqqında məlumat veriblər.

Sonra elmin KİV-də təbliği, akademiya institutlarının veb-saytlarının informasiya təminatı və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. AMEA-nın elm.gov.az portalında hər bir institut və təşkilatın veb-səhifəsinin informasiya təminatı üzrə müvafiq tapşırıqlar verilib. Hər ilin birinci rübündə ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri tərəfindən illik hesabatların verilməsi qərara alınıb.



Əlaqəli Xəbərlər

AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

AMEA: Palçıq vulkanlarının 21%-dən çoxunun sahəsində neft ayrılmaları var

AMEA-nın magistrantları 317 fənn üzrə imtahan verəcəklər

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın “Science City” yaşayış kompleksi üçün xüsusi ödəniş qaydaları müəyyənləşib

AMEA-da Orfoqrafiya Komissiyasının iclası keçirilib

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

AMEA ilə Əlcəzair Elm və Texnologiyalar Akademiyası arasında əlaqələr genişləndirilir

AMEA elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir

AMEA-da biznes fəaliyyəti prioritet istiqamətlərdəndir

AMEA-da bütün magistrantlar işlə təmin olunur - Akif Əlizadə

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyi AMEA-da qeyd olunacaq

AMEA tərcüməçi axtarır

LDU AMEA-nın Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA və Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq əlaqələri genişlənir

AMEA-nın bir qrup əməkdaşına mənzil verilib

AMEA-da Lütfi Zadə ilə vida mərasimi başlayıb (FOTOLAR)

AMEA-da beynəlxalq elmi konfrans işə başlayıb  

18 Yanvar 2018, 17:22 (GMT +4)
Bakıda qaydaları pozan marşrut sürücüsü işdən qovulub

18 Yanvar 2018, 17:17 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

18 Yanvar 2018, 16:52 (GMT +4)
Suriya XİN: Türkiyənin hər hansı bir hərbi əməliyyatı ölkəyə hücum olaraq dəyərləndiriləcək

18 Yanvar 2018, 16:40 (GMT +4)
Rusiyada qaz sızması səbəbindən məktəb təxliyə olunub

18 Yanvar 2018, 16:26 (GMT +4)
Baş infeksionist: “Virus xəstəliklərinə qarşı qabaqlayıcı tədbirlər vacibdir”

18 Yanvar 2018, 16:08 (GMT +4)
Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

18 Yanvar 2018, 16:05 (GMT +4)
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

18 Yanvar 2018, 15:56 (GMT +4)
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

18 Yanvar 2018, 15:51 (GMT +4)
Bakı metrosunda işarəvermə avadanlıqları dəyişdirilir (FOTO)

18 Yanvar 2018, 15:46 (GMT +4)
Latviya, Litva və Estoniya Vestfaliya Sülh Mükafatının laureatı olublar

18 Yanvar 2018, 15:40 (GMT +4)
“Kaspersky Lab” casus proqram təminatı aşkar edib

18 Yanvar 2018, 15:33 (GMT +4)
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib

18 Yanvar 2018, 15:26 (GMT +4)
Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı qanun qəbul edilib

18 Yanvar 2018, 15:18 (GMT +4)
Dövlət İmtahan Mərkəzi işçi axtarır

18 Yanvar 2018, 15:15 (GMT +4)
Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüş keçirilib

18 Yanvar 2018, 15:12 (GMT +4)
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18 Yanvar 2018, 15:07 (GMT +4)
20 yanvarda qəhrəmanlıq göstərən azərbaycanlı dənizçilər haqqında film hazırlanıb

18 Yanvar 2018, 15:00 (GMT +4)
Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak edir

18 Yanvar 2018, 14:53 (GMT +4)
Yanvar-dekabrda dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb

18 Yanvar 2018, 14:48 (GMT +4)
Qazaxıstanda avtobusda 52 nəfərin ölməsi ilə nəticələnən yanğının səbəbi açıqlanıb

18 Yanvar 2018, 14:42 (GMT +4)
Külli miqdarda valyutanın qanunsuz yolla ölkədən çıxarılması cəhdinin qarşısı alınıb

18 Yanvar 2018, 14:37 (GMT +4)
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək

18 Yanvar 2018, 14:30 (GMT +4)
Nalbandyan simasını itirməmək, özünün təhlükəsizliyi üçün danışıqlara gedir - rusiyalı politoloq

18 Yanvar 2018, 14:22 (GMT +4)
SOCAR-AQŞ “Bulla”da yeni quyu qazır

18 Yanvar 2018, 14:16 (GMT +4)
Peskov: Putin yalanı və qeyri-peşəkarlığı sevmir

18 Yanvar 2018, 14:11 (GMT +4)
KXDR 12 minə qədər hərbçinin iştirakı ilə hərbi parad keçirəcək

18 Yanvar 2018, 14:02 (GMT +4)
Azərbaycan yığması FİFA reytinqində geriləyib

18 Yanvar 2018, 13:54 (GMT +4)
“Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar” mövzusunda tədbir keçirilib

18 Yanvar 2018, 13:46 (GMT +4)
Türkiyə Baş Qərargah rəisi Rusiyaya səfər edib

18 Yanvar 2018, 13:30 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66