Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

“Müasir Azərbaycan mətbuatı və “525-ci qəzet” mövzusunda konfrans keçirilib (FOTOLAR)

30 Noyabr 2017, 17:13 (GMT +4)

Bakı, 30 noyabr, SalamNews. Noyabrın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası, Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan mətbuatı və “525-ci qəzet” mövzusunda tələbə və gənc tədqiqatçıların elmi konfransı keçirilib.

ADU-nun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova müstəqil Azərbaycanda yaradılmış ilk mətbu orqanlardan olan “525-ci qəzet”in 25-ci ildönümünün olduğunu bildirib. A.Sabitova bu münasibətlə “525-ci qəzet”in bütün kollektivini təbrik edib, onlara gələcək fəaliyyət istiqamətlərində uğurlar arzulayıb.

AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “525-ci qəzet”də peşəkarlıq məsələlərindən söhbət açıb. “Peşəkarlıq gördüyün işin ustası olmaqdır”-deyən M.İmanov bu baxımdan “525-ci qəzet”i peşəkar qəzet kimi qiymətləndirib. Onun sözlərinə görə, bu qəzet əksəriyyət tərəfindən sevilən, mərkəzçi mövqe tutan, çoxluqla yanaşı azlığın da fikrini ifadə edən, iqtisadi, siyasi, ədəbi məsələləri işıqlandıran, ənənə ilə müasirliyi birləşdirən nümunəvi bir mətbu orqandır. “525-ci qəzet”in ən böyük məqsəd və məramlarından birinin peşəkarlıq olduğunu söyləyən akademik qəzetin yetirmələrinin bu gün müxtəlif mətbu orqanlarda yüksək peşəkarlıqla fəaliyyət göstərdiyini sözlərinə əlavə edib.

Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli “525-ci qəzet”in yarandığı ilk gündən tutduğu mövqe və dəst-xətti ilə hər zaman oxucuların diqqət mərkəzində olduğunu bildirib. “525-ci qəzet”lə universitetin əməkdaşlığından söz açan dekan qəzetin yaradıcı gənclər üçün xüsusi bir tribuna rolunu oynadığını və tələbələrə praktik, informativ əhəmiyyətli məlumatlar verə bildiyini deyib.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid belə bir tədbirin təşkil edilməsinə görə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullaya dərin minnətdarlığını bildirib. O qeyd edib ki, K.Abdulla özü də “525-ci qəzet”in müəlliflərindən və fəal oxucularından biridir: “Kamal Abdullanın bir sıra əsərlərini qəzetimizdə çap etmişik. “Yarımçıq əlyazma” əsərinə “İlin bədii əsəri” mükafatını vermişik. Yeri gəlmişkən qeyd edim ki, “Unutmağa kimsə yox”u Kamal Abdullanın ən yaxşı əsəri hesab edirəm. Romanı oxuyandan sonra dedim ki, bu roman Nobel mükafatına layiqdir. Təkcə bu romanı yazmaqla ədəbi fəaliyyətə son qoyub öz ədəbi taleyindən arxayın olmaq olar. Bu mənada hesab edirəm ki, burada yaranan mühit Kamal Abdullanın fəaliyyətinin nəticəsidir”.

R.Məcid “525-ci qəzet”in universitetin Filologiya və jurnalistika fakültəsi ilə əməkdaşlığa hazır olduğunu, tələbələrə hər zaman açıq olduğunu vurğulayıb. O, sonda tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, elmi konfransda Fəlsəfə doktoru proqramı üzrə dissertantlar-Nərmin Muradova “525-ci qəzet”lə bəzi ərəb və ispan qəzetlərinin ədəbiyyata münasibətində oxşar və fərqli cəhətlər”, Pərvin Mürsəlova “525-ci qəzet” və beynəlxalq jurnalistika”, Filologiya və jurnalisika fakültəsinin jurnalistika ixtisası üzrə 240–cı qrup tələbəsi Gülşanə Mustafayeva “525-ci qəzet” və ədəbi gənclik”, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Aynur Səfərli “525-ci qəzet”in fonunda milli-mənəvi dəyərlərin əksi”, jurnalistika ixtisası üzrə 240-cı qrup tələbəsi Akqabay Muradov “Türkmənistan mediası ilə müqayisədə “525-ci qəzet”, jurnalistika ixtisası üzrə 343-cü qrup tələbəsi Nuridə Yəhyazadə “525-ci qəzet”in şənbə buraxılışı”, filologiya ixtisası üzrə 234-cü qrup tələbəsi Kəmalə Həsənova isə “525-ci qəzet”də ana dili məsələsi” mövzularında çıxışlar ediblər.



Əlaqəli Xəbərlər

ADU-da mediatur təşkil olunub

ADU-da payız imtahan sessiyasına start verilib

ADU-da ulu öndərin 95 illiyinə həsr edilən elmi konfrans keçiriləcək

ADU-da ümummilli lider Heydər Əliyev anılıb

ADU rəhbərliyi DTX-nın “Şöhrət” muzeyini ziyarət edib (FOTOLAR)

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

ADU-nun rektoru Kamal Abdulla ABŞ səfiri ilə görüşüb

ADU ilə Rusiyanın bir neçə universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb 

Tanınmış jurnalistlər ADU tələbələri ilə görüşüb

Almaniyalı alimə ADU-nun dəvətli professoru adı verilib 

3 ölkənin səfiri ADU-da olub (FOTOLAR)

Tolerantlıq iğtişaşları sülhə aparan əsas amildir - ADU-nun dekanı

SABAH İcra Komitəsinin rəhbəri ADU tələbələri ilə görüşüb

ADU-da fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib

ADU-nun rektoru İspaniyanın müvəqqəti işlər vəkili ilə görüşüb

ADU-nun rektoru Perunun müvəqqəti işlər vəkili ilə görüşüb

XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri ADU-da tələbələrlə görüşüb

ADU-da Xəlil Rza Ulutürkə həsr olunan tədbir keçirilib

ADU-da “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilib

Aleksandr Bondarevə ADU-nun dəvətli professoru adı verilib

18 Yanvar 2018, 13:30 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

18 Yanvar 2018, 13:23 (GMT +4)
Azər Türk Bankın aktivləri açıqlanıb

18 Yanvar 2018, 13:16 (GMT +4)
Rusiya Çinə S-400 zenit-raket sistemlərinin tədarükünə başlayıb

18 Yanvar 2018, 12:58 (GMT +4)
Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır - Azərbaycan MN

18 Yanvar 2018, 12:54 (GMT +4)
Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub

18 Yanvar 2018, 12:49 (GMT +4)
DİN Sarayda törədilən qətllə bağlı məlumat yayıb

18 Yanvar 2018, 12:43 (GMT +4)
Balakəndə piyadanı vuraraq qaçan sürücü tutulub

18 Yanvar 2018, 12:39 (GMT +4)
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb

18 Yanvar 2018, 12:30 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi fransız qida şirkətinin Azərbaycana idxal etdiyi məhsullarla bağlı araşdırma aparıb

18 Yanvar 2018, 12:22 (GMT +4)
Bakının məşhur "Çapayev" küçəsi 10 il sonra təmir edilir

18 Yanvar 2018, 12:13 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti olacaq

18 Yanvar 2018, 11:58 (GMT +4)
Paytaxt əhalisi ən çox pulu ərzağa xərcləyir (SORĞU)

18 Yanvar 2018, 11:51 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub

18 Yanvar 2018, 11:40 (GMT +4)
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 90 faizi təmizlənib

18 Yanvar 2018, 11:27 (GMT +4)
Avropada davam edən münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər - Lukas Parizek

18 Yanvar 2018, 11:18 (GMT +4)
İsveçdə polis məntəqəsinin qarşısında güclü partlayış olub

18 Yanvar 2018, 11:05 (GMT +4)
Qazaxıstanda avtobusun yanması nəticəsində 52 nəfər ölüb

18 Yanvar 2018, 10:53 (GMT +4)
Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

18 Yanvar 2018, 10:45 (GMT +4)
Bakıda yük maşını 20 metr hündürlükdən aşıb (FOTOLAR, VİDEO)

18 Yanvar 2018, 10:41 (GMT +4)
Ötən il sahibkarlara 146 milyon manat güzəştli kredit verilib

18 Yanvar 2018, 10:37 (GMT +4)
Sabah paytaxt məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

18 Yanvar 2018, 10:31 (GMT +4)
Edvard Nalbandyan Polşada həmsədrlərlə görüşüb

18 Yanvar 2018, 10:25 (GMT +4)
Prezident İlham Əliyev Davos forumunda iştirak edəcək

18 Yanvar 2018, 10:20 (GMT +4)
Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb

18 Yanvar 2018, 10:12 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

18 Yanvar 2018, 10:09 (GMT +4)
Nəzarətçi-müəllimlər üçün seminar məşğələlər keçirilir

18 Yanvar 2018, 09:58 (GMT +4)
Pentaqon: ABŞ Suriyada yeni ordu qurmur

18 Yanvar 2018, 09:49 (GMT +4)
“YARAT” Müasir İncəsənət Mərkəzində Zabit Səmədovla görüş keçirilib

18 Yanvar 2018, 09:43 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Yanvar 2018, 09:39 (GMT +4)
Xalq artisti Eldar Quliyevin doğum günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66