Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Şeyxülislam Allahşükür Paşazadə Naxçıvana səfər edəcək

01 Dekabr 2017, 13:30 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə dekabrın 6-da Naxçıvanda baş tutacaq “Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransda iştirak etməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş beynəlxalq tədbirlərin ardınca Naxçıvanda keçiriləcək konfransda Milli Məclis üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Konfransın məramı ölkəmizin dünya müstəvisində nüfuz və önəminin artmasına dəlalət edən, Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi - Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin elan olunması kimi tarixi əhəmiyyətli qərarların bünövrəsində duran Heydər Əliyevin uca mənəviyyat yolunun, Heydər Əliyevin dini həmrəylik ənənəsinin yad edilməsidir.

Naxçıvan konfransının İslam Həmrəyliyi Ili çərçivəsində keçirilmiş tədbirlər silsiləsində özəl yeri onun Ulu Öndərin anım günləri, qarşıdan gələn 95 illik yubileyi ərəfəsində keçirilməsi, habelə Naxşıvanın 2018-ci ildə İslam mədəniyyəti paytaxtı statusu alması ilə əlaqədardır.
QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları — Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete də Naxçıvana səfər edəcəklər.
Naxçıvana səfər çərçivəsində nümayəndə heyətinin bir sıra tarixi və dini əhəmiyyətli məkanları ziyarət etməsi nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə gedir

Şeyxülislamın oğlu ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib

Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyaya səfərə gedib

Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür (FOTOLAR)

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edəcək

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Finlandiyaya səfərə gedəcək

Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Pyatiqorsk şəhərində səfərdə olub

Azərbaycanda jurnalistlər üçün "Şeyxülislam" mükafatı təsis olunacaq

Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür (FOTOLAR)

21 İyun 2018, 18:10 (GMT +4)
“UNEC-də bir gün” layihəsi davam edir

21 İyun 2018, 18:02 (GMT +4)
Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edib

21 İyun 2018, 17:56 (GMT +4)
Zakir Qaralov Əlcəzairin ədliyyə naziri ilə görüşüb

21 İyun 2018, 17:55 (GMT +4)
UNEC-in tələbəsi beynəlxalq elmi müsabiqənin qalibi olub

21 İyun 2018, 17:30 (GMT +4)
BMT TŞ-nin qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub - Lavrov

21 İyun 2018, 17:27 (GMT +4)
Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

21 İyun 2018, 17:22 (GMT +4)
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

21 İyun 2018, 17:14 (GMT +4)
Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

21 İyun 2018, 17:09 (GMT +4)
Məlumat Hesablama Mərkəzi Aİ “FutureTrust” layihəsinin assosiativ tərəfdaşı olub

21 İyun 2018, 17:01 (GMT +4)
Göyçayda körpünün dağılmasına görə 7 nəfər həbs edilib

21 İyun 2018, 16:59 (GMT +4)
Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib 

21 İyun 2018, 16:56 (GMT +4)
Ramiz Həsənov Əfqanıstan xarici işlər nazirinin müavinini qəbul edib

21 İyun 2018, 16:47 (GMT +4)
Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21 İyun 2018, 16:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

21 İyun 2018, 16:33 (GMT +4)
XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

21 İyun 2018, 16:25 (GMT +4)
AMİM-nin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib

21 İyun 2018, 16:24 (GMT +4)
Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

21 İyun 2018, 16:07 (GMT +4)
Azad Rəhimov aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb (FOTO)

21 İyun 2018, 15:57 (GMT +4)
Şahzadə Abbas Mirzə Qacarın ehtimal edilən qılıncı nümayiş olunacaq

21 İyun 2018, 15:50 (GMT +4)
ARPA–da növbəti Risk Komitəsinin görüşü keçirilib

21 İyun 2018, 15:41 (GMT +4)
AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək olub (FOTO)

21 İyun 2018, 15:30 (GMT +4)
Gəncəli cüdo ustası Avropa çempionatında qızıl medal qazanıb (VİDEO)

21 İyun 2018, 15:22 (GMT +4)
Rusiyada qeyri-adi mumiya tapılıb

21 İyun 2018, 15:10 (GMT +4)
Palata: “Alfa Sığorta”nın üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir

21 İyun 2018, 15:01 (GMT +4)
Məşhur professor sahibkarlar üçün təlim keçib (FOTO)

21 İyun 2018, 14:49 (GMT +4)
Azərbaycana dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

21 İyun 2018, 14:38 (GMT +4)
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin buraxılış mərasimi keçirilib

21 İyun 2018, 14:35 (GMT +4)
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

21 İyun 2018, 14:29 (GMT +4)
DSX İranla sərhəddə baş vermiş silahlı insident barədə məlumat yayıb

21 İyun 2018, 14:20 (GMT +4)
Azərbaycana yay gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66