Mobil versiya RU AZ
_

DÜNYA » MƏDƏNİYYƏT

Türkiyənin Kastamonu şəhəri 2018-ci il üçün TÜRKSOY-un mədəniyyət paytaxtı seçilib

05 Dekabr 2017, 15:15 (GMT +4)

Bakı, 5 dekabr, SalamNews. Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilir.

SalamNews xəbər verir ki, toplantıda Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Toplantıda Kastamonunun türk dünyasının mədəniyyət paytaxtına namizədliyi TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri tərəfindən dəstəklənib.

İclasda iştirak edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman çıxışında türk dünyası mədəniyyət paytaxtı layihəsinin şəhərlərin bir marka dəyəri qazanmasında mühüm rol oynadığını bildirərək 2018-ci ildə ölkəsinin bənzərsiz şəhəri Kastamonunun seçilməsindən böyük məmnunluq duyduqlarını deyib. O, Kastamonuda da 2013-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı seçilən Əskişəhərdə türk dünyası mədəniyyət paytaxtı proqramı çərçivəsində həyata keçirdikləri türk xalqları mədəniyyət bayramı kimi bayram keçirmək niyyətində olduqlarını söyləyib.

2018-ci ildə TÜRKSOY-un 25-ci ildönümünü bayram edəcəklərinə diqqət çəkən H.Yayman, yaddaşlarda qalacaq və gələcəyə ötürüləcək bir il olması üçün bütün imkanlarından istifadə edəcəklərini bildirib.

Kastamonu valisi Yaşar Karadeniz də, şəhərin Anadolunun qədim yaşayış mərkəzlərindən olduğunu vurğulayaraq qeyd edib ki, 7 min illik tarixə malik olan mədəniyyət şəhəri Kastamonu, 900 ildən çoxdur türk yurdudur.

Qeyd edək ki, təxminən 375 min əhalisi olan Kastamonu tarixi və mədəni yerləri və təbiət ilə diqqət çəkir. Ərazisinin 65 faizi meşə ilə örtülü, geniş flora və faunaya malik olan Kastamonu, eyni zamanda, müxtəlif çöl heyvanlarının məskənidir. 170 kilometrlik dəniz sahili ilə Qara dənizin ən uzun sahil zolağının yerləşdiyi Kastamonu dünyanın ən böyük kanyonlarından biri olan Valla kanyonu, dünyanın ən iri mağaralarından İlgarini mağarası şəlalələri və digər təbii zənginlikləri ilə tanınır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

TÜRKSOY-un mətbuat mükafatının təqdimatı keçirilib

Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovu qəbul edib

Pedaqoji Universitetdə TÜRKSOY-un kafedrası açılıb

TÜRKSOY 2018-ci ili azərbaycanlı bəstəkar “Qara Qarayev İli” elan edib

Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi ilə görüşüb

Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı keçiriləcək

XIX TÜRKSOY Opera günləri keçiriləcək

Şəkidə TÜRKSOY Teatr direktorları şurasının V toplantısı keçirilib

Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi ilə görüşüb

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi və TÜRKSOY-un baş katibi Qəbələ rayonuna səfər edib

20 Sentyabr 2018, 05:06 (GMT +4)
Hicri-qəməri təqvimi ilə bu gün Aşuradır

20 Sentyabr 2018, 01:01 (GMT +4)
Keçmiş azərbaycanlı deputat və nazirin oğlu İstanbulda öldürülüb

19 Sentyabr 2018, 18:31 (GMT +4)
Növbəti startap turu Sumqayıtda keçiriləcək

19 Sentyabr 2018, 18:10 (GMT +4)
Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edilib

19 Sentyabr 2018, 18:02 (GMT +4)
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazanıb

19 Sentyabr 2018, 17:50 (GMT +4)
“Apple” ən gəlirli brend seçilib

19 Sentyabr 2018, 17:40 (GMT +4)
Pakistanın keçmiş baş naziri azadlığa buraxılıb

19 Sentyabr 2018, 17:32 (GMT +4)
Xaçmazda göldə 1 nəfər batıb

19 Sentyabr 2018, 17:31 (GMT +4)
İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək

19 Sentyabr 2018, 17:20 (GMT +4)
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

19 Sentyabr 2018, 17:05 (GMT +4)
Azərbaycan ilə Avstriya arasında Memorandum imzalanıb

19 Sentyabr 2018, 17:05 (GMT +4)
İraqın qərbində 15  İŞİD terrorçusu məhv edilib 

19 Sentyabr 2018, 16:52 (GMT +4)
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub

19 Sentyabr 2018, 16:40 (GMT +4)
Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

19 Sentyabr 2018, 16:37 (GMT +4)
Fələstinlilər ABŞ əleyhinə izdihamlı etiraz aksiyası keçiriblər (VİDEO)

19 Sentyabr 2018, 16:26 (GMT +4)
Yol Polisi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib

19 Sentyabr 2018, 16:02 (GMT +4)
Müdafiə naziri hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb

19 Sentyabr 2018, 15:52 (GMT +4)
Amerika Neft İnstitutu: Ölkədəki neft ehtiyatları artıb

19 Sentyabr 2018, 15:39 (GMT +4)
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

19 Sentyabr 2018, 15:30 (GMT +4)
Bu ilki sahilyanı təmizləmə aksiyası daha geniş və fərqli olub (FOTO)

19 Sentyabr 2018, 15:20 (GMT +4)
Azercell tələbələrə aylıq təqaüd verəcək

19 Sentyabr 2018, 15:15 (GMT +4)
Daha bir kəndə təbii qaz verilib

19 Sentyabr 2018, 15:11 (GMT +4)
Cənubi Koreya və ABŞ prezidentləri sentyabrın 24-də Nyu-Yorkda görüşəcəklər

19 Sentyabr 2018, 15:02 (GMT +4)
Sumqayıtda qadınlara qarşı silsilə soyğunçuluq edən şəxs tutulub

19 Sentyabr 2018, 14:45 (GMT +4)
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək

19 Sentyabr 2018, 14:38 (GMT +4)
Donald Trampın Həsən Ruhanini görüşə dəvət etməsi ehtimalı var - KİV

19 Sentyabr 2018, 14:34 (GMT +4)
Aşuraya görə Kərbəlaya cəlb edilən təhlükəsizlik qüvvələrin sayı açıqlanıb

19 Sentyabr 2018, 14:31 (GMT +4)
Avqust ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

19 Sentyabr 2018, 14:20 (GMT +4)
Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişir

19 Sentyabr 2018, 14:12 (GMT +4)
YUNESKO-nun eksperti Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66