Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

Könüllülərin Monako Qran Prisinə səfəri olacaq - İranə Əhmədova (MÜSAHİBƏ)

05 Dekabr 2017, 17:44 (GMT +4)

Bakı, 5 dekabr, SalamNews. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova müsahibə verib.

SalamNews həmin müsahibəni təqdim edir.

İranə xanım, son dövrdə Azərbaycanda könüllülük hərəkatı xüsusilə inkişaf edib. Hər il minlərlə könüllü Formula 1 yarışlarının təşkilində xüsusi rol oynayır. Bakı Şəhər Halqası (BŞH) olaraq könüllülərin inkişafına dair xüsusi strategiyanız varmı?

Könüllülər yarışların keçirilməsində əvəzolunmaz rol oynayırlar. Biz könüllülərimizə hər zaman dəyər veririk və onların əməyini ən yüksək səviyyədə qiymətləndirməyə çalışırıq. Könüllülərimiz üçün xüsusi olaraq BŞH Akademiyası yaradılıb ki, burada könüllülərimizin fərdi və peşəkar inkişafına xüsusi diqqət yetirilir, onlar üçün dil kursları təşkil edilir və eyni zamanda könülülərimiz kitabxanamızdan da yararlanmaq imkanı əldə edirlər. Könüllülərimizin böyük hissəsi gənclərdən ibarətdir və biz gənclərimizi inkişaf etdirməklə eyni zamanda ölkədə aparılan gənclər proqramına da öz dəstəyimizi göstərmiş oluruq. Bu, bizim dəyərlərimizdən biridir və bu istiqamətdə effektiv işin aparılması üçün əlimizdən gələni edirik. Düşünürəm ki, könüllülərimiz də bizim onlara verdiyimiz bu dəyəri hiss edirlər. Təsadüfi deyil ki, 2018-ci il Azərbaycan Qran Prisinin Könüllülər Proqramını elan etdikdən 13 gün sonra proqrama müraciətləri dayandırmalı olduq. Deyə bilərəm ki, Azərbaycanda rekord göstərici ilə 13 gün ərzində 12000-dən çox insan məhz Azərbaycan Qran Prisinin könüllüsü olmaq üçün müraciət etdi və hazırda onların müsahibə prosesi davam etməkdədir.

Könüllülük təcrübəsinə sahib bacarıqlı gənclər müxtəlif sahələrdə asanlıqla iş imkanı əldə edirlər. Bakı Şəhər Halqasında belə işçilər varmı?Ümumiyyətlə könüllülər BŞH-dakı könüllü fəaliyyətindən sonra iş ilə təmin olunurlarmı?

Əminliklə qeyd edə bilərəm ki, Bakı Şəhər Halqasında belə gənclər yetərincədir. Ümumiyyətlə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin komandasının böyük hissəsi Azərbaycanın peşəkar gənclərindən təşkil olunub. Könüllü olan gənclərimiz də bu imkanlardan faydalana bilirlər. Təsadüfi deyildir ki, 2016-cı il Avropa Qran Prisi və digər tədbirlərdə könüllü olmuş  50 nəfərdən çox gənc ötən mövsüm bu şansı əldə etdi və özlərini ən yüksək səviyyədə göstərməyi bacardı. Biz bir daha əmin olduq ki, könüllülük gənclərimizə böyük təcrübə qazandırır və onları gələcəyə peşəkar səviyyədə hazırlayır. Daha öncə öz sahələrində qazandıqları könüllülük təcrübəsi gənclərimizin effektiv işlərində onlara çox yardımçı olur. Hər bir könüllü öz fəaliyyəti müddətində fərqləndiyi təqdirdə tərəfimizdən diqqətə götürülür və onun üçün gələcəkdə komandamıza qoşulmaq imkanları yaradılır.

Ötən mövsüm seçilən və işlərində fərqlənən könüllülər İtaliya Qran Prisinə səfər şansı qazandı. Bu il də könüllüləri belə bir sürpriz gözləyirmi?

İtaliya Qran Prisinə səfər imkanı qazanan könüllülərimiz üçün bu gözlənilməz sürpriz oldu. Seçilən 5 könüllümüz İtaliyadan böyük təəssüratlarla qayıtdı. Bu il də könüllülərimiz üçün xüsusi sürpriz təşkil ediləcək. Könüllülərimiz Monako Qran Prisində tamaşaçı kimi iştirak şansı əldə edəcəklər. Bildiyiniz kimi Monako Qran Prisində də Azərbaycan Qran Prisi kimi yarış şəhər trekində keçirilir və hər iki şəhərdə oxşarəməliyyatlar aparılır. Düşünürük ki, Monako Qran Prisinə səfər etməklə könüllülərimiz eyni zamanda öz təcrübələrini artırmış olacaqlar. Əminəm ki, bu səfər də könüllülərimiz tərəfindən böyük maraqla qarşılanacaq.

Hansı könüllülər Monako Qran Prisinə səfər şansı əldə edə biləcəklər?

Biz bu istiqamətdə xüsusi qaydalar hazırlamışıq. Məhz yarışlar və yarışlara qədər olan müddətdə fəalolan, sosial şəbəkələrdə könüllülüklə bağlı davamlıpaylaşımlar edən, tərəfimizdən təşkil edilən təlim və seminarlara qoşulan, öz işində fərqlənməyi bacaran könüllülərimiz üçün xüsusi imtahan təşkil ediləcək və ümumi qiymətləndirmədə fərqlənən 5 könüllü Monako Qran Prisinə səfər şansı əldə edəcək.

Həqiqətən də BŞH Akademiyası olaraq könüllülər üçün əvəzolunmaz işlər həyata keçirirsiniz. Beynəlxalq Könüllülər Günündə könüllülərinizə nə arzulayırsınız?

İlk olaraq könüllülərimizi təbrik edirəm və bildirmək istəyirəm ki, könüllülük onların həyatında yeni və ən uğurlu başlanğıcdır. BŞH Akademiyası olaraq biz hər zaman könüllülərimizin inkişafı istiqamətində çalışacağıq. Könüllülərimizi də hər zaman fəal olmağa və daim öz üzərində işləyərək daha da inkişaf etməyə dəvət edirəm. Könüllülər gənclərdir, gənclər isə bizim gələcəyimizdir! 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Formula 1: Raykkonenin karyerasını “Haas”da davam etdirəcəyi gözlənilir

Formula 1-də 2019-cu il mövsümü dekabr ayınadək uzadılacaq

Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb

"PwC Azərbaycan" şirkətinin Marşallar Komandası Formula 1-ə qatılıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib (FOTOLAR)

Formula 1 Azərbaycan Qran-Prisində maraqlı anlar (FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisi başa çatdı - Qalib müəyyənləşdi

Formula 1 Azərbaycan Qran-Prisinin startında qəzalar baş verib (FOTO)

İlham Əliyev Formula 1 Azərbaycan Qran-prisinin açılış mərasimində iştirak edir (FOTOLAR)

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Bakıda Formula 1 pilotlarının sonuncu sərbəst yürüşü başlayıb (FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər (FOTO)

Formula 1 yarışının ilk sərbəst yürüşündə Valtteri Bottas birinci olub

Bütün dünyanın gözü Azərbaycanda - Formula 1 başladı

Formula 1 yarışının keçirilməsi üçün yüklər Bakıya gətirildi (FOTO)

"Bakcell" Formula 1 yarışı ilə bağlı 4G şəbəkə tutumunu artırıb 

Formula 1 yarışı ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdirilib

Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək

21 İyul 2018, 13:41 (GMT +4)
Goranboyda top mərmisi aşkarlanıb

21 İyul 2018, 13:00 (GMT +4)
700 bal toplayan paytaxt məktəblilərinin adları açıqlanıb

21 İyul 2018, 12:45 (GMT +4)
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

21 İyul 2018, 12:20 (GMT +4)
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

21 İyul 2018, 12:02 (GMT +4)
Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

21 İyul 2018, 11:45 (GMT +4)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21 İyul 2018, 11:25 (GMT +4)
Ötən günün cinayət statistikası açıqlanıb

21 İyul 2018, 11:04 (GMT +4)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

21 İyul 2018, 10:38 (GMT +4)
Milli Məclisin deputatları Latviyaya gedir

21 İyul 2018, 10:16 (GMT +4)
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar

21 İyul 2018, 10:03 (GMT +4)
"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib

21 İyul 2018, 10:02 (GMT +4)
Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

20 İyul 2018, 18:06 (GMT +4)
“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda müzakirələr aparılıb

20 İyul 2018, 18:00 (GMT +4)
İlahiyyat İnstitutunda seminar keçirilib

20 İyul 2018, 17:50 (GMT +4)
Zakir Qaralov Oğuzda 6 rayonun sakinləri ilə görüşəcək

20 İyul 2018, 17:44 (GMT +4)
"İnter Arena" stadionunun adı dəyişdirilib

20 İyul 2018, 17:41 (GMT +4)
Dövlət qulluğuna qəbul üçün müsahibələrin nəticələri açıqlanıb

20 İyul 2018, 17:36 (GMT +4)
İstirahət günlərinin hava proqnozu açıqlanıb

20 İyul 2018, 17:19 (GMT +4)
I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

20 İyul 2018, 17:13 (GMT +4)
Bakı sakinləri səyahət üçün Türkiyəni seçir (SORĞU)

20 İyul 2018, 17:05 (GMT +4)
ETSN-də 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirilib

20 İyul 2018, 16:57 (GMT +4)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

20 İyul 2018, 16:40 (GMT +4)
Azərbaycan və Fransa prezidentləri arasında görüş olub (FOTOLAR)

20 İyul 2018, 16:32 (GMT +4)
"BakuBus" avtobuslarının gecikmə ilə hərəkət etməsinə aydınlıq gətirib

20 İyul 2018, 16:23 (GMT +4)
Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

20 İyul 2018, 16:20 (GMT +4)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşlarla görüşüb 

20 İyul 2018, 16:10 (GMT +4)
Azərbaycanla Belçika arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib

20 İyul 2018, 16:07 (GMT +4)
“Coca-Cola” Qafqaz regionu üzrə yeni direktor təyin edib

20 İyul 2018, 16:00 (GMT +4)
AAF-nin prezidenti jurnalistləri peşə bayramları münasibətilə təbrik edib

20 İyul 2018, 15:50 (GMT +4)
"CinemaPlus Amburan Mall"da "Kilimancara" filminin premyera öncəsi nümayişi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66